Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Aİ ölkələri Venesuelada vəziyyətin deeskalasiyasına çağırış edib

Aİ ölkələri Venesuelada vəziyyətin deeskalasiyasına çağırış edib

05.01.2026 [22:18]

Avropa İttifaqı (Aİ) Venesuelada baş verən son hadisələr fonunda tərəfləri sakitliyə, təmkinə və böhranın sülh yolu ilə həllinə çağırıb. Bu barədə Avropa Xarici Fəaliyyət Xidmətinin yaydığı bəyanatda bildirilir.

AZƏRTAC xəbər verir ki, sənədi Aİ-yə üzv 26 ölkə, o cümlədən Çexiya dəstəkləyib. Açıqlamaya qoşulmayan yeganə üzv dövlət isə Macarıstan olub.

Bəyanatda Avropa İttifaqının Venesuelada mövcud siyasi vəziyyətə dair əvvəlki mövqeyi xatırladılır və ölkədə demokratik keçidin dinc, venesuelalıların özləri tərəfindən həyata keçirilməsinin vacibliyi vurğulanır. Brüssel Venesuela xalqının gələcəyini müstəqil şəkildə müəyyən etmək hüququna hörmət edilməsinin əsas şərt olduğunu qeyd edir və bunun böhrandan çıxış yolu kimi dəyərləndirildiyini bildirir.

Aİ ölkələri beynəlxalq hüquqa və BMT Nizamnaməsinə əməl olunmasının zəruriliyini də önə çəkiblər. Eyni zamanda, transsərhəd mütəşəkkil cinayətkarlıq və narkotik qaçaqmalçılığı ilə mübarizədə əməkdaşlığa hazır olduqlarını bildiriblər.

Qeyd olunur ki, Aİ üzvü olan dövlətlər, o cümlədən Çexiya, ABŞ və regiondakı tərəfdaşlarla təmasları davam etdirir.

Paylaş:
Baxılıb: 390 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

İqtisadiyyat

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31