İsveçdə seçkilər ərəfəsində miqrasiya mövzusu yenidən ön plana çıxır
06.06.2026 [18:22]
İsveçdə parlament seçkilərinə 100 gün qalmış seçicilərin prioritetlərində nəzərəçarpacaq dəyişikliklər baş verir.
AZƏRTAC xəbər verir ki, “Ipsos” şirkətinin keçirdiyi yeni sorğunun nəticələrinə əsasən, immiqrasiya və inteqrasiya məsələləri cəmiyyət üçün ən vacib problemlər sırasında ikinci yerə yüksəlib. Beləliklə, bu mövzuya marağın illərdir davam edən azalman tendensiyası pozulub. Mütəxəssislər bunu son vaxtlar yeniyetmələrin deportasiyası ətrafında aparılan müzakirələrlə əlaqələndirirlər. Hakim Tidö koalisiyası qanunvericiliyə dəyişiklik etməyi təklif edib ki, valideynləri vasitəsilə yaşayış icazəsi almış gənclər yetkinlik yaşına çatdıqdan sonra deportasiya edilməsin və 21 yaşınadək İsveçdə qala bilsinlər. Analitiklərin fikrincə, miqrasiya mövzusuna marağın artması ilk növbədə cəmiyyətin həmin deportasiyalara reaksiyasını əks etdirir.
Eyni zamanda, iqtisadi vəziyyətlə bağlı narahatlıq da artır. Fars körfəzindəki müharibə, yanacaq qiymətlərinin yüksəlməsi və iqtisadi proqnozların pisləşməsi fonunda İsveç iqtisadiyyatı seçicilərin prioritetləri sırasında altıncı yerə yüksəlib. Hökumət əhali və biznes üçün çoxmilyardlı dəstək tədbirləri elan edib. Bu tədbirlər arasında yanacaq vergilərinin azaldılması və ictimai nəqliyyatın ucuzlaşdırılması da var. Bununla belə, bəzi iqtisadçılar bu addımları ifrat hesab edirlər.
İsveçlilər üçün əsas məsələ səhiyyə olaraq qalır. Siyasi müzakirələrin mərkəzində, xüsusilə də, Tidö hökumətinin fəaliyyəti dövründə azalan tibbi yardıma növbələr dayanır. Bu mövzu qadınları kişilərlə müqayisədə daha çox narahat edir. Bundan əlavə, səhiyyə məsələləri kənd yerlərində və kiçik yaşayış məntəqələrində yaşayanlar üçün iri şəhərlərin sakinlərinə nisbətən daha böyük əhəmiyyət kəsb edir.
İkinci yerdə miqrasiya və inteqrasiya məsələləridir. Üçüncü yeri isə cinayətkarlıq və təhsil bölüşür. Ölkədə silahlı zorakılıq hallarının azalmasına baxmayaraq, cinayətkarlıq problemi hələ də bir çox seçici üçün əsas məsələlərdən biri olaraq qalır.
İqlim və energetika məsələləri reytinqdə beşinci yeri qoruyub saxlayıb. Enerji təhlükəsizliyi və yanacaq qiymətlərinin artması ilə bağlı fəal müzakirələrə baxmayaraq, son dövrdə bu mövzuların seçicilər üçün əhəmiyyətində ciddi dəyişiklik qeydə alınmayıb.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
06 İyun 19:31
Dünya
06 İyun 19:17
Dünya
06 İyun 18:22
Dünya
06 İyun 17:31
Maraqlı
06 İyun 16:40
Maraqlı
06 İyun 15:54
Dünya
06 İyun 15:28
Mədəniyyət
06 İyun 14:32
Dünya
06 İyun 14:10
Dünya
06 İyun 13:58
Dünya
06 İyun 13:22
Dünya
06 İyun 12:45
Gündəm
06 İyun 12:37
Gündəm
06 İyun 11:50
Siyasət
06 İyun 11:21
Siyasət
06 İyun 11:20
İqtisadiyyat
06 İyun 10:58
Analitik
06 İyun 10:35
Analitik
06 İyun 10:12
İqtisadiyyat
06 İyun 09:54
Analitik
06 İyun 09:30
Sosial
06 İyun 09:16
Ədəbiyyat
06 İyun 08:59
Ədəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44
Xəbər lenti
05 İyun 14:27
YAP xəbərləri
05 İyun 14:02
Siyasət
05 İyun 13:55
YAP xəbərləri
05 İyun 13:49
Siyasət
05 İyun 13:21
Sosial
05 İyun 12:36
Siyasət
05 İyun 12:23
Gündəm
05 İyun 12:11
Elanlar
05 İyun 12:02
Gündəm
05 İyun 11:57

