/ / Azərbaycan–Qırğızıstan müttəfiqliyi: Türk dünyasının strateji həmrəyliyini möhkəmləndirən yeni mərhələ
Azərbaycan–Qırğızıstan müttəfiqliyi: Türk dünyasının strateji həmrəyliyini möhkəmləndirən yeni mərhələ
03.08.2026 [12:30]
İlqar İlyasov
YAP Qaradağ rayon təşkilatının sədri
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 31 iyul 2026-cı il tarixində Qırğızıstan Respublikasına həyata keçirdiyi dövlət səfəri təkcə iki dost və qardaş ölkə arasında münasibətlərin inkişafı baxımından deyil, bütövlükdə Türk dünyasının siyasi həmrəyliyinin və inteqrasiya proseslərinin dərinləşməsi baxımından mühüm tarixi hadisə kimi yadda qaldı. Səfər çərçivəsində aparılan danışıqlar, imzalanan sənədlər, qəbul edilən qərarlar və dövlət başçılarının mətbuata verdiyi bəyanatlar Azərbaycan–Qırğızıstan münasibətlərinin artıq keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu bir daha təsdiqlədi.
Prezident İlham Əliyevin səsləndirdiyi “Müttəfiqlik münasibətləri çox böyük məsuliyyət deməkdir və biz bu məsuliyyətə hazırıq” fikri müasir dövrdə Azərbaycanın xarici siyasət kursunun mahiyyətini aydın şəkildə ifadə edir. Müttəfiqlik yalnız siyasi bəyanat deyil, qarşılıqlı etimad, ortaq maraqlar və gələcəyə hesablanmış strateji əməkdaşlıq deməkdir. Bu gün Azərbaycan və Qırğızıstan beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəkləyən, regional təhlükəsizliyin möhkəmləndirilməsinə töhfə verən, iqtisadi və humanitar sahələrdə ortaq maraqları bölüşən etibarlı tərəfdaşlardır.
Son illərdə Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət nəticəsində Azərbaycan Türk dünyasının inteqrasiyasında aparıcı dövlətlərdən birinə çevrilmişdir. Qırğızıstanla münasibətlərin müttəfiqlik səviyyəsinə yüksəldilməsi də məhz bu ardıcıl siyasətin məntiqi nəticəsidir. Bu münasibətlər qarşılıqlı hörmətə, milli maraqlara və ortaq tarixi-mədəni köklərə əsaslanır.
Səfər çərçivəsində Azərbaycan–Qırğız İnvestisiya Fondunun maliyyə vəsaitinin 200 milyon ABŞ dollarına çatdırılması barədə qəbul edilən qərar iqtisadi əməkdaşlığın yeni mərhələsinin başlanğıcıdır. Bu fond vasitəsilə həyata keçirilən layihələr yalnız iqtisadi gəlir gətirmir, eyni zamanda yeni istehsal müəssisələrinin yaradılmasına, məşğulluğun artmasına və regionun investisiya cəlbediciliyinin yüksəlməsinə xidmət edir. Azərbaycan kapitalının Qırğızıstan iqtisadiyyatına yatırılması ölkəmizin iqtisadi gücünün və etibarlı tərəfdaş imicinin daha bir göstəricisidir.
İssık-Kul gölünün sahilində Azərbaycan dövlətinin maliyyə dəstəyi ilə inşa edilmiş “Baku Resort & Spa” mehmanxanasının istifadəyə verilməsi isə dostluğun iqtisadi nəticələrinin rəmzinə çevrildi. “Bakı” adını daşıyan bu möhtəşəm kompleks Azərbaycan brendinin və ölkəmizin beynəlxalq nüfuzunun Mərkəzi Asiyada daha da möhkəmləndiyini nümayiş etdirir.
Azərbaycan–Qırğızıstan münasibətlərinin mühüm istiqamətlərindən biri də humanitar əməkdaşlıqdır. Qarabağın bərpasına Qırğızıstanın verdiyi töhfə, Ağdam rayonunda “Manas” adına məktəbin tikilməsi qardaş xalqların həmrəyliyinin parlaq nümunəsidir. Eyni zamanda Bakıda Çingiz Aytmatovun abidəsinin və parkının yaradılması, Bişkekdə Azərbaycan–Qırğızıstan Dostluq Parkının salınması, qarşılıqlı Mədəniyyət Günlərinin keçirilməsi xalqlarımızın ortaq tarixi və mənəvi dəyərlərinin gələcək nəsillərə çatdırılmasına xidmət edir. Bu layihələr Türk dünyasının mədəni birliyini daha da möhkəmləndirir.
Səfərin ən əlamətdar hadisələrindən biri Prezident İlham Əliyevin Qırğız Respublikasının ali dövlət mükafatı – I dərəcəli “Manas” ordeni ilə təltif olunması oldu. Bu ali mükafat Azərbaycan Prezidentinin Türk dünyasının birliyi, regional əməkdaşlıq və dövlətlərarası dostluğun inkişafına verdiyi mühüm töhfələrin yüksək qiymətləndirilməsinin ifadəsidir. Eyni zamanda Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycanın ali dövlət təltifi – “Heydər Əliyev” ordeni ilə təltif edilməsi qarşılıqlı etimadın və qardaşlığın ən yüksək səviyyədə olduğunu göstərən mühüm siyasi hadisədir.
Diqqətçəkən məqamlardan biri də Azərbaycanın Mərkəzi Asiya Məşvərət Görüşlərinə tamhüquqlu üzv kimi qəbul olunmasıdır. Bu qərar ölkəmizin Mərkəzi Asiya ilə əlaqələrinin yeni strateji mərhələyə yüksəldiyini, Azərbaycanın artıq regionun siyasi və iqtisadi əməkdaşlıq platformalarının ayrılmaz iştirakçısına çevrildiyini göstərir. Bu, Prezident İlham Əliyevin uzaqgörən xarici siyasət kursunun növbəti mühüm uğurudur.
Bu gün Türk dünyası yeni inkişaf mərhələsinə qədəm qoyur. Bu inkişafın əsas hərəkətverici qüvvələrindən biri isə Prezident İlham Əliyevin təşəbbüsləri və qətiyyətli siyasi iradəsidir. Azərbaycanın təşəbbüsü ilə reallaşan nəqliyyat layihələri, enerji təhlükəsizliyi, iqtisadi inteqrasiya və humanitar əməkdaşlıq platformaları artıq geniş Avrasiya məkanında sabitliyə və tərəqqiyə mühüm töhfə verir.
Qırğızıstana dövlət səfərinin nəticələri bir daha sübut etdi ki, Azərbaycan–Qırğızıstan münasibətləri yalnız iki dövlət arasında əməkdaşlıq modeli deyil, həm də Türk dünyasının gələcək inkişafının mühüm istiqamətlərindən biridir. Qarşılıqlı etimada əsaslanan bu müttəfiqlik, ortaq tarixdən güc alan dostluq və gələcəyə hesablanmış strateji əməkdaşlıq bundan sonra da xalqlarımızın rifahına, regionun sabitliyinə və Türk dünyasının birliyinin daha da möhkəmlənməsinə xidmət edəcəkdir.
Xəbər lenti
Hamısına baxDünya
20 Sentyabr 11:28
Analitik
20 Sentyabr 11:11
Dünya
20 Sentyabr 10:43
Dünya
20 Sentyabr 10:17
Dünya
20 Sentyabr 09:52
İdman
20 Sentyabr 09:20
Gündəm
20 Sentyabr 08:43
Dünya
19 Sentyabr 23:30
Hadisə
19 Sentyabr 22:40
Dünya
19 Sentyabr 22:19
Siyasət
19 Sentyabr 21:35
Mədəniyyət
19 Sentyabr 21:33
Sosial
19 Sentyabr 20:25
Sosial
19 Sentyabr 19:17
Siyasət
19 Sentyabr 18:34
Dünya
19 Sentyabr 18:22
Dünya
19 Sentyabr 17:38
Sosial
19 Sentyabr 16:35
Hadisə
19 Sentyabr 15:30
Gündəm
19 Sentyabr 14:46
Sosial
19 Sentyabr 14:43
Sosial
19 Sentyabr 14:35
Gündəm
19 Sentyabr 13:19
Dünya
19 Sentyabr 12:23
Gündəm
19 Sentyabr 11:05
Siyasət
19 Sentyabr 11:00
İqtisadiyyat
19 Sentyabr 10:59
Gündəm
19 Sentyabr 10:40
Siyasət
19 Sentyabr 10:25
Gündəm
19 Sentyabr 10:23
İqtisadiyyat
19 Sentyabr 09:41
Analitik
19 Sentyabr 09:14
Ədəbiyyat
19 Sentyabr 08:57
Ədəbiyyat
19 Sentyabr 08:31
Gündəm
19 Sentyabr 08:16
Dünya
18 Sentyabr 23:46
Dünya
18 Sentyabr 23:21
Dünya
18 Sentyabr 22:49
Dünya
18 Sentyabr 22:17
Dünya
18 Sentyabr 21:53
Dünya
18 Sentyabr 21:25
Dünya
18 Sentyabr 20:43
Dünya
18 Sentyabr 20:18
Dünya
18 Sentyabr 19:59
Dünya
18 Sentyabr 19:20
YAP xəbərləri
18 Sentyabr 19:07
YAP xəbərləri
18 Sentyabr 19:03
YAP xəbərləri
18 Sentyabr 19:00
Dünya
18 Sentyabr 18:25
Analitik
18 Sentyabr 18:15
Siyasət
18 Sentyabr 18:03
Dünya
18 Sentyabr 17:45
Dünya
18 Sentyabr 17:19
YAP xəbərləri
18 Sentyabr 16:30
YAP xəbərləri
18 Sentyabr 16:23
Dünya
18 Sentyabr 16:23
Elanlar
18 Sentyabr 16:21
Din
18 Sentyabr 16:12
Dünya
18 Sentyabr 16:04
Dünya
18 Sentyabr 15:52
Dünya
18 Sentyabr 15:48
Mədəniyyət
18 Sentyabr 15:47
Elm
18 Sentyabr 15:40
İqtisadiyyat
18 Sentyabr 15:32
Dünya
18 Sentyabr 15:31
YAP xəbərləri
18 Sentyabr 14:56
YAP xəbərləri
18 Sentyabr 14:54
Dünya
18 Sentyabr 14:50
Sosial
18 Sentyabr 14:50
Siyasət
18 Sentyabr 14:28

