Fransada həkimlərə güzəştlərin edildiyi bildirilsə də, narazılıq bitməyib
16.01.2026 [22:43]
Fransada həkimlərin tətili fonunda hökumətin xəstəlik məzuniyyətlərinin daha sərt şəkildə tənzimlənməsi planından geri çəkilməsi tibb ictimaiyyətində ehtiyatla qarşılanır. On gündür davam edən səfərbərlikdən sonra səhiyyə naziri Stefani Rist “France Inter” radiosunda çıxış edərək, liberal həkimlərin tələbləri ilə bağlı müəyyən güzəştlərin edildiyini bildirib.
AZƏRTAC xəbər verir ki, Azad Tibb Uğrunda Fransa İttifaqının prezidenti Jerom Marti isə “franceinfo”ya açıqlamasında hökumətin mövqeyini təmkinlə dəyərləndirib: “Bu gün hər şey çox kövrəkdir. Bir sıra maddələr üzrə deyilən sözlər düzgün istiqamətə gedir, amma sözlə əməl arasında hələ böyük fərq var. Yanvarın 5-dən başlayan liberal həkimlərin tətilinə cavab olaraq nazirliyin verdiyi vədlər hələ real təminat demək deyil”.
Səhiyyə naziri Stefani Rist liberal həkimlərin həmkarlar ittifaqları ilə görüşərək, onların əsas tələblərinə aid olan tədbirləri müzakirə edib.
Qeyd edək ki, hökumət səhiyyə qurumlarına və Xəstəlik Sığortasına müəyyən tibbi xidmətlərin tariflərini birbaşa müəyyən etmək səlahiyyəti verən mexanizmdən də geri çəkilir. Jerom Marti isə hazırkı hökumətin siyasi baxımdan zəif mövqedə olduğunu xatırladaraq xəbərdarlıq edib ki, əgər bu qanunlar qəbul olunsa, güclü etiraz dalğası yenidən başlaya bilər.
O vurğulayıb ki, həkimlər bəyanatlarla kifayətlənmək istəmirlər. “Biz konkret öhdəliklər tələb edirik. Bu gün bir məktub və mətbuat açıqlaması alacağıq, bundan sonra hərəkatın davamı ilə bağlı mövqeyimizi açıqlayacağıq”, - deyə o vurğulayıb.
Xəbər lenti
Hamısına baxGündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23
Gündəm
25 İyun 10:53
Siyasət
25 İyun 10:27
Gündəm
25 İyun 09:50
Analitik
25 İyun 09:32
Ədəbiyyat
25 İyun 09:15
Mədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28
Sosial
25 İyun 08:00
Dünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17

