İqlim dəyişikliyinin sərt reallığı Avropa iqtisadiyyatına necə təsir edib?
10.08.2026 [18:10]
Avropada yay mövsümünün anomal isti havası iqlim dəyişikliyinin baha başa gələn və həyatı dəyişdirən iqtisadi nəticələrinin artıq hər kəsə təsir etdiyini açıq şəkildə nümayiş etdirir.
AZƏRTAC “Reuters” agentliyinə istinadla xəbər verir ki, alimlər qlobal istiləşmə ilə əlverişsiz hava şəraitinin daha da pisləşməsi fonunda baş verən iqlim böhranının enerji sənayesinə, gəmiçiliyə və səhiyyə sistemlərinə ciddi ziyan vurduğunu bildirirlər. Meşə yanğınları mövsümünün isə Avropa tarixində ən pis analoji dövr olacağı proqnozlaşdırılır.
İqtisadçılar və alimlər regionun iqtisadiyyatına dəyən ümumi ziyanın artıq yüz milyardlarla avro olduğunu təxmin edirlər. Lakin onlar xəbərdarlıq edirlər ki, bu, yalnız başlanğıcdır, çünki xərclər temperaturdan daha sürətli artacaq.
Avropanın iqlimi digər qitələrdən daha sürətlə dəyişir və bu, artıq dövlət maliyyəsinə zərər vurur, inflyasiyada kəskin dalğalanmaya səbəb olur, turizm mənzərəsini dəyişdirir və ölkələri enerji istehsalı, nəqliyyat metodlarını yenidən düşünməyə məcbur edir.
Mannheim Universitetinin iqtisadçısı Sehrish Usman bildirib: “2026-cı il iqtisadi baxımdan çoxsaylı ekstremal hadisə epizodlarına görə xüsusilə təhlükəlidir”.
İqtisadçılar rekord temperaturun iyun və iyul aylarında qeydə alındığını və iqtisadi ziyanın əvvəlki bütün rəqəmləri aşacağını ehtimal edirlər.
Əsas yükdaşıma marşrutları olan Reyn və Dunay çaylarında nəqliyyat vasitələrinin hərəkəti suyun səviyyəsinin aşağı olması səbəbindən ciddi şəkildə məhdudlaşdırılıb. Soyutma problemləri səbəbindən bir neçə atom elektrik stansiyası enerji istehsalını dayandırıb və ya azaldıb. İyul ayında qarğıdalı və günəbaxan kimi gec yığılan məhsulların məhsuldarlığı artıq 6-7 faiz azalıb.
İstilik dalğaları məhsuldarlığı azaldır və artıq on minlərlə insanın həyatına son qoyub. Almaniyada 10 mindən çox istidən ölüm hadisəsi qeydə alınıb. Bu arada, yanğınsöndürmə və enerji istehlakının məhdudlaşdırılması kimi fövqəladə hallara cavab xərcləri büdcəyə yükü daha da artırır.
ING hesablayır ki, təkcə Reyn çayının bağlanması bu il Almaniyada ÜDM-i 0,3 faiz bəndi azaldacaq, Macarıstan bankı isə ölkənin ən böyük atom elektrik stansiyasının işləmədiyi hər həftə ÜDM-də 0,1 faiz bəndi azalma olacağını proqnozlaşdırır.
Almaniyanın “Allianz” sığorta şirkətinin hesablamalarına görə, iyun ayının cəmi iki həftəlik isti havası Avropada ÜDM-i 0,3 faiz bəndi azaldacaq, iqlim dəyişikliyi isə İspaniya, Fransa və İtaliya kimi ən həssas iqtisadiyyatlar üçün 2030-cu ilə qədər artım tempini 5-7 faiz aşağı salacaq.
Avrozonada iqtisadi artımın bu il cəmi 1 faiz olacağı proqnozlaşdırıldığı nəzərə alındıqda, itkilər əhəmiyyətli olacaq. Lakin iqtisadi zərərin tam miqyasının yalnız bir neçə ildən sonra aydın olacağı bildirilir. Ən böyük zərər daha kəskin temperatur dalğalanmalarının baş verdiyi Cənubi Avropada ola bilər ki, bu da turizm gəlirlərinin azalmasına, məhsuldarlığın pisləşməsinə və əhalinin miqrasiyasına səbəb olur.
Barselona Superkompüter Mərkəzinin tədqiqatçısı Maksimilian Kotzun sözlərinə görə, ekstremal temperaturun ərzaq qiymətlərinə təsiri daha isti iqlimi olan bölgələrdə özünü göstərir, bu baxımdan Cənubi Avropada vəziyyət nisbətən ağır olacaq.
Bu arada, çay nəqliyyatının dayandırılması Avropanın bəzi bölgələrinə yanacaq çatdırılmasına mane olur və regional qiymət fərqlərinin artmasına səbəb olur.
İstehsalın azalması səbəbindən illik vergi gəlirlərinin azalmasının Fransada 1,8 faizə, İtaliya və İspaniyada isə 1,3 faizə çata biləcəyi təxmin edilir, çünki mütərəqqi vergi sistemləri gəlirlərin istehsaldan daha sürətli azalması deməkdir.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 Avqust 17:12
Elm
12 Avqust 16:58
İdman
12 Avqust 16:57
YAP xəbərləri
12 Avqust 16:56
Analitik
12 Avqust 16:52
Elm
12 Avqust 16:45
Elm
12 Avqust 16:30
İdman
12 Avqust 16:22
Sosial
12 Avqust 16:00
Siyasət
12 Avqust 15:35
Sosial
12 Avqust 15:35
Sosial
12 Avqust 15:27
İdman
12 Avqust 15:20
İqtisadiyyat
12 Avqust 15:00
Elm
12 Avqust 14:50
Sosial
12 Avqust 14:35
İqtisadiyyat
12 Avqust 14:20
Sosial
12 Avqust 14:20
Elm
12 Avqust 13:50
Dünya
12 Avqust 13:25
Siyasət
12 Avqust 13:17
İdman
12 Avqust 12:58
Dünya
12 Avqust 12:35
Siyasət
12 Avqust 12:05
Sosial
12 Avqust 11:45
Gündəm
12 Avqust 11:15
Gündəm
12 Avqust 10:45
Analitik
12 Avqust 10:25
Analitik
12 Avqust 09:40
Sosial
12 Avqust 09:05
Dünya
11 Avqust 23:50
Dünya
11 Avqust 23:30
Dünya
11 Avqust 23:15
Dünya
11 Avqust 22:42
Gündəm
11 Avqust 22:24
Dünya
11 Avqust 22:15
Gündəm
11 Avqust 22:09
Gündəm
11 Avqust 21:59
Gündəm
11 Avqust 21:50
Dünya
11 Avqust 21:50
Gündəm
11 Avqust 21:42
Gündəm
11 Avqust 21:39
Dünya
11 Avqust 21:30
Gündəm
11 Avqust 21:26
Dünya
11 Avqust 20:57
Gündəm
11 Avqust 20:35
Dünya
11 Avqust 20:35
Gündəm
11 Avqust 20:24
Gündəm
11 Avqust 20:22
Dünya
11 Avqust 20:05
Gündəm
11 Avqust 19:55
Gündəm
11 Avqust 19:53
Dünya
11 Avqust 19:40
Gündəm
11 Avqust 19:26
Dünya
11 Avqust 19:20
İdman
11 Avqust 18:50
Sosial
11 Avqust 18:30
Mədəniyyət
11 Avqust 18:20
Elm
11 Avqust 17:50
Mədəniyyət
11 Avqust 17:30
İdman
11 Avqust 17:10
Mədəniyyət
11 Avqust 16:32
İdman
11 Avqust 16:10
İqtisadiyyat
11 Avqust 15:52
Elm
11 Avqust 15:45
Elm
11 Avqust 15:30
İdman
11 Avqust 15:10
Mədəniyyət
11 Avqust 14:50
Dünya
11 Avqust 14:50
İqtisadiyyat
11 Avqust 14:46

