“Nils” fırtınası Fransada ciddi problemlər yaradıb
12.02.2026 [19:51]
“Nils” fırtınası Fransanın cənubunu cənginə alıb. Güclü külək, daşqın və qar uçqunu riski ilə əlaqədar bir sıra bölgələrdə qırmızı və narıncı xəbərdarlıqlar elan edilib.
AZƏRTAC xəbər verir ki, fevralın 11-dən 12-nə keçən gecə Land bölgəsində küləyin sürəti saatda 160 kilometri ötüb. Jirond və Lo-e-Qaronn departamentlərində daşqın, Od və Pireney-Oryantalda güclü külək, Savoiedə isə qar uçqunu riski ilə bağlı qırmızı xəbərdarlıq qüvvədədir. Ümumilikdə 30-a yaxın departamentdə narıncı səviyyədə xəbərdarlıq elan olunub.
Fırtına insanların ölümünə də səbəb olub. Dax yaxınlığında ağac budağının yük maşınının üzərinə düşməsi nəticəsində 1 sürücü həyatını itirib, bir neçə departamentdə isə xəsarət alanlar var.
Elektrik təchizatçısı olan “Enedis”in məlumatına görə, səhər saatlarında 850 mindən çox ev elektrik enerjisiz qalıb. Ən çox zərər çəkən bölgələr Yeni Akvitaniya və Oksitaniyadır. Şirkət 1000 texnik və 400 podratçı əməkdaşın səfərbər edildiyini bildirib.
Fırtına nəqliyyat sisteminə də ciddi təsir göstərib. Parisdə Montparnasse vağzalından Dax, Bayonne, Biarritz və Hendaye istiqamətində qatarlar Bordoda dayanır. Cənub-qərb bölgəsində bir çox qatar reysləri ləğv edilib, Bayonne, Biarritz və Hendaye stansiyalarında hərəkət tam dayandırılıb. Bordoda tramvayların hərəkət qrafiki də pozulub. Oksitaniyada Narbonne–Perpignan xətti üzrə hərəkət dayandırılıb, bir çox reyslər gecikir.
Korsikada isə hava, dəniz və ictimai nəqliyyatda ciddi problemlər yaranıb. “Air Corsica” Figari” və “Calvi” bütün reysləri ləğv edib. Bastia, Ayaço və Paris arasında səhər uçuşları da dayandırılıb. 130-dan çox məktəb marşrutu ləğv edilib, dəniz əlaqələrinin böyük hissəsi təxirə salınıb və ya ləğv olunub.
“Nils” fırtınası Lion körfəzi istiqamətində irəliləyir və Korsikaya doğru hərəkət edir. Pyrenees-Orientales bölgəsində küləklə bağlı qırmızı xəbərdarlıq ehtimalı istisna olunmur. 27 departamentdə isə narıncı xəbərdarlıq qüvvədə qalacaq.
Xəbər lenti
Hamısına baxGündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23
Gündəm
25 İyun 10:53
Siyasət
25 İyun 10:27
Gündəm
25 İyun 09:50
Analitik
25 İyun 09:32
Ədəbiyyat
25 İyun 09:15
Mədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28
Sosial
25 İyun 08:00
Dünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17

