Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Pentaqon İsrailə F-15 qırıcılarının tədarükü üçün “Boeing” ilə 8,5 milyard dollarlıq müqavilə imzalayıb

Pentaqon İsrailə F-15 qırıcılarının tədarükü üçün “Boeing” ilə 8,5 milyard dollarlıq müqavilə imzalayıb

30.12.2025 [13:49]

ABŞ ordusu İsrailə F-15 qırıcı təyyarələrinin tədarükü məqsədilə “Boeing” şirkəti ilə 8,57 milyard dollar dəyərində müqavilə imzalayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin rəsmi saytında məlumat verilib.

Məlumata görə, müqavilə İsrail Hərbi Hava Qüvvələri üçün 25 ədəd yeni F-15IA qırıcı təyyarəsinin hazırlanmasını, quraşdırılmasını, sınaqdan keçirilməsini, istehsalını və çatdırılmasını əhatə edir. Sənəddə, həmçinin tədarük ediləcək təyyarələrin sayının əlavə 25 ədəd artırılması seçimi də nəzərdə tutulub.

Pentaqon “Boeing” şirkətinin müqavilə üzrə bütün öhdəliklərini 2035-ci ilin sonunadək yerinə yetirəcəyini gözləyir.

Paylaş:
Baxılıb: 220 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

İqtisadiyyat

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31