Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / ABŞ İran futbolçularına Dünya Kuboku üçün viza verib

ABŞ İran futbolçularına Dünya Kuboku üçün viza verib

06.06.2026 [14:10]

ABŞ İran milli futbol komandasının oyunçularına 2026-cı il FIFA Dünya Kubokunda iştirak etmək üçün viza verib.

AZƏRTAC xəbər verir ki, bu barədə “Əl-Ərəbiyyə” telekanalı məlumat yayıb.

Telekanalın Ağ Ev sözçüsünə istinadən verdiyi məlumata görə, İranlı futbolçuların ABŞ-a daxil olması üçün viza rəsmiləşdirilib.

İran milli futbol komandasının Dünya Kubokundakı ilk oyunu iyunun 15-də Los-Ancelesdə keçiriləcək. Komanda həmin görüşdə Yeni Zelandiya milli futbol komandası ilə qarşılaşacaq.

İran millisi qrup mərhələsində, həmçinin Belçika milli futbol komandası və Misir milli futbol komandası ilə də üz-üzə gələcək.

Paylaş:
Baxılıb: 422 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31