Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Pakistan yeni qlobal süni intellekt təşkilatına təsisçi üzv kimi qoşulub

Pakistan yeni qlobal süni intellekt təşkilatına təsisçi üzv kimi qoşulub

17.07.2026 [20:42]

Pakistan Ümumdünya Süni İntellekt Əməkdaşlıq Təşkilatının (WAICO) təsis müqaviləsini imzalayaraq qurumun 29 təsisçi üzvündən biri olub.

AZƏRTAC “Assiciated Press of Pakistan” (APP) informasiya agentliyinə istinadla xəbər verir ki, qərargahı Şanxayda yerləşəcək yeni hökumətlərarası təşkilat süni intellekt sahəsində beynəlxalq əməkdaşlığın və qlobal idarəetmənin inkişafına xidmət edəcək.

Müqaviləni Pakistan Baş nazirinin müavini və xarici işlər naziri İshaq Dar digər ölkələrin nümayəndələri ilə birlikdə imzalayıb. Təşkilat təhlükəsiz, faydalı və ədalətli süni intellekt texnologiyalarının inkişafını təşviq etməyi qarşıya məqsəd qoyur.

Pakistan WAICO çərçivəsində süni intellekt sahəsində əməkdaşlığı genişləndirməyi, texnologiyaya çıxış imkanlarını artırmağı və qlobal rəqəmsal fərqin azaldılmasına töhfə verməyi planlaşdırır.

Paylaş:
Baxılıb: 89 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Yeni həmlə..

17 İyul 11:30

Siyasət

Orta güc - ŞƏRH

17 İyul 11:08

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31