Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Gürcüstan və Türkmənistan Orta Dəhlizə əlavə yüklərin cəlb olunması barədə razılığa gəliblər

Gürcüstan və Türkmənistan Orta Dəhlizə əlavə yüklərin cəlb olunması barədə razılığa gəliblər

17.07.2026 [21:53]

Gürcüstanda səfərdə olan Türkmənistan nümayəndə heyətləri ilə birlikdə genişformatlı görüş keçirtdik. Görüş çərçivəsində Gürcüstan-Türkmənistan ticarət-iqtisadi əlaqələrinin daha da dərinləşdirilməsinə diqqət yetirildi.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovla görüşdən sonra keçirdiyi brifinqdə məlumat verib.

Onun sözlərinə görə, əsas diqqət Gürcüstan və Türkmənistan arasında ticarət və iqtisadi əlaqələrin daha da dərinləşdirilməsinə yönəldilib. Qeyd edilib ki, iki ölkə arasında ticarətin artırılması və müxtəlif məhsulların ixracının təşviqi baxımından əhəmiyyətli potensial mövcuddur.

"Biz, həmçinin nəqliyyat və logistika əlaqələrinin inkişaf perspektivlərini müzakirə etdik. Görüşdə Trans-Xəzər beynəlxalq nəqliyyat marşrutunun - Orta Dəhlizin inkişafının vacibliyinə və bu istiqamətdə, o cümlədən əlavə yüklərin cəlb edilməsi baxımından səylərin gücləndirilməsinin vacibliyinə xüsusi diqqət yetirildi”, - deyə Baş nazir bildirib.

Paylaş:
Baxılıb: 100 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Dünya

2031-ci ilədək...

18 İyul 11:39

İqtisadiyyat

Turizm

Ədəbiyyat

Şənbə üçün nəzm

18 İyul 09:15  

İdman

Ədəbiyyat

“Qəliz” dil

18 İyul 08:38

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31