İşçilərin pay iştirakı planı haqqında müqaviləyə dair tələblər müəyyənləşib
27.07.2026 [13:35]
İşçilərin pay (səhm) iştirakı planı haqqında müqaviləyə dair tələblər müəyyənləşib.
APA-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Əmək Məcəlləsinə edilən dəyişiklikdə əksini tapıb.
Məcəlləyə əsasən, işçilərin pay (səhm) iştirakı planı haqqında müqavilə kommersiya hüquqi şəxsin təsisçisinin (iştirakçısının) və ya onun verdiyi səlahiyyət əsasında işəgötürənin təşəbbüsü ilə işçiyə güzəştli şərtlərlə və ya ödənişsiz əsasla müəssisənin paylarının (səhmlərinin) verilməsi və ya gələcəkdə onları əldə etmək (almaq) hüququnun tanınması ilə bağlı məsələləri tənzimləyən ayrıca müqavilədir. Təsisçi və ya işəgötürənlə işçi arasında bağlanan işçilərin pay (səhm) iştirakı planı haqqında müqavilədə payların (səhmlərin) işçinin tam mülkiyyətinə keçməsi üçün aşağıdakı xüsusi şərtlərdən biri müəyyən edilə bilər:
- zamana əsaslanan şərt: tərəflər arasında müəyyən edilmiş müddət ərzində işçinin işəgötürənlə əmək münasibətlərində olması şərtilə paya (səhmə) olan hüququnun hissə-hissə və ya müddətin sonunda tam qüvvəyə minməsi;
- hədəfə əsaslanan şərt: işçinin və ya kommersiya hüquqi şəxsin fəaliyyətində müəyyən hədəflərə nail olunması şərtilə paya (səhmə) olan hüququnun qüvvəyə minməsi.
- Tərəflər işçilərin pay (səhm) iştirakı planı haqqında müqavilədə əmək münasibətlərinə xitam verilməsi əsaslarından asılı olaraq paya (səhmə) olan hüquqlarının əldə edilib-edilməməsi nəticələrini müəyyən edə bilərlər.
İşçilərin pay (səhm) iştirakı planı haqqında müqavilədə işçi ilə əmək münasibətlərinə xitam verildikdə, həmin xitamın əsaslarından asılı olaraq işçinin paya (səhmə) olan hüquqlarına və ya əldə etdiyi paylara (səhmlərə) fərqli hüquqi nəticələr nəzərdə tutula bilər. İşçinin pay (səhm) iştirakı planı haqqında müqavilənin tələblərinə uyğun olaraq əldə edilən pay (səhm) əmək haqqına daxil edilmir və əmək haqqı əvəzi kimi ödənilmir.
Mülki Məcəlləyə edilən dəyişikliyə görə, təsərrüfat cəmiyyəti işçilərini və idarəetmə orqanının üzvlərini həvəsləndirmək məqsədilə, onlara cəmiyyətin paylarını (səhmlərini) gələcəkdə müəyyən edilmiş qiymətə (icra qiyməti) və ya ödənişsiz əsaslarla əldə etmək (almaq) hüququ verən pay (səhm) iştirakı planı haqqında müqavilələr bağlaya bilər. Müqavilə yazılı formada bağlanır və cəmiyyətin möhürü ilə təsdiqlənir və onun notariat qaydasında təsdiqi tələb olunmur. Planın tərtibi tarixi, hüququn qüvvəyə minməsi şərtləri, icra qiyməti (payların (səhmlərin) güzəştli ödənişli əsaslarla əldə edilməsi nəzərdə tutulduğu hallarda) və müddəti müqavilədə aydın şəkildə göstərilməlidir. Cəmiyyət tərəfindən bağlanmış işçilərin pay (səhm) iştirakı planı müqavilələrinin daxili reyestri aparılmalıdır. Bu müqavilələrin icrası üçün cəmiyyət nizamnamə kapitalının tərkibində səlahiyyət verilmiş (lakin buraxılmamış) xüsusi pay (səhm) fondu yarada bilər.
Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən, tərəflərin qarşılıqlı surətdə asılı olan şəxslər hesab edildiyi hallar istisna olmaqla, Mülki Məcəllə ilə müəyyən edilmiş gələcək iştirak payı (səhm) haqqında müqavilələr üzrə, habelə tərəflərin razılaşmasında faizlərin ödənilməsi nəzərdə tutulmayan konvertasiya edilən borclar üzrə bazar qiyməti nəzərə alınmaqla vergilərin hesablanması və transfer qiyməti tətbiq edilməyəcək və əlavə faizlər hesablanmayacaq.
Pay (səhm) opsionu hüququnu nəzərdə tutan müqavilələr çərçivəsində işəgötürən tərəfindən işçiyə əvəzsiz və ya güzəştli şərtlərlə verilən opsiyonlar, o cümlədən iştirak payları (səhmlər), habelə həmin opsiyonların icra edilməsi (iştirak payına və ya səhmə çevrilməsi) zamanı yaranan fayda muzdlu işlə əlaqədar alınan gəlir hesab edilməyəcək.
Pay (səhm) opsionu hüququ müqaviləsi çərçivəsində əldə edilən aktivin (payın, səhmin, opsionun üçüncü şəxslərə təqdim edilməsindən yaranan gəlir də vergidən azad olunur.
Xəbər lenti
Hamısına baxDünya
15 Sentyabr 18:32
YAP xəbərləri
15 Sentyabr 18:18
Dünya
15 Sentyabr 17:19
Siyasət
15 Sentyabr 17:09
Siyasət
15 Sentyabr 17:08
Sosial
15 Sentyabr 17:07
Siyasət
15 Sentyabr 16:59
Siyasət
15 Sentyabr 16:31
Siyasət
15 Sentyabr 16:30
Siyasət
15 Sentyabr 16:30
Dünya
15 Sentyabr 16:23
Gündəm
15 Sentyabr 16:22
Sosial
15 Sentyabr 16:07
Elanlar
15 Sentyabr 15:48
Dünya
15 Sentyabr 15:30
YAP xəbərləri
15 Sentyabr 15:30
YAP xəbərləri
15 Sentyabr 15:28
Sosial
15 Sentyabr 15:17
Siyasət
15 Sentyabr 15:14
Siyasət
15 Sentyabr 15:14
Siyasət
15 Sentyabr 15:13
Siyasət
15 Sentyabr 15:12
Siyasət
15 Sentyabr 15:10
YAP xəbərləri
15 Sentyabr 15:02
Sosial
15 Sentyabr 14:32
Analitik
15 Sentyabr 14:26
Dünya
15 Sentyabr 14:22
Gündəm
15 Sentyabr 14:03
Dünya
15 Sentyabr 13:59
Siyasət
15 Sentyabr 13:52
Gündəm
15 Sentyabr 13:24
Dünya
15 Sentyabr 13:15
Dünya
15 Sentyabr 12:25
Hadisə
15 Sentyabr 11:48
Elm
15 Sentyabr 11:47
Siyasət
15 Sentyabr 11:46
Elanlar
15 Sentyabr 11:37
Siyasət
15 Sentyabr 11:35
Sosial
15 Sentyabr 11:09
Sosial
15 Sentyabr 10:43
Siyasət
15 Sentyabr 10:42
Gündəm
15 Sentyabr 10:17
Gündəm
15 Sentyabr 09:48
Analitik
15 Sentyabr 09:20
Sosial
15 Sentyabr 08:52
Elm
15 Sentyabr 08:37
Sosial
15 Sentyabr 08:10
Dünya
14 Sentyabr 23:39
Müsahibə
14 Sentyabr 23:17
Elm
14 Sentyabr 22:40
YAP xəbərləri
14 Sentyabr 22:29
Dünya
14 Sentyabr 22:14
Sosial
14 Sentyabr 21:59
Dünya
14 Sentyabr 21:23
Dünya
14 Sentyabr 20:45
Dünya
14 Sentyabr 20:17
Gündəm
14 Sentyabr 19:59
Maraqlı
14 Sentyabr 19:58
Dünya
14 Sentyabr 19:24
Analitik
14 Sentyabr 19:02
Dünya
14 Sentyabr 18:30
Gündəm
14 Sentyabr 18:17
Dünya
14 Sentyabr 17:43
Dünya
14 Sentyabr 17:19
Dünya
14 Sentyabr 16:45
YAP xəbərləri
14 Sentyabr 16:34
Dünya
14 Sentyabr 16:34
Elm
14 Sentyabr 16:31
YAP xəbərləri
14 Sentyabr 16:25
Dünya
14 Sentyabr 16:22

