Ermənistan ordusunda hərbi-psixoloji böhran...
04.04.2015 [10:48]
Orduda baş verən neqativ hallar işğalçı ölkədə sosial gərginliyi daha da artırır
Öz işğalçı siyasəti ucbatından regiondakı bütün layihələrdən kənarda qalan Ermənistanda daxili vəziyyət getdikcə ağırlaşmaqdadır. İşğalçı ölkədə siyasi müstəvidə hökm sürən gərginlik, xarici siyasətin tamamilə iflasa uğraması iqtisadi problemləri daha da kəskinləşdirməklə yanaşı, bütün sahələrdə böhrana yol açıb. Buna paralel olaraq ictimai-siyasi kataklizmlər daha da güclənməkdədir. Ermənistan mətbuatı siyasi gərginliyin daha da kəskinləşərək vətəndaş müharibəsi həddinə çatacağını bəyan edir. Bununla yanaşı, bir çox erməni eksperti bildirir ki, mövcud problemlər bu ölkədə sosial inqilab çağırışlarını aktuallaşdırır və siyasi kataklizmləri şiddətləndirir. Məhz bu, Ermənistanın gələcəyini sual altına alan başlıca faktorlardandır.
İşğalçı ölkənin sosial problemləri aradan qaldırmaq üçün kifayət qədər güc və potensiala malik olmaması nəticəsində yaranan demoqrafik problemlər hakimiyyətlə xalq arasında ciddi qarşıdurmaya zəmin yaradır. Bütün bunları nəzərə alan bir çox ekspertlərin qənaətinə görə, müstəqil siyasət yeritməyən Ermənistanın gələcəyi sual altındadır. Bütün bunlar Ermənistanın həm də yeni siyasi kataklizmlərə sürükləndiyini göstərir. İşğalçı siyasətini davam etdirən bu ölkədə qarşıdakı dövrdə iqtisadi böhranın dərinləşəcəyinə dair yekun qənaət ifadə etmək heç də çətin deyil. Bundan başqa, ölkəni beynəlxalq arenada qarşıdakı dövrdə ciddi problemlərin gözlədiyi proqnozlaşdırılır.
Ermənistanda bütün sahələrdə olduğu kimi, orduda da dərin böhran hökm sürməkdədir. Ermənistan ordusunda intihar, qətl, dedovşina və bu kimi saysız-hesabsız qanunsuzluqların adi hala çevrildiyi məlumdur. Zaman keçdikcə belə hallar nəinki azalmır, əksinə daha da genişlənərək ordunun bütün pillələrində ən təsirli qüvvəyə çevrilib. Belə ki, yüksək rütbəli hərbçilərin əsgərlərlə qəddar davranması, zabitlərin əsgərlərin məvacibini əlindən alması, hərbçilərin normal qida və tibbi təminatdan məhrum olması, özbaşınalıq və digər amillərin təsiri altında psixoloji və fiziki təzyiqlərə dözməyən erməni əsgərlər arasında fərarilik, hərbçilərin güllələnməsi, intihar hadisələri mütəmadi hala çevrilib. Bu səbəbdən işğalçı ölkə ordusundakı neqativ insidentlərlə bağlı mütəmadi olaraq yayılan xəbərlər heç də təəccüb doğurmur. Məsələn, bir neçə gün öncə “express.am” saytının verdiyi məlumata görə, erməni hərbçiləri arasında ağır nəticələri olan vərəm xəstəliyi yayılıb. Yerli əhali bildirir ki, dərmanların çatışmazlığı ucbatından yaralılar və vərəm xəstələri üçün Qarakəndə dislokasiya olunmuş 3-cü polkun 4-cü batalyonunda səhra hospitalı yaradılıb. Məqsəd hərbi hissələrdə baş verən anarxiyanı gizlətmək və müdafiə naziri Seyran Ohanyanı əsgər analarının qəzəbindən qorumaqdır: “Lakin heç bir şübhə yoxdur ki, bu dəfə də bizim rəhbərliyimiz özünü kor və kar kimi göstərəcək. Təəssüf ki, Müdafiə Nazirliyinin qeyri-şəffaf işi, mülki cəmiyyət və hətta deputat korpusu tərəfindən nəzarətin olmaması bundan sonra Ermənistanda acınacaqlı, hətta biabırçı hadisələrə gətirib çıxaracaq. Azərbaycanın müdafiə naziri Zakir Həsənov verdiyi sözə əməl edir, bizim Seyran Ohanyan isə əsgər analarını ittiham edir”.
Vurğulamaq gərəkdir ki, orduda baş verən neqativ hallar işğalçı ölkədə sosial gərginliyi daha da artırır, insanlar meydanlara çıxaraq etiraz aksiyaları təşkil edirlər. İşğalçı ölkə rəhbərliyi isə orduda baş verən qətl, intihar və digər halları aradan qaldırmaq əvəzinə, dinc əhaliyə qarşı repressiv metodlardan istifadə edir, orduda baş verən neqativ halların real statistikasını əhalidən gizlədir, bu cür hadisələrin səbəbkarları isə məsuliyyətdən kənarda qalır. Ermənistan ordusundakı vəziyyətə dair bu ölkənin insan haqları müdafiəçiləri də kəskin tənqidi bəyanatlarla çıxış edirlər.
Bütün bunlara baxmayaraq, Ermənistan ordusu təxribatçı fəaliyyətini davam etdirir. Lakin Azərbaycanın layiqli cavabı müqabilində düşmən itkilər verərək geri çəkilir. Ermənistan Silahlı Qüvvələri mart ayı ərzində döyüş şəraitində təxminən 30-a yaxın hərbi qulluqçusunu itirib. Eyni zamanda, ötən ay Ermənistan Silahlı Qüvvələrinin bir hərbçisi Azərbaycan tərəfə təslim olub. Qeyd edək ki, bu ilin mart ayında Ermənistan silahlı bölmələri cəbhə xəttində atəşkəs rejimini 682 dəfə pozub.
Nəticə etbarilə, Ermənistanda hərbi-psixoloji böhran yaşanır.
NURLAN
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23
Gündəm
25 İyun 10:53
Siyasət
25 İyun 10:27
Gündəm
25 İyun 09:50
Analitik
25 İyun 09:32
Ədəbiyyat
25 İyun 09:15
Mədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28
Sosial
25 İyun 08:00
Dünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Gündəm
24 İyun 17:52
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23

