Makronun niyyəti...
13.03.2025 [08:43]
Fransa Aİ lideri olmaq istəyir
Parisdə Prezident Emmanuel Makronun rəhbərliyi ilə Avropa İttifaqı (Aİ) və NATO-ya üzv 30 ölkənin Baş Qərargah rəislərinin toplantısı keçirilib - toplantının əsas mövzusu Avropa qitəsinin müdafiəsi ilə bağlı olub. Görüşdə, həmçinin Ukraynanın gələcək təhlükəsizliyinə hərbi dəstəyin verilməsi və regional təhlükəsizlik arxitekturasına dair ortaq yanaşmalar, o cümlədən müdafiə-təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsi ilə bağlı məsələlər də müzakirə olunub. Qeyd edək ki, son zamanlar rəsmi Parisin Aİ-nin ABŞ-dan kənar müstəqil müdafiə-təhlükəsizlik strategiyasının formalaşması üçün yürütdüyü siyasət, habelə Makronun Fransanın nüvə silahı çəkindiriciliyinin Avropanın müdafiəsində rolunun artırılması ilə bağlı təklifi də xüsusi diqqət çəkir. Bir çox ekspertlərin fikrincə, Aİ-nin digər liderlərindən fərqli olaraq, Makronun bu kimi məsələlərdə özünü daha çox önə verməsi Parisin Avropanın müdafiə-təhlükəsizliyində liderlik etmək iddiasında olduğunu deməyə əsas verir.
Parisin təşəbbüsləri nəyə hesablanıb
Məsələ ilə bağlı politoloq Tofiq Abbasov “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, Makronun Avropanın təhlükəsizliyi ilə bağlı ambissiyaları Britaniyanın Avropa məkanında təsir imkanlarını məhdudlaşdırmağa yönəlib.
“İlk növbədə vurğulayım ki, Avropa İttifaqının üzv ölkələri hazırki proseslərə Ukraynadakı münaqişə prizmasından baxdığına görə çox böyük təşviş içərisindədirlər. Avropalılar üzləşdikləri vəziyyəti həddən artıq çox şişirdirlər. Avropada belə fikirlər səsləndirilir ki, guya Rusiya Ukraynada öz məqsədlərinə çatdıqdan sonra Avropaya hərbi müdaxilə edəcək və Avropa ölkələrinin təhlükəsizliyinə təhdid yaradacaq. Məhz bu qorxu səbəbindən avropalılar özlərinin müdafiəsi haqqında düşünməyə başlayıblar. Sözsüz ki, bu prosesin süni şəkildə qızışdırılmasında əsas əməyi olan, doğrusunu desək, avropalıları qorxu altına salan Fransanın dövlət rəhbəri Emmanuel Makrondur. Hesab edirəm ki, Makronun burada başlıca ambissiyası Avropanın təhlükəsizlik strategiyasını təmin etməkdən daha çox Britaniyanı Avropa və Ukraynada hazırda baş verən proseslərdən kənarlaşdırmaqdır. Qeyd edim ki, 2017-ci ildə Britaniya Aİ-nin üzvlüyündən çıxdıqdan sonra Parisdə düşünürdülər ki, qurumda əsas söz sahibi Fransa olacaq. Makron bunu reallaşdırmaq niyyətindədir. Bu istiqamətdə səylərini də artırıb. Britaniyanın Ukraynadakı proseslərdə həm diplomatik-siyasi, həm iqtisadi-maliyyə, həm də hərbi-təhlükəsizlik baxımından əhəmiyyətli rol oynaması Parisi ciddi çəkildə narahat edir. Bu, Makronun ürəyincə deyil. Makron hakimiyyəti belə hesab edir ki, Britaniya Aİ üzvlüyündən çıxdığına görə Avropa və Ukraynadakı prosesləri kənardan müşahidə etməlidir və bu məsələlərdə açar rol Parisə məxsus olmalıdır”.
Uğursuzluğa düçar olacaq siyasət
“Makron həm də qlobal proseslərə müdaxilə etməyə çalışır. Halbuki, Makronun qlobal siyasətə təsir edəcək qərarlar qəbul etmək üçün nə intellektual qabiliyyəti, nə də səriştəsi var. Bundan başqa, Fransa prezidenti ABŞ-Rusiya münasibətlərinə də müdaxilə etmək imkanlarını nəzərdən keçirir. Ümumiyyətlə, Makronun siyasi xətti Avropanı şantaj etmək xarakteri daşıyır. Yəni o, Avropa ölkələrini qorxudur ki, ABŞ Avropanı yalnız buraxacağı təqdirdə Rusiya bizim üstümüzə gələcək və bizim təhlükəsizliyimizə təhdid yaradacaq, yalnız Fransa bu təhlükələrin qarşısını almaq iqtidarındadır,” - deyə T.Abbasov əlavə edib.
Ortaq anlaşma qeyri-mümkündür
Avropa İttifaqının müstəqil müdafiə-təhlükəsizlik strategiyasına gəlincə, T.Abbasov bunun mümkün olmayacağını bildirib: “Bu, Paris və Berlinin mövqeyindən asılı olacaq. Bunu yalnız zaman göstərəcək. Ancaq inanmıram ki, bu, baş tutsun. Yaxın on və ya on beş il ərzində Aİ-nin dağılacağını düşünürəm. Son proseslər onu göstərir ki, Aİ-nin hər bir üzv ölkəsi daha çox öz milli maraqları çərçivəsində siyasət yürütməyə çalışır. Bu da ümumi Avropa ideyası ilə ziddiyyət təşkil edir”.
Yunis ABDULLAYEV
Xəbər lenti
Hamısına baxGündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23

