Dünya ölkələri 8 Martı necə qeyd edir?
08.03.2025 [08:22]
Qadınlar hər zaman gözəllik və ülvilik rəmzi kimi öz iradə və əzmləri ilə seçiliblər. Bu gün bəşəriyyət tarixində ən əlamətdar günlərdən biri olan 8 Mart Beynəlxalq Qadınlar Günüdür. 8 Mart hər il müxtəlif dünya dövlətlərində, eləcə də respublikamızda təntənəli şəkildə qeyd olunur.
Beynəlxalq Qadınlar Gününün qeyd olunmasında xüsusi məna var. İlk baxışdan elə təsir bağışlayır ki, sanki bu bayram xanımlara çiçək və hədiyyə almaq üçün təsis edilib. Ancaq günün tarixinə nəzər salsaq, görərik ki, 8 Mart heç də romantik hadisələr nəticəsində yaranmayıb. Bu günün əsasında qadının cəmiyyətdəki rolu və hüquqları uğrunda apardığı mübarizə dayanır.
Qadınların mübarizə tarixi...
8 Mart əslində fəhlə qadınların daha yaxşı iş şəraiti tələbi ilə başlatdığı hüquqi mübarizənin başlanğıc tarixi olsa da, bu gün bütün dünya qadınları bunu bayram kimi qeyd edir. Məhz bu tarixin seçilməsi təsadüfi olmayıb. Belə ki, 1857-ci il martın 8-i ABŞ-ın Nyu-York şəhərində tikiş və ayaqqabı fabrikinin qadın işçiləri nümayişə çıxıblar. Onlar 10 saatlıq iş günü, işıqlı və rahat iş yeri, kişilərlə eyni maaş tələb edirdilər. O zaman qadınlar sutka ərzində 16 saat işləyir, bunun müqabilində isə qəpik-quruş alırdılar. Polislər nümayişi dağıtmaq üçün işçilərə hücum edərək, fabrikin qapılarını bağlayıblar. Beləliklə, yanğın başlayıb və işçilər fabrikin qarşısında qurulan barrikadalardan keçərək qaça bilməyiblər. Nəticədə çoxu qadın olmaqla 129 işçi yanaraq həyatını itirib. Bununla da qadınların haqları uğrunda apardıqları mübarizəyə qanla yekun vurulub. İşçilərin cənazə mərasiminə 100 mindən çox insan qatılıb.
Bu hadisədən 53 il sonra, 1910-cu ildə Kopenhagendə İşçi Qadınların II Beynəlxalq Konfransı keçirilib. Almaniya Sosial Demokrat Partiyasının qadın qrupunun lideri Klara Setkin Beynəlxalq Qadınlar Gününün qeyd edilməsi ideyasını irəli sürüb.
Bayramın qadağan olunduğu ölkələr
Qeyd edək ki, Beynəlxalq Qadınlar Günü bir çox müsəlman ölkələrində qadağan olunub. Bunu onunla əsaslandırırlar ki, əslində, 8 Mart yəhudilər tərəfindən ortalığa atılan bir bayramdır və onların PURİM adlanan bayram günü ilə üst-üstə düşdüyü iddia olunur.
Dünya ölkələrində 8 Mart...
Fransada 8 Mart qadınlar günü bir o qədər də dəbdəbəli şəkildə qeyd olunmur. Fransızların xanımlarla bağlı əsas bayramı martın 7-də keçirilir. “Nənələr bayramı” adlandırılan bu gündə bəylər öz xanımlarını hədiyyələrlə sevindirirlər.
İsveçdə qadınlar bayramı günündə xanımlara bəxş olunan əsas hədiyyə gül və yaylıqdır. Məhz 8 Mart günündə bu hədiyyələrdən əldə olunan gəlir ölkədəki çoxuşaqlı anaların hesabına köçürülür.
İtaliyada xanımlar öz bayramlarını xüsusi təntənə ilə keçirirlər. Onlar müxtəlif əyləncə məkanlarında istirahət etdikdən sonra axşam əsasən kişilərin toplaşdığı restoranlara gedirlər. Həmin gün restoranlara giriş xanımlar üçün pulsuz olur.
Yunanıstanda “Babos” adlandırılan qadınlar bayramında gün ərzində bütün ixtiyar xanımlara verilir. Ənənəyə görə bayram günündə müvəqqəti səlahiyyətə sahib olan xanımlar öz sevgililərini və həyat yoldaşlarını su şırnağına tuturlar.
Çində 8 Mart Qadınlar Bayramı daha maraqlı qeyd olunur. Bayram günü qadınlar üçün qeyri-iş günü sayılır. Kişilər isə həmin gün həmişə olduğu kimi işə gedirlər. Ancaq kişilərin işi bununla bitmir. Bayram günündə bütün mətbəx işləri, ən başlıcası isə xörək hazırlamaq kişilərin birbaşa vəzifəsi və borcu sayılır.
Tacikistanda 8 Mart günü rəsmi olaraq “Analar günü” kimi qeyd edilir. Qeyri-iş günü sayılan bayram zəngin süfrə və hədiyyələrlə müşayiət olunur.
Litvada 8 Mart günü çox az qeyd edilir. Bu bayram ölkənin əsas etibarı ilə rusdilli əhalisi tərəfindən qeyd edilir. Litva başqa dövlətlərdən fərqli olaraq ümumiyyətlə, analar və qadınlar gününü qeyd etmir.
8 Mart gününü ən təntənəli formada qeyd edən ölkələr sırasında Vyetnam birinci sıralardadır. Belə ki, Vyetnamda bu günün qədim tarixi var. Vyetnam xalqı 8 martı Çınq bacılarının şərəfinə qeyd edirlər. Uzun illər əvvəl Çınq bacıları çinlilərə əsir düşməmək üçün özlərini çaya ataraq qəhrəmanlıq göstərib və adlarını tarixə yazdırıblar.
Qadınlar bayramı Rusiyada da böyük təmtəraqla keçirilir. Restoranlar və əyləncə mərkəzləri martın 8-də xanımların hesabına kifayət qədər böyük gəlir əldə edir.
Təkcə bu gün yox, hər gün üzünüz gülsün, əziz xanımlar. Bayramınız mübarək!
Yeganə
Xəbər lenti
Hamısına baxDünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03

