Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Türkiyədə meşə yanğını səbəbindən bir yaşayış məntəqəsi təxliyə olunub

Türkiyədə meşə yanğını səbəbindən bir yaşayış məntəqəsi təxliyə olunub

23.07.2026 [08:37]

Türkiyədə davam edən yüksək hava temperaturu ölkə üzrə meşə yanğınlarının artmasına səbəb olub.

AZƏRTAC xəbər verir ki, son olaraq ölkənin dörd vilayətdə meşə yanğını baş verib. Onlardan üçü söndürülüb, hazırda soyutma işləri aparılır.

Muğla vilayətinin Fethiye rayonunda isə alovlarla mübarizə davam edir.

Bu gün yerli vaxtla saat 12:30 radələrində yaşayış məntəqələrin yaxınlığında meşəlik ərazidə başlayan yanğın səbəbindən bir məhəllə boşaldılıb.

Yanğına havadan 14 helikopter və 5 təyyarə, qurudan isə 21 yanğınsöndürən maşın (arazöz), 9 su tankeri, 3 buldozer və 200 nəfərdən ibarət briqadalarla müdaxilə edilir.

Alovun yaşayış məntəqələrinə keçməsinin qarşısını almaq üçün tədbirlər görülür.

Paylaş:
Baxılıb: 97 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Xəbər lenti

İkisi bir boyda...

23 İyul 12:20  

Sosial

33 il öncə bu gün...

23 İyul 11:28  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31