Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Moskvada Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilməsi müzakirə oluna bilər

Moskvada Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilməsi müzakirə oluna bilər

11.08.2026 [13:35]

Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) səsvermə hüququndan məhrum edilməsi məsələsinə Kollektiv Təhlükəsizlik Şurasının noyabrın 11-də Moskvada keçiriləcək iclasında baxıla bilər.

AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib.

O, KTMT üzvlərindən birinə qarşı məhdudlaşdırıcı tədbirlərin tətbiqi ilə bağlı qərarların təşkilatın dövlət başçılarının da daxil olduğu Kollektiv Təhlükəsizlik Şurasının səlahiyyətlərinə aid olduğunu bildirib. Bu cür qərarlar KTMT Nizamnaməsinin müddəalarına əsasən qəbul edilə bilər.

Qaluzin qeyd edib ki, Kollektiv Təhlükəsizlik Şurasının növbəti iclası noyabrın 11-də Moskvada keçiriləcək.

Rusiya xarici işlər nazirinin müavini əlavə edib ki, KTMT Nizamnaməsi beynəlxalq müqavilədir və təşkilatın orqanlarının fəaliyyətinin maliyyələşdirilməsi də daxil olmaqla bütün üzv ölkələr tərəfindən tətbiq olunmalıdır.

O vurğulayıb ki, İrəvanın KTMT-də iştirakdan və təşkilatın illik büdcə qərarlarını imzalamaqdan imtina etməsi Ermənistanın milli töhfəsini vaxtında ödəmək öhdəliyini ləğv etmir. M. Qaluzin qeyd edib ki, beynəlxalq təşkilatların fundamental sənədlərində üzv dövlətlərin öz öhdəliklərini yerinə yetirməməsi halında prosedurlar nəzərdə tutulur və KTMT də həmin məsələdə istisna deyil.

Paylaş:
Baxılıb: 97 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Analitik

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31