Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Media: Təhlükəsizlik təmin olunmayanadək Ukraynada seçki keçirilə bilməz

Media: Təhlükəsizlik təmin olunmayanadək Ukraynada seçki keçirilə bilməz

11.02.2026 [19:51]

Ukraynanın təhlükəsizliyi təmin olunmayanadək ölkədə seçkilərin keçirilməsindən söhbət gedə bilməz.

AZƏRTAC xəbər verir ki, “Financial Times” qəzeti bu barədə Ukrayna Prezidenti Volodimir Zelenskinin ətrafından olan mənbəyinə istinadla məlumat yayıb.

Nəşr bir müddət öncə Ukraynanın dövlət başçısının fevralın 24-də ölkədə prezident seçkilərinin keçirilməsi və sülh sazişi üzrə referendumun təşkili planlarını elan edə biləcəyini yazmışdı.

Dekabrın əvvəlində ABŞ Prezidenti Donald Trampın Ukraynada prezident seçkilərinin keçirilməsinin vacibliyi barədə bəyanatından sonra Volodimir Zelenski qanunvericiliyin dəyişdirilməsinə hazır olduğunu bildirmişdi.

Qeyd edək ki, Vladimir Zelenskinin səlahiyyət müddəti 2024-cü il mayın 20-də başa çatıb. 2024-cü ildə keçirilməsi nəzərdə tutulan prezident seçkiləri ölkədə hərbi vəziyyət və ümumi səfərbərlik səbəbindən ləğv olunub.

Paylaş:
Baxılıb: 642 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

İqtisadiyyat

Sosial

Siyasət

Ədəbiyyat

Gündoğanda ədəbiyyat

05 Sentyabr 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

05 Sentyabr 08:30  

Maraqlı

Gündəm

Dövlətin sosial qayğısı

04 Sentyabr 12:37  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30