Martin Şults deputat həmkarları tərəfindən israfçılıqda ittiham olunur
08.12.2015 [09:43]
Avropa Parlamenti prezidentinin iki limuzini, iki sürücüsü və 33 assistenti var
Hər zaman ölkəmizə qarşı aparılan şər-böhtan kampaniyasının önündə gedən, dövlətimizdəki sabitliyə, insan hüquq və azadlıqlarının qorunması prinsipinə qərəzli şəkildə yanaşan, anti-azərbaycançı fəaliyyəti ilə ölkəmizə qarşı olan maraqlı dairələrin, ən əsası, ermənilərin sevimlisinə çevrilməyi “bacaran” Avropa Parlamentinin prezidenti Martin Şults öz həmkarlarının hədəfinə tuş gəlib. Ümumiyyətlə, bir siyasətçi kimi ziddiyyətli imicə malik M.Şults bu dəfə olduqca ciddi ittihamlarla üz-üzədir. Belə ki, o, Avropa Parlamentinin üzvləri tərəfindən israfçılıqda ittiham olunur.
Lent.az-ın “dailymail.co.uk” saytına istinadən verdiyi xəbərə görə, Martin Şultsun iki limuzini, iki sürücüsü və 33 assistenti var. Onun həmçinin qonaqları qarşılamaq və digər xidmətlər üçün nəzərdə tutulmuş iki qulluqçusu var. “Bu, parlamentin xərclərinin azaldılması xətti və fiskal siyasətlə bağlı mənfi nümunə yaradır”, - deyə parlamentarilər bildiriblər.
Parlament büdcəsini illik nəzərdən keçirən büdcə nəzarəti komitəsinin məruzəsində isə “Avropa Parlamenti prezidentinin ofisində bu qədər adamın çalışmasının şübhəli olduğu” qeyd edilib. Vurğulanır ki, 21 ildir Avropa Parlamentinin üzvü olan Martin Şults illik 227 min avro məvacib və güzəştlər alır.
Göründüyü kimi, Azərbaycan dövlətinə qarşı aparılan böhtan kampaniyasında fəal iştirak edən, ölkəmizdəki şəffaflığa, ədalətli mühitə şübhə ilə yanaşan Şultsun “fəaliyyəti” elə öz “kolleqa”ları tərəfindən ifşa edilir. Özünə komfort həyat düzəldən, dünyaya “demokratiya” dərsi keçməyə cəhd göstərən M.Şults görəsən indi nə deyəcək?
Xatırladaq ki, ölkəmizin qazandığı hər bir nailiyyətə kölgə salmağa, birmənalı şəkildə ermənilərin apardığı işğal siyasətini ifşa edən faktları dünyaya nümayiş etdirməmizə mane olmağa hesablanan anti-azərbaycançı fəaliyyəti ilə yadda qalan Matin Şults hətta Azərbaycanda mədəniyyət, idman yönümlü beynəlxalq tədbirlərin keçirilməsindən belə narahatlıq duyaraq min bir yolla buna qarşı kampaniyalar həyata keçirməyə cəhdlər göstərirdi. Diletant fəaliyyəti ilə seçilən bu şəxs ölkəmizdə keçirilən birinci Avropa Oyunları ilə bağlı təşkil edilən müzakirələrdə də qərəzini açıq şəkildə büruzə vermişdi. Və yuxarıda bəhs edilən xəbər onun hansı məqsədlərə xidmət etdiyinə işıq salır, daha doğrusu, Azərbaycana qarşı aparılan çirkin kampaniyanın iştirakçısı olan bu şəxsin nə dərəcədə “şəffaf”, “demokrat” olması artıq faktlar əsasında “üzə çıxır”.
Qeyd edək ki, Şultsun hələ yeniyetməlikdə içkiyə qurşandığı haqqında Qərb mətbuatında dövri informasiyalar yer alır. Hətta onun alkoqola aludəçiliyə görə işdən qovulması faktı da səsləndirilib. Avantürist fikirlər söyləmək, müxtəlif ölkələrin rəhbərləri haqqında sağlam məntiqə sığmayan bəyanatlar vermək kimi “xüsusiyyətlər”i özündə cəmləşdirmiş Şults son nəticədə təmsil etdiyi qurumu pis vəziyyətdə qoyur, onun imicinə zərbə vurur.
Maraqlıdır ki, öz prezidentini “sudan quru çıxarmağa” çalışan Şultsun mətbuat katiblərindən biri guya Avropa Parlamenti prezidentinin gərgin iş qrafiki olduğu üçün iki sürücüyə ehtiyacı olduğunu vurğulayıb. Görəsən, digər ittihamlara cavab vermək üçün Şult hansı bəhanələrə əl atmaq və ya hansı şəxslərdən kömək ummaq niyyətindədir?
Necə deyərlər, “öz gözündə tiri görməyən” cənab Şults yaman yerdə haqlanıb. Belə görünür ki, onun gözündəki “tirlər”i artıq öz həmkarları ona xatırlatmaq məcburiyyətində qalıblar...
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34

