Niderlandın Baş naziri: Yaxın Şərqdəki addımlar beynəlxalq hüquqa ziddir
09.03.2026 [11:31]
ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi son zərbələr, eləcə də İranın cavab hücumları beynəlxalq hüquqa ziddir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Niderlandın Baş naziri Rob Jetten Haaqa şəhərində keçirilən mətbuat konfransında deyib. O, qeyd edib ki, bu addımlar beynəlxalq hüquqa zidd olsa da İranın nüvə və raket proqramlarını hədəf alan zərbələrin arxasında duran məntiq müəyyən qədər anlaşılandır. “İranın özünün də uzun illərdir beynəlxalq hüququ pozduğunu görürük”, – deyə Baş nazir bildirib.
Bununla belə, Jetten vurğulayıb ki, Niderland ABŞ və İsrailin hücumlarını dəstəkləmir. Onun sözlərinə görə, zərbələr digər ölkələrlə, o cümlədən Niderland hakimiyyəti ilə əvvəlcədən məsləhətləşmədən və ya razılıq alınmadan həyata keçirilib.
Jetten hücumların düzgün qərar olub-olmaması barədə qiymət verməkdən çəkinib. “Bu sual hazırda aktual deyil, çünki biz hələ də gərginliyin artdığı bir mərhələdəyik”, – deyə o, bildirib.
Baş nazir əlavə edib ki, hazırda əsas diqqət mövcud gərginlik fonunda Niderlandın və Avropanın maraqlarının qorunmasıdır.
Bu çərçivədə Niderland bölgəyə hərbi gəmi göndərməyi nəzərdən keçirir. Hökumət hava hücumundan müdafiə və komandanlıq funksiyalı “Zr. Ms. Evertsen” freqatının bölgəyə göndərilməsi variantını müzakirə edir. Son qərarın bu həftəsonu aparılacaq əlavə məsləhətləşmələrdən sonra verilməsi gözlənilir.
Jetten bildirib ki, gəminin yerləşdirilməsinə razılıq veriləcəyi ehtimal olunur, missiyanın miqyası və hərbi təlimatlar isə yaxın günlərdə dəqiqləşdiriləcək.
Baş nazir, həmçinin qeyd edib ki, Fransa İranın yaxınlığında yerləşən Avropa ölkələrini mümkün raket və ya pilotsuz uçuş aparatlarının hücumlarından qorumaq üçün “Charles de Gaulle” aviadaşıyıcısından istifadə etməyi öhdəsinə götürüb. Uçuş zamanı mərmiləri ələ keçirmək imkanına malik olan “Evertsen” freqatı da fransız gəmisinin yanında fəaliyyət göstərəcək.
Xəbər lenti
Hamısına baxDünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Dünya
21 İyun 15:39
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47

