İkinci raund...
20.03.2025 [09:16]
ABŞ-Rusiya görüşü bu dəfə Ciddədə baş tutacaq
Bazar günü Səudiyyə Ərəbistanının Ciddə şəhərində ABŞ ilə Rusiya arasında növbəti görüşün keçirilməsi gözlənilir. ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoff “Fox News” telekanalına bildirib ki, Ciddədəki görüşdə Amerika tərəfini ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals və dövlət katibi Marko Rubio təmsil edəcək. Xatırladaq ki, fevralın 18-də Ər-Riyad şəhərində ABŞ-Rusiya danışıqlarının ilk raundu keçirilmişdi. Qərb KİV-nin məlumatına görə, bu görüşdə ABŞ-Rusiya münasibətlərinin bərqərar olunması, Ukrayna münaqişəsinin nizamlanması və beynəlxalq münasibətlərdə hazırkı vəziyyətlə bağlı ətraflı fikir mübadiləsi aparılmışdı.
Qeyd edək ki, martın 18-də Donald Tramp ilə Vladimir Putin arasında telefon danışığı baş tutub. Rus KİV-ləri Kremlin rəsmi məlumatlarına əsasən qeyd edirlər ki, hər iki ölkənin rəhbəri söhbət əsnasında bir sıra regional və beynəlxalq məsələləri müzakirə ediblər.
Hər iki dövlət maraqlıdır...
Məsələ ilə bağlı politoloq Tural İsmayılov “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, Ciddədəki ABŞ-Rusiya görüşü mühüm əhəmiyyət daşıya bilər: “Hazırda həm ABŞ, həm də Rusiya Ukrayna məsələsində müəyyən mənada eyni mövqe sərgiləyirlər. Yəni hər iki dövlət müharibənin bitməsində maraqlıdır və hər hansı çərçivə sazişinə bənzər sənədin imzalanmasının tərəfdarıdırlar. Ciddə görüşündə hansı məsələlərin müzakirə olunmasına gəlincə, qeyd edim ki, Tramp ilə Putin arasında baş tutan son telefon danışığında müzakirə predmeti olan məsələlərin və əldə olunan razılaşmaların detalları bu görüşdə ətraflı müzakirə olunacaq. Bununla bağlı mühüm məqamlar var, hətta hər iki dövlət bu istiqamətdə iradə nümayiş etdirir”.
Aİ prosesdən kənarda qalır
“Maraqlı məqam bundan ibarətdir ki, Avropa İttifaqının aparıcı üzv ölkələri, həmçinin Britaniya Tramp administrasiyasının Ukrayna münaqişəsinə yanaşmasından razı deyillər. Biz görürük ki, Aİ Trampın Ukrayna ilə bağlı mövqeyini şübhə altına alır. Hesab edirəm ki, bunun özü çox ciddi problemlər yaradır. Yəni Ukraynadakı müharibənin bitməsinə əngəl yarana bilər,” - deyə T.İsmayılov vurğulayıb.
Ukraynanın ərazi bütövlüyü arxa plana keçir
Politoloqun sözlərinə görə, istənilən halda Rusiya ilə Ukrayna arasında atəşkəs sazişi imzalanacaq: “Hazırkı proseslər fonunda əsas məqam budur ki, Ukraynanın ərazi bütövlüyü arxa plana keçir və böyük güclər daha çox bu ölkədə öz geosiyasi və geoiqtisadi maraqlarını təmin etməyə çalışacaqlar. ABŞ tərəfindən Rusiyaya elə bir anlaşma təklif edilib ki, bu, birmənalı şəkildə Ukraynanın milli maraqlarına cavab vermir”.
Y.ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43

