Qlobal güclərin “unutduğu” Liviya tənəzzül astanasında
29.07.2015 [09:50]
Məlum olduğu kimi, İŞİD terrorçuları İraq və Suriya ilə yanaşı, vahid mərkəzi hakimiyyətin mövcud olmadığı Liviyada da özlərinə sığınacaq tapa biliblər. Ölkənin “demokratik keçid” prosesinə xarici dəstəyin sonadək göstərilməməsi, milli birliyin təmin olunmaması və sosial-iqtisadi problemlər cinayətkar ünsürlərin artmasına şərait yaradır. Bir müddət əvvəl Britaniya baş naziri Devid Kemeronun sözlərindən aydın olub ki, Birləşmiş Krallıq terrorçu qruplara qarşı dünyanın istənilən bölgəsində mübarizə aparmaq qərarına gəlib. İngiltərə mediası baş nazirin hökumətə Liviyaya növbəti müdaxilə planı hazırlamaq tapşırığını verdiyini bildirir. Britaniyanın Liviyada İŞİD-ə qarşı mümkün addımlarından biri kimi, terrorçu təşkilatla mübarizədə yerli qüvvələrin hazırlanmasına kömək məqsədilə mütəxəssislərin göndəriləcəyi ehtimal olunur (bax: David Cameron takes the fight to Isil, drafting plans to intervene against jihadists in Libya / “The Telegraph”, 26 iyul 2015). Bir müddət əvvəl Tunisdə 30-u Britaniya vətəndaşı olmaqla 40-a yaxın turistin ölümü ilə nəticələnən terror aksiyasının törədilməsi, üstəlik, cinayətkarın Liviyada təlim keçdiyi barədə məlumatlar Britaniyanı İŞİD-lə mübarizəyə daha çox diqqət yetirməyə sövq edib.
Rusiya mediasının Liviyanın informasiya naziri Ömər əl-Kuayriyə istinadla yaydığı məlumat isə sanki Britaniya baş nazirinin planlarına cavab kimi səslənir. Belə ki, nazirin sözlərinə görə, Liviyadakı İŞİD probleminin aradan qaldırılmasına əsas maneə ölkəyə tətbiq olunan silah embarqosudur. Embarqonun ləğv olunacağı təqdirdə, ilin sonunadək İŞİD terrorçularının məhvi mümkündür, hətta bunun üçün Misir istisna olmaqla digər ərəb ölkələrinin yardımına da ehtiyac yoxdur. Nazir əlavə edib ki, Liviyada vəziyyət təsvir olunduğu qədər dəhşətli deyil; teatrlar, kino sferası fəaliyyət göstərir, həyat öz axarı ilə davam edir. Eyni zamanda, İŞİD-in mövqeləri bəllidir, terrorçular mühasirəyə alınıb, Liviya ordusu isə əməliyyata hazırdır. Bunun üçün isə embarqo aradan qaldırılmalıdır. Belə görünür ki, Liviya hökuməti “İŞİD-lə mübarizəyə mane olmayın, yardım etməsəniz də olar” mesajını verməyə çalışır.
Lakin terrorizm təhlükəsi Liviyada hakimiyyət çevrilişindən sonra özünü qabarıq göstərən yeganə problem deyil.
Liviya: Avropanın qanunsuz miqrant probleminin episentri
Liviyadakı gərginlik və özbaşınalıq mühiti Avropada qanunsuz miqrant probleminin kəskinləşməsinin başlıca səbəbidir. Ölkədəki hakimiyyətsizlik və sərhədlərin nəzarətsiz qalması nəticəsində Liviya afrikalı miqrantları qanunsuz yollarla Avropa sahillərinə daşıyan qaçaqmalçıların əsas fəaliyyət düşərgəsinə çevrilib. İl ərzində 200 mindən artıq Liviya və müxtəlif Afrika ölkələrindən olan miqrant bu ölkə vasitəsilə Avropa qitəsinə axın edir. Liviyadakı Tobruk hökuməti Avropa İttifaqı sərhədçilərinin Liviya sularında qaçaqmalçılara qarşı hərbi əməliyyatlar keçirməsinə razılıq verməyə hazır olduğunu bəyan edib. Baş nazir Abdulla Əl-Tininin sözlərinə görə, əməliyyatlar Liviyada yaradılacaq milli birlik hökumətinin nəzarəti altında gerçəkləşdirilməlidir. Baş nazir bu cür əməliyyatların ölkənin cənub sərhədlərində keçirilməsi şərtini də irəli sürüb. Məlumatlara görə, gün ərzində ölkənin cənub sərhədlərindən Liviyaya mindən artıq qeyri-qanuni miqrant daxil olur (bax: Liviə nazvala usloviə operaüii protiv kontrabandistov / “Deutsche Welle”, 4 iyul 2015).
Sadalanan şərtlərdən birincisinin yaxın gələcəkdə gerçəkləşməsi kifayət qədər mürəkkəb görünür. Məsələ ondan ibarətdir ki, Müəmmar Qəddafinin devrilməsindən sonra Liviyada stabil vahid hökumətin yaradılması cəhdləri ölkənin daha çox parçalanması, xaosa sürüklənməsi ilə müşayiət olunmaqdadır.
Liviyada çoxhakimiyyətlilik
2011-ci ildə NATO qüvvələrinin dəstəyi ilə M.Qəddafinin devrilməsindən sonra ölkədə siyasi qarşıdurmaların güclənməsi, çevrilişsonrası bərpa prosesinə beynəlxalq ictimaiyyətin laqeydliyi, siyasi, iqtisadi qeyri-stabil ölkədə terrorçu qruplaşmaların aktivləşməsi səbəbindən Liviya tənəzzülə uğramış dövlət hesab olunur. Ölkə, faktiki olaraq, bir neçə qrupun idarəçiliyi altındadır və İŞİD terrorçuları da ərazilərin bir hissəsinə nəzarət edir. Əsas hakimiyyət isə iki siyasi mərkəzə məxsusdur: paytaxt Tripolidəki hökumət və ölkənin şimal-şərqindəki liman şəhəri olan və beynəlxalq ictimaiyyətin qanuni hökumət kimi tanıdığı Tobrukdakı hakimiyyət.
Tripolidəki hökumət 2014-cü il parlament seçkilərində məğlub olan “Müsəlman qardaşları”nın Liviyadakı qolu olan Ədalət və Yenidənqurma Partiyasının üzvlərinin seçicilərin cəmi 18 faizinin qatıldığı seçkinin nəticələrini qəbul etməyərək formalaşdırdığı parlament əsasında qurulub. Ölkənin əksər bölgələri Tripoli hökumətinə loyal qüvvələrin nəzarətindədir. Ölkənin ikinci böyük şəhəri olan Benqazi də əksər iri şəhərlər kimi, əsasən “əl-Qaidə” ilə əlaqələri olan islamçı silahlıların nəzarətindədir.
Tobrukdakı hökumət isə ötənilki seçkilər əsasında yaradılan, tərkibi əsasən qərbyönümlü qüvvələrdən ibarət olan Nümayəndələr Şurası tərəfindən formalaşdırılıb. 2014-cü ilin vətəndaş müharibəsində islamçı silahlı birləşmələrin paytaxtı ələ keçirməsindən sonra şura üzvləri şəhəri tərk edərək Tobruka sığınıblar. Faktiki olaraq, Tobrukdakı hökumətin təsir imkanları şəhərin çərçivəsindən kənara çıxmır. Tripolidəki Ali Məhkəmənin Nümayəndələr Şurasının ləğvi barədə qərar çıxarmasına baxmayaraq, beynəlxalq ictimaiyyət bu parlamenti və onun formalaşdırdığı hökuməti qanuni Liviya hakimiyyəti kimi tanıyır.
Tripolidəki və Tobrukdakı hökumətləri müdafiə edən qüvvələr arasında silahlı toqquşmalar fasilələrlə davam edir. Ölkədə paralel ordu və polis orqanları fəaliyyət göstərir. Qəddafinin devrilməsindən sonra orduya məxsus silah anbarları talan edilib, silah embarqosuna baxmayaraq, xaricdən silahların qaçaqmalçılıq yolu ilə ölkəyə gətirildiyi bildirilir. Başqa bir tərəfdən isə bəzi icmalar İŞİD-lə əlbir olmaq yolunu seçiblər (bax: Liviə: bez priznakov qosudarstva / “Fond Strateqiçeskoy Kulğturı”, 25 iyun 2015).
Mövcud çoxhakimiyyətlilik ölkədəki qarışıqlığın əsas səbəbi kimi çıxış edir. İqtisadiyyatının 90 faizi neft satışından asılı olan Liviyada neft yataqları, boru xətləri və xam maddənin daşındığı limanlar uğrunda mübarizə gedir.
Liviya böhranının məsuliyyətini kimlər daşıyır?
Məlum olub ki, Britaniya parlamentinin bir qrup üzvündən ibarət komitə ölkənin Xarici İşlər Nazirliyinə Qəddafinin devrilməsində və Liviyanın sonrakı taleyində Britaniyanın roluna dair sorğu ünvanlamağa hazırlaşır. Sorğunun müəlliflərindən olan Krispin Blant qərarın zəruriliyini onunla əsaslandırır ki, Liviyaya müdaxilə yerli xalq üçün faciə ilə nəticələnib, indi isə İŞİD-in Liviyanın bəzi hissələrinə nəzarət etməsi Britaniyanın özü üçün də təhlükəyə çevrilib. Üstəlik, Liviyada dövlət hakimiyyətinin tənəzzülü Britaniya üçün əlavə miqrasiya probleminin yaranmasına da gətirib çıxarır. Sorğu əsasında Liviyaya müdaxilədən əvvəl onun mümkün nəticələrinin qabaqcadan nə dərəcədə ciddi təhlil olunduğu müəyyən edilməyə çalışılacaq. Cavab axtarılan məsələlərdən biri isə Liviyaya hərbi müdaxiləyə icazə verən BMT Təhlükəsizlik Şurasının 1973 saylı qətnaməsinin düzgün icra olunub-olunmamasıdır. Blantın fikrincə, qətnamənin icrası ilə bağlı Rusiya tərəfində yaranan narazılıq və inamsızlıq Qərbin Suriya və Ukrayna məsələlərində Moskva ilə ortaq dil tapmasını da çətinləşdirir. Həmçinin, sorğu Liviyada müdaxiləsonrası planlaşdırmada Britaniyanın iştirakı imkanlarını da araşdıracaq (bax: Foreign Office to face inquiry into role played by UK in Libya’s collapse / “The Guardian”, 24 iyul 2015).
Liviya ilə bağlı sual doğuran məsələ təkcə bu ölkəyə xarici hərbi müdaxilənin gətirdiyi birbaşa nəticələrlə yekunlaşmır. Xarici banklarda saxlanılan Liviyaya məxsus milyardlarla dollar həcmində vəsaitin müəmmalı taleyi, ilk növbədə, liviyalıları narahat edir. 2006-cı ildə Liviyanın neft gəlirlərinin cəmləşdirilməsi üçün yaradılan Liviya İnvestisiya İdarəsinin (Lİİ) sahib olduğu 67 milyard dollar vəsaitin böyük hissəsi xarici hökumətlər tərəfindən dondurulub. Görünür, bu səbəbdən, ölkə maliyyə itkilərini kompensasiya etməyin başqa yollarını axtarır. Hazırda qurum ABŞ-ın “Goldman Sachs” və Fransanın “Societe Generale” banklarını Qəddafinin hakimiyyəti dövründə maliyyə mənimsəməkdə ittiham edərək, ümumilikdə 3,5 milyard dollar cərimənin ödənilməsi tələbi ilə məhkəməyə verib. Lakin bu məsələdə də Liviyadakı ikihakimiyyətliliyin təzahürləri özünü göstərməkdədir. Belə ki, Liviya İnvestisiya İdarəsinin Tripoli hökuməti və Tobruk hökuməti tərəfindən təyin olunan iki müdiri var. Qərb strukturları Tobruk hökumətinin təmsilçisini qanuni rəsmi şəxs kimi qəbul etsələr də, mövcud mübarizə prosesin gedişatına öz mənfi təsirini göstərir (bax: Libyan factions reach pact to protect Goldman Sachs lawsuit / “The Telegraph”, 12 iyun 2015).
Tobruk hökuməti Ruanda, Zambiya, Çad və Nigeri isə çevriliş dövrünün qarışıqlığından yararlanaraq, Lİİ vəsaitlərinin bir hissəsini milliləşdirməkdə ittiham edir.
Sadalananlar Liviyadakı çevrilişdən sonra ölkənin gələcəyi ilə bağlı vahid mövqenin və siyasətin olmamasının dağıdıcı nəticələrinin yalnız bir hissəsidir. Beynəlxalq ictimaiyyətin Liviyada hakimiyyət dəyişikliyinə verdiyi dəstəyi ölkənin bərpasına münasibətdə sərgiləməməsi ölkənin demokratik keçid prosesinin uğursuzluğuna zəmin yaradıb. Ekspertlər ölkədəki xaos və siyasi qeyri-müəyyənliyin onillərlə davam etməsinin mümkünlüyünü istisna etmirlər. Bu isə ölkədə regional stabilliyə təhlükə törədən proseslərin dərinləşməsinə şərait yarada bilər.
Newtimes.az
Xəbər lenti
Hamısına baxDünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Gündəm
18 İyun 15:15
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Elm
17 İyun 21:18
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:57
YAP xəbərləri
17 İyun 17:49

