Bosniya və Herseqovina müstəqilliyinin 33-cü ilini qeyd edir
28.02.2025 [16:06]
Qərbi Balkan ölkəsi olan Bosniya və Herseqovinanın müstəqillik qazanmasından 33 il keçir.
AZƏRTAC bu ölkənin müstəqillik tarixinə, dövlət quruluşuna və bugünkü siyasi-sosial mənzərəsinə qısaca nəzər salır.
1992-ci il 29 fevral-1 mart tarixlərində Bosniya və Herseqovinada müstəqillik referendumu keçirilib və ölkə keçmiş Yuqoslaviyadan ayrılaraq müstəqilliyini elan edib. Əhalinin 64,31 faizinin iştirak etdiyi səsvermə nəticəsində seçicilərin 99,44 faizi müstəqil Bosniya və Herseqovinaya “hə” deyib. Ölkə 1992-ci il mayın 22-də Birləşmiş Millətlər Təşkilatına üzv qəbul olunub.
Əhalisinin yarıdan çoxunu müsəlman bosniyalıların təşkil etdiyi Bosniya və Herseqovinada 1992-1995-ci illərdəki müharibənin izləri hələ də silinməyib. Müharibə dövründə mülki əhaliyə qarşı qırğın, işgəncə, etnik təmizləmə, soyqırımı və deportasiyalar təşkil olunub, paytaxt Sarayevo 44 ay serblərin mühasirəsində qalıb. Hərbi cinayətkar, “Bosniya qəssabı” ləqəbli serb komandiri Ratko Mladiçin komandanlığındakı qoşunlar 1995-ci ilin iyulunda Bosniya və Herseqovinanın şərqindəki Srebrenitsa şəhəri və onun ətrafında bir neçə gün ərzində 8372 bosniyalı mülki vətəndaşı qətlə yetirib. 1995-ci il dekabrın 14-də müharibəyə son qoyan Dayton sülh müqaviləsi elan edilib.
Bosniyalılar, xorvatlar və serblər bu gün ölkənin qurucu elementləri hesab edilsə də, dövlət idarəçiliyindən tutmuş bir çox qurumların idarəçiliyinə qədər tam sabitlik əldə olunmayıb. Bosniya və Herseqovinada etnik zəmində gərginlik hazırda da davam edir. Dövlətin ən yüksək orqanı bosniyalı, serb və xorvat üzvdən ibarət Rəyasət Heyətidir. Rəyasət Heyətinin qərarları hər üç üzvün təsdiq etməsi ilə qəbul olunur.
Rəyasət Heyəti həm də ölkənin xarici siyasətini müəyyənləşdirir. Digər Qərbi Balkan ölkələri kimi, Bosniya və Herseqovinanın əsas xarici siyasət hədəflərinə Avropa İttifaqına (Aİ) üzv olmaq daxildir. 2016-cı ildə Aİ-yə üzvlük üçün rəsmi müraciət edən Bosniya və Herseqovina 2022-ci il dekabrın 15-də quruma üzvlükdə namizəd ölkə statusu alıb, ötən il martın 12-dən ittifaqa daxil olmaq üçün danışıqlara başlayıb.
Ölkə əhalisinin əksəriyyətini bosniyalılar və xorvatlar təşkil edən Bosniya və Herseqovina Federasiyası serb əhalinin cəmləşdiyi Serb Respublikası və xüsusi statusa malik Brçko bölgəsindən ibarətdir. Bosniya və Herseqovina Federasiyasında hər birinin öz hökuməti və parlamenti olan 10 kanton var. Ölkədə dövlət, qurum və kanton səviyyələrində 5 rəhbər (onlardan üçü Rəyasət Heyəti üzvüdür), 13 Baş nazir və 130-dan çox nazir var.
Bosniya və Herseqovina zəngin resurslara, mühüm investisiya layihələrinə və ucuz işçi qüvvəsinə malik olsa da, işsizlik və miqrasiya səbəbindən əhalisi günü-gündən azalır. Ölkə əhalisi 3,5 milyon nəfərdir. Bosniyalılar əhalinin 50,11, serblər 30,78, xorvatlar 15,43, digər etnik qruplara mənsub vətəndaşlar isə 3,68 faizini təşkil edir. Əhalinin 50,7 faizi müsəlman, 30,7 faizi pravoslav, 15,2 faizi katolikdir.
Xəbər lenti
Hamısına baxFormula 1
08 May 22:46
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46
Sosial
08 May 12:30
Gündəm
08 May 12:30
Gündəm
08 May 12:18
YAP xəbərləri
08 May 12:09
YAP xəbərləri
08 May 12:08
Sosial
08 May 12:06
Sosial
08 May 12:05
İqtisadiyyat
08 May 12:04
İqtisadiyyat
08 May 12:03
Gündəm
08 May 11:19
YAP xəbərləri
08 May 11:10
Gündəm
08 May 10:52
Siyasət
08 May 10:28
YAP xəbərləri
08 May 09:54
Analitik
08 May 09:30
Gündəm
08 May 09:15
Sosial
08 May 08:51
Sosial
08 May 08:37
Sosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20
Dünya
07 May 17:53

