Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / “Sabah” basketbol klubu yeni baş məşqçisi ilə müqavilə imzalayıb

“Sabah” basketbol klubu yeni baş məşqçisi ilə müqavilə imzalayıb

19.05.2026 [22:24]

"Sabah" basketbol klubuna yeni baş məşqçi təyin olunub.

Klubdan AZƏRTAC-a verilən məlumata görə, serbiyalı mütəxəssis Lazar Spasiçlə 3 illik müqavilə imzalanıb.

1992-ci il təvəllüdlü çalışdırıcı məşqçilik karyerasına 2013-cü ildə Serbiyanın “Mladost Zemun” klubunda köməkçi kimi başlayıb. 2016-cı ildən baş məşqçi kimi çalışan Spasiç “Rtanj”, “Zdravlye Leskovaç” və “Vrşac” komandalarına rəhbərlik edib.

Mütəxəssis 2024/2025-ci illər mövsümündə “Vrşac” klubu ilə Serbiya Basketbol Liqasının qalibi olub və komandanın son illərdəki ən uğurlu nəticələrindən birinə imza atıb. O, karyerası ərzində gənc basketbolçuların inkişafına verdiyi önəm, nizam-intizamlı oyun sistemi və müasir basketbol yanaşması ilə seçilib.

Lazar Spasiç son olaraq Almaniya Bundesliqasının təmsilçisi “Oldenburq”da baş məşqçi işləyib.

Spasiçin məşqçilər korpusuna Anatoli Boysa (köməkçi məşqçi), Saşa Miliçeviç (köməkçi məşqçi) və Vlade Draskoviç (fiziki hazırlıq üzrə məşqçi) daxil olacaq.

Paylaş:
Baxılıb: 701 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Aİ təsdiqlədi...

25 Sentyabr 09:17

Sosial

Beynim yorulub, yoxsa...

25 Sentyabr 08:36

Gündəm

Daimi inkişaf naminə...

25 Sentyabr 08:12

Dünya

YAP xəbərləri

Dünya

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30