Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb, 40 nəfər xəsarət alıb

Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb, 40 nəfər xəsarət alıb

04.07.2026 [13:35]

Türkiyədə İstanbuldan İraqa hərəkət edən sərnişin avtobusunun qəzaya uğraması nəticəsində 40 nəfər xəsarət alıb. Yaralananlar arasında uşaqların da olduğu bildirilir.

AZƏRTAC xəbər verir ki, bu barədə DHA xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, hadisə Ankara–Niğde magistral yolunun Aksaray şəhəri yaxınlığından keçən hissəsində baş verib. İlkin araşdırmalara əsasən, sürücü idarəetməni itirib, nəticədə avtobus yoldan çıxaraq aşıb.

Qəza zamanı avtobusda olan 37 sərnişin, iki sürücü və bir bələdçi müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar Aksaray şəhərindəki xəstəxanalara çatdırılıb.

Qəzanın başvermə səbəbləri araşdırılır.

Paylaş:
Baxılıb: 75 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Analitik

Ədəbiyyat

Sosial

Siyasət

İqtisadiyyat

İqtisadiyyat

Sosial

32 il ötdü...

03 İyul 12:10  

Gündəm

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31