Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Hörmüz boğazında LNG daşınması 92 faiz azalıb

Hörmüz boğazında LNG daşınması 92 faiz azalıb

07.09.2026 [23:39]

Hörmüz boğazında mayeləşdirilmiş təbii qazın (LNG) daşınması 92 faiz azalıb.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, ötən ilin son rübündə Hörmüz boğazından gündəlik 21,6 milyon barel neft daşınıb. ABŞ-İran müharibəsinin başlamasından sonra isə bu göstərici ilin ikinci rübündə gündəlik 4,9 milyon barelə düşüb. Eyni dövrdə boğazdan LNG axını gündəlik 10,5 milyard kubfutdan 800 milyon kubfuta geriləyib. Beləliklə, qeyd edilən dövrdə Hörmüz boğazından keçən neftin həcmi 77 faiz azalıb, LNG daşınmasında azalma isə 92 faiz olub. LNG axınının kəskin azalması bu strateji əhəmiyyətli marşrutda maye qaz daşınmasının daha da pozulduğunu göstərir.

Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) məlumatına görə, Qətər və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) LNG ixracı üçün istifadə etdiyi yeganə dəniz yolu olan Hörmüz boğazından qlobal maye qaz tədarükünün təxminən beşdəbiri keçir. Münaqişənin kəskinləşməsindən sonra qlobal LNG bazarında mart-iyun ayları arasında əhəmiyyətli dərəcədə azalma yaşanıb. Bu dövrdə Qətərdən 300-dən çox və BƏƏ-dən təxminən 20 LNG yükü daşına bilməyib.

“Clarksons Research” analitika şirkətinin məlumatına görə, neft və LNG daşınmasındakı fərqin gəmi trafikində əks olunduğunu göstərir. İyunun 21-27-ni əhatə edən həftə ərzində Hörmüz boğazından 66 xam neft tankeri və 16 LNG gəmisi keçsə də, avqustun 23-29-nu əhatə edən həftə ərzində yalnız 4 xam neft tankeri keçib.

Neft tədarükündə alternativ nəqliyyat marşrutları işə düşüb. ABŞ-nin Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatına görə, Bab əl-Məndəb boğazından keçən neftin həcmi 2025-ci ilin son rübündə gündəlik 5,4 milyon bareldən cari ilin ikinci rübündə sutkada 8,1 milyon barelə yüksəlib. Bunun səbəbi Səudiyyə Ərəbistanının neftinin bir hissəsini Şərq-Qərb Xam Neft Boru Kəməri (“Petroline”) vasitəsilə Qırmızı dənizdəki Yanbu limanına yönləndirməsidir.

Mütəxəssislər bildirirlər ki, neft və maye qaz arasında nəqliyyat və infrastrukturda əhəmiyyətli struktur fərqləri var. Neft daha böyük və çevik tanker donanmasına, eləcə də geniş saxlama tutumuna malikdir, LNG isə bu çevikliyə malik deyil. Neft və LNG daşınmasındakı fərq tanker donanmaları, saxlama qurğuları, gəmi xərcləri, təhlükəsizlik riskləri və maye qaz ixrac infrastrukturunun coğrafi konsentrasiyasından təsirlənir. Hörmüz boğazında təhlükəsizlik riskləri enerji daşınmasına təsir edir. Boğazdan neft tankerləri az sayda keçməyə davam etsə də, LNG daşınmasında fasilələr özünü daha çox göstərir.

Paylaş:
Baxılıb: 46 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30