Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Aİ-nin Braziliyadan ətin idxalını dayandırması narazılığa səbəb olub

Aİ-nin Braziliyadan ətin idxalını dayandırması narazılığa səbəb olub

07.09.2026 [23:15]

Braziliya Avropa İttifaqının (Aİ) bu ölkədən quş və mal ətinin idxalını dayandırmasından sonra dərin narahatlıq ifadə edib. Qeyd olunan hal Aİ-nin Braziliyanın heyvandarlıqda antibiotiklərdən istifadəyə dair Avropa sanitariya qaydalarına tam əməl etməməsi qənaəti ilə əlaqədardır.

AZƏRTAC xəbər verir ki, Braziliyanın Xarici İşlər və Kənd Təsərrüfatı nazirliklərinin birgə açıqlamasında davam edən texniki dialoqun sürətli, obyektiv, şəffaf və elmi meyarlara əsaslanan həllə gətirib çıxaracağına ümid edildiyi bildirilib.

Qeyd edək ki, Braziliya bu ilin may ayında heyvandarlıqda antibiotiklərdən intensiv istifadəyə dair Aİ qaydalarına riayət edən ölkələrin siyahısından çıxarılıb.

Paylaş:
Baxılıb: 51 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30