Makrondan Meloniyə sərt reaksiya: Hər kəs öz işi ilə məşğul olsun
20.02.2026 [18:53]
Fransa Prezidenti Emmanuel Makron İtaliya Baş naziri Ciorcia Meloninin Lyonda millətçi fəal Kventin Derankın ölümü ilə bağlı açıqlamalarına sərt reaksiya verib.
AZƏRTAC xəbər verir ki, Hindistana rəsmi səfərinin sonunda danışan Makron Melonini “başqalarının ölkəsində baş verənləri şərh etməyi dayandırmağa” çağırıb. “Qoy, hər kəs öz işi ilə məşğul olsun”, – deyə Fransa lideri bildirib. O əlavə edib ki, “öz ölkələrində müdaxilə istəməyən millətçilərin başqalarında baş verənləri ilk şərh edənlər olması” onu təəccübləndirir.
Melonidən cavab: Bu, müdaxilə deyil
İtaliyanın Baş naziri isə “SkyTG24” kanalına müsahibəsində Makronun sözlərinə cavab verərək, mövqeyinin müdaxilə kimi qiymətləndirilməsini qəbul etməyib. “Fransa xalqı ilə həmrəyliyimi ifadə etmək müdaxilə deyil. Bu məsələ açıq şəkildə hamını narahat edir”, – deyə Meloni vurğulayıb.
O, həmçinin İtaliya, Fransa və ABŞ-da müşahidə etdiyi gərgin ictimai mühitdən narahat olduğunu bildirərək, siyasi elitaları cəmiyyəti onillərlə geriyə apara biləcək radikallaşma riskinə qarşı düşünməyə çağırıb.
Meloni daha əvvəl sosial şəbəkədə paylaşım edərək, 23 yaşlı millətçi fəalın ölümünü “bütün Avropa üçün yara” adlandırmışdı. İtaliyanın xarici işlər naziri Antonio Tajani isə ölkəsində “respublikanın ən qaranlıq illərində çoxlu Kventinlərin olduğunu” deyərək, 1970–1980-ci “Qurğuşun illəri”ndə ifrat sağ və sol qruplar arasında baş verən zorakılıqlara işarə edib.
İstintaq davam edir
Qeyd edək ki, Kventin Derank Lyon şəhərində ölümcül hücuma məruz qalıb. Hadisə ilə bağlı Rafael Arnonun parlament köməkçisi qətldə iştirak ittihamı ilə istintaqa cəlb olunaraq müvəqqəti həbs edilib. Daha altı nəfər hakim qarşısına çıxarılıb, onlardan ikisi qəsdən adamöldürmə ittihamı ilə mühakimə olunur.
Lyon prokuroru Tyeri Dran bildirib ki, şübhəlilərdən üçü ifrat sol qruplarla əlaqələrini etiraf edib.
Hadisə Fransa ilə İtaliya arasında diplomatik gərginliyə səbəb olub və siyasi dairələrdə geniş müzakirələr doğurub.
Xəbər lenti
Hamısına baxDünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:21
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30

