Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP İsmayıllı rayon təşkilatının XI konfransı keçirilib

YAP İsmayıllı rayon təşkilatının XI konfransı keçirilib

17.09.2026 [16:49]

Sentyabrın 17-də Yeni Azərbaycan Partiyası (YAP) İsmayıllı rayon təşkilatının XI konfransı keçirilib.

Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Konfransda YAP İsmayıllı rayon təşkilatının sədri Zaur Muradov hesabat məruzəsi ilə çıxış edib. O, Azərbaycanın davamlı inkişafında Yeni Azərbaycan Partiyasının müstəsna rolundan danışıb. 2021-ci il martın 5-də keçirilən VII qurultayın partiyanın müasir çağırışlara uyğun olaraq fəaliyyətinin gücləndirilməsi baxımından mühüm mərhələ olduğunu deyən Zaur Muradov İsmayıllı rayon təşkilatının fəaliyyətinin də məqsədyönlü şəkildə təşkil edildiyini vurğulayıb.

Çıxış edən İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov Yeni Azərbaycan Partiyasının daim xalqa xidmət prinsipini əsas götürdüyünü, əməli fəaliyyəti ilə böyük rəğbət qazandığını deyib. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın 44 günlük Vətən müharibəsində möhtəşəm qələbə qazanaraq tarixi ədalətin və ərazi bütövlüyünün bərpasına nail olmasından ətraflı bəhs edib. 

YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı Vüqar İskəndərov Ulu Öndərin Azərbaycan xalqına siyasi mirası olan Yeni Azərbaycan Partiyasının bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük nailiyyətlər qazandığını, şanlı tarix yazdığını deyib. O qeyd edib ki, bu gün Azərbaycan öz ərazi bütövlüyü və suverenliyini təmin etmiş güclü dövlət kimi çıxış edir.

İsmayıllı Rayon Mərkəzi Xəstəxanası ərazi partiya təşkilatının sədri Vidadi Rəhimov, İsmayıllı rayon Uşaq-Gənclər İnkişaf Mərkəzi ərazi partiya təşkilatının sədri Xuraman Qurbanova, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı İsmayıllı Rayon Komitəsinin sədri Hafiz Kərimov və İvanovka kənd ərazi partiya təşkilatının sədri Oleq Radayev çıxış edərək YAP-ın bu gün siyasi sistemin aparıcı qüvvəsi kimi ölkəmizə mühüm nailiyyətlər qazandırdığını deyiblər.

Çıxış edən YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin baş məsləhətçisi Xaqani Tağıyev bildirib ki, YAP İsmayıllı rayon təşkilatı qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirib. O, Yeni Azərbaycan Partiyasının qazandığı uğurlarla yanaşı, qarşıda dayanan vəzifələrdən də ətraflı bəhs edib.

Konfransda YAP İsmayıllı rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib və Yeni Azərbaycan Partiyasının VIII Qurultayına nümayəndələr seçilib.

Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.

Paylaş:
Baxılıb: 44 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30