Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Ermənistan – Gürcüstan sərhədində 5,1 bal gücündə zəlzələ olub

Ermənistan – Gürcüstan sərhədində 5,1 bal gücündə zəlzələ olub

08.03.2025 [19:54]

Martın 8-də səhər saatlarında Ermənistanda 5,1 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar Gürcüstan sərhədindən 24 kilometr məsafədə qeydə alınıb və Gürcüstan əhalisi də zəlzələni hiss edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Seysmik Monitorinq Mərkəzinin rəhbəri Tea Godoladze məlumat verib.

Bildirilir ki, zəlzələnin episentri Spitak yaxınlığında, Pan-Baxsevan zonasında yerləşir. Ərazi Gürcüstanın Dmanisi bələdiyyəsinə yaxın olduğu üçün bu bölgədə də təşviş yaradıb.

Ermənistan Daxili İşlər Nazirliyinin məlumatına görə, yeraltı təkanlar Lori, Tavuş və Şirak rayonlarında 4-6 bal, Kotayk, Geqarkunik və Araqatsotn rayonlarında isə 2-4 bal, Spitak, Stepanavan və Lori vilayətinin Vanadzor şəhərlərində 2-3 bal gücündə olub.

Günorta saatlarına qədər bir neçə afterşok qeydə alınıb.

Dağıntı və tələfat barədə məlumat verilmir.

Paylaş:
Baxılıb: 528 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

İqtisadiyyat

Sosial

Siyasət

Ədəbiyyat

Gündoğanda ədəbiyyat

05 Sentyabr 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

05 Sentyabr 08:30  

Maraqlı

Gündəm

Dövlətin sosial qayğısı

04 Sentyabr 12:37  

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30