Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Yaponiyada güclü qar 46 nəfərin həyatına son qoyub

Yaponiyada güclü qar 46 nəfərin həyatına son qoyub

10.02.2026 [19:21]

Son üç həftə ərzində Yaponiyada yağan güclü qar səbəbindən azı 46 nəfər həyatını itirib.

AZƏRTAC xəbər verir ki, “The Japan Times” qəzetinin çərşənbə axşamı günü Yaponiyanın təcili yardım xidmətlərinə istinadla yaydığı məlumata görə, kəskin hava şəraiti daha 558 nəfərin xəsarət almasına səbəb olub.

Yaponiyanın şimalında güclü qar yanvarın 20-də yağmağa başlayıb. Hava şəraiti ölkə daxilində bir sıra fəsadlarla müşayiət olunur. Aomori, Vaşkanay və digər şimal şəhərlərində yollar bağlanıb, ictimai nəqliyyat işləmir, bir çox avtomobil qarla örtülmüş yollarda qalıb.

Yapon dənizi sahillərində qar qalınlığı bəzi yerlərdə 4,5 metrə çatıb. Yerli Meteorologiya Agentliyi qərb və şimal sahil bölgələrində qarın daha da güclənəcəyi barədə xəbərdarlıq edib.

Hökumət yerli hakimiyyət orqanlarına insan itkisi və qəzaların qarşısını almaq üçün bütün resursları səfərbər etməyi tapşırıb.

Paylaş:
Baxılıb: 594 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

İqtisadiyyat

Sosial

Siyasət

Ədəbiyyat

Gündoğanda ədəbiyyat

05 Sentyabr 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

05 Sentyabr 08:30  

Maraqlı

Gündəm

Dövlətin sosial qayğısı

04 Sentyabr 12:37  

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30