Həm estetik qüsur, həm də ciddi xəstəlik...
04.03.2025 [08:34]
Ümumdünya Piylənmə ilə Mübarizə Günüdür
Piylənmə və artıq çəki bu gün tibbin aktual problemləri sırasında yer alır. Bu problem metabolik-endokrinoloji xəstəlik olsa da, terapevt, kardioloq, nevroloq, psixiatr, qastroenteroloq, fizioterapevt və bir çox ixtisas həkimlərini maraqlandırır. Məhz artıq çəki insan orqanizmində müxtəlif xəstəliklərin yaranmasına səbəb olur. Bədəndəki artıq kalori piyə çevrilərək, depo şəklində dərialtı qat, piylik, qarın divarı və daxili orqanlarda toplanır. Sadə dildə desək, piylənmə orqanizmdə artıq yağ toplanmasıdır. Orta bədən kütləsinə malik kişilərdə piy toxuması 15-20, qadınlarda isə 25-30 faiz arasındadır.
Yeri gəlmişkən, martın 4-ü Ümumdünya Piylənmə ilə Mübarizə Günü kimi qeyd edilir. Hələ 1997-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) piylənməni qlobal xarakter alan bir epidemiya kimi qəbul edib. O vaxtdan başlayaraq həkimlər artıq çəki və piylənmə problemi haqqında əhalinin maariflənməsi sahəsində intensiv kampaniya aparır, piylənməyə aparan səbəblər və onun fəsadları haqqında məlumatlandırırlar.
1975-ci ildən etibarən 3 dəfəyədək artıb...
ÜST-ün apardığı tədqiqatlar göstərir ki, insanın bədən kütləsinin artması müxtəlif patalogiyaların inkişaf riskinin yüksəlməsinə səbəb olur. Ona görə də bu xəstəliyi istənilən yolla, hətta cərrahi müdaxilə yolu ilə də müalicə etmək önəmlidir. ÜST piylənməni “sağlamlıq üçün təhlükə yaradan həddindən artıq və ya anormal piy yığılması” olaraq təyin edir. Artıq çəki və piylənmə xəstəliyi bir çox metabolik, ürək-damar, ortopedik və psixiatrik pozğunluqlara səbəb ola bilər.
Təşkilatın verdiyi məlumata əsasən, 1975-ci ildən hazırkı vaxta qədər piylənmədən əziyyət çəkən xəstələrin sayı 3 dəfəyə qədər artıb. Ölkəmizdə kişilərin 50 faizi, qadınların isə 60 faizi artıq çəkidən əziyyət çəkir.
Valideynlərin doğru bildiyi yanlış!
Mövzu barədə “Yeni Azərbaycan”a danışan dietoloq Şəfa Yadigarova piylənmənin 2-ci tip diabet, ürək xəstəlikləri və bəzi xərçəng növlərinə səbəb ola biləcəyini diqqətə çatdırıb. Dietoloq qeyd edib ki, körpə uşaqların valideynləri həddən artıq çəki probleminə görə, həkimlərə tez-tez müraciət edirlər: “Belə müraciətlərin sayı artıb. Valideynlərdə belə bir fikir formalaşıb ki, uşağı yaxşı yedizdirmək lazımdır ki, o sağlam olsun. Bu, çox yanlış yanaşmadır. Əgər valideynlər övladlarının gələcəyini düşünürlərsə, onları körpəlikdən düzgün qidalanmağa öyrətməlidirlər və rejimlə qidalandırmalıdırlar”.
Oturaq həyat tərzi
Araşdırmalara görə, işləyən insanlar gün ərzində təxminən 8, həftədə 40, ildə isə 2 min saatını masa arxasında çalışaraq keçirir. Ofisdə istehlak edilən düzgün olmayan qida rejimi isə piylənmə riskini daha da artırır. Mütəxəssisin sözlərinə görə fiziki fəaliyyət sağlam çəki saxlamağa kömək edir və bu da öz növbəsində immunitet sisteminin ən yaxşı şəkildə işləməsinə imkan verir. Həddindən artıq çəki və oturaq həyat tərzi isə orqanizmi bu müdafiə mexanizmindən məhrum edir - immun hüceyrələr xərçəng hüceyrələrini daha az tanıyır və onları məhvə sürükləyir.
Oğlanlarda qadın hormonunu artırır...
Dietoloqun sözlərinə görə, yeniyetməlik çağında baş verən piylənmə həm oğlan, həm də qızlarda böyük problemlər yaradır: “Gənc qızların ana olmaq şansı azalır, oğlanlarda isə bütün funksiyalar pozulur və onlarda qadın hormonu daha aktiv olur. Kökəlmə eyni zamanda yeniyetmənin görkəminə təsir edir, daxili orqanları piylənir”.
Yeganə
Xəbər lenti
Hamısına baxDünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03

