Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Bu gün uşaq evlərindən 39 uşaq birinci sinfə gedir

Bu gün uşaq evlərindən 39 uşaq birinci sinfə gedir

15.09.2026 [11:09]

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin uşaq evi sosial xidmət müəssisələrindən bu gün 39 uşaq birinci sinfə gedir.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, onlar geyindikləri məktəbli formasının, ilk müəllimlərinin və yeni dostları ilə tanışlığın həyəcanını yaşayırlar. Bu gün balacalar üçün təkcə dərs ilinin ilk günü deyil, yeni arzuların və ümidlərin başlanğıcıdır.

Uşaqların təhsilə cəlb olunması, onların sosial həyata inteqrasiyası və hərtərəfli inkişafı üçün əlverişli şəraitin yaradılması sosial xidmətlərin əsas istiqamətlərindəndir. Sosial Xidmətlər Agentliyi müəssisələrdə yaşayan uşaqların təhsil hüquqlarının təmin olunması, onların məktəbə hazırlığı və təhsil prosesinə uyğunlaşması istiqamətində mütəmadi tədbirlər həyata keçirir.

Hazırda agentliyin uşaq evi sosial xidmət müəssisələrində valideyn himayəsindən məhrum olan 476 uşaq yaşayır.

Paylaş:
Baxılıb: 128 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xalqın seçimidir

15 Sentyabr 15:02  

Sosial

Bakı azadlığına qovuşdu

15 Sentyabr 10:43  

Gündəm

Qarabağa qürur səfəri

15 Sentyabr 09:48  

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30