Ermənistan Dünya Bankından kredit dilənir
19.02.2016 [09:37]
Xarici borcu 5 milyard dolları aşan işğalçı ölkə daha 14 milyardlıq borcun altına girir
İqtisadiyyatı çökmüş, əhalisinin böyük əksəriyyəti aclıq və səfalət içində yaşayan Ermənistanda vəziyyət gündən-günə pisləşir. Hakimiyyəti zəbt etmiş Serj Sarkisyanın ölkədə kriminal üsul-idarə tətbiq etməsi, korrupsiya və rüşvətxorluğun baş alıb getməsi, gizli iqtisadiyyatın xüsusi çəkisinin ilbəil artması və bunun nəticəsi olaraq dövlət büdcəsinin doldurulmaması özünü sadə ermənilərin güzəranında büruzə verməkdədir. İstehsal müəssisələrinin ard-arda fəaliyyətini dayandırması işğalçı ökədə işsizlik ordusunun sürətlə artmasını şərtləndirib. Hakimiyyət vəziyyətin sosial partlayış həddinə çatmaması üçün ümidlərini xaricdən Ermənistana edilən yardımlara dikirdi ki, cari ildə bu yardımlar da minimuma enib. Odur ki, vəziyyətdən çıxış yolu tapmaq üçün Ermənistan hakimiyyəti beynəlxalq maliyyə qurumlarından istənilən şərt daxilitndə kreditlər dilənmək haqda qərar veriblər.
Ötən il hökumətin elektrik enerjisi tariflərinin artırılmasına dair qərarına ermənilərin fasiləsiz mitinqlərlə cavab verməsi Serj Sarkisyan rejimini əməlli-başlı qorxuya saldığından, hakimiyyət bu il fərqli addım atmağa qərar verib. “news.am” saytının yazdığına görə, bu barədə hökumətin fevralın 18-də keçirilən iclasından sonra bəlli olub. Toplantıdan sonra KİV nümayəndələri ilə görüşən energetika və təbii sərvətlər naziri Edvard Zaxaryan bu məqsədlə Dünya Bankının Ermənistana kredit tranşı ayıracağını bildirib. Onun sözlərinə görə, illik faiz dərəcəsi 1,5 faiz təşkil edəcək və 30 il müddətinə veriləcək kreditin ilk 14 ilinin güzəştli olacağı nəzərdə tutulur. Kredit vətəndaşların elektrik enerjisi haqlarının ödənilməməsi səbəbindən enerji istehsalçı müəssisələrə olan borcunun ödənilməsinə yönəldiləcək. Doğrudur, Edvard Zaxaryan Dünya Bankından alınacaq kreditin məbləğini açıqlamayıb. Amma buna baxmayaraq, sayt E.Zaxaryanın yanvarın 21-də keçirdiyi mətbuat konfransında vətəndaşların “Elektrikşəbəkə”yə olan borclarının 14 milyard dram təşkil etməsi fikrinə istinad edərək, alınacaq kreditin də eyni həcmdə olacağını bildirir. Bu isə təqribən 29 milyon ABŞ dolları deməkdir. Başqa sözlə, xarici borcu artıq 5 milyard ABŞ dollarını aşmış Ermənistan kimi kiçik bir ölkə üçün bu, heç də yaxşı nəticə deyil. Mənbə, eyni zamanda, 2016-cı ilin Ermənistan iqtisadiyyatı üçün çox ağır bir il olacağını da qeyd edir. Belə ki, neftin dünya bazarında satış qiymətinin kəskin şəkildə aşağı düşməsi hələ də davam edir. Bunun nəticəsində Rusiyanın milli valyutasının dəyər itirməsi Ermənistan iqtisadiyyatına da güclü zərbə vurub. Belə ki, Ermənistan iqtisadiyyatının 85 faizi məhz Rusiya ilə bağlıdır. Bu ölkədə gəlir gətirə bilən hansı müəssisə varsa dəyər-dəyməzinə Rusiya şirkətlərinə satılıb, yaxud idarəetməyə verilib. Rusiyadakı iqtisadi geriləmə Ermənistan iqtisadiyyatını da özü ilə bataqlığa sürükləməkdədir.
Saytın yazdığına görə, hazırda erməni iqtisadçı-ekspertləri narahat edən başqa bir məsələdir. Yerli analitiklərin fikrincə, DB-nin bundan əvvəl iki tranşda ayırdığı vəsaitlər hakimiyyəti zəbt etmiş korrupsioner rejim tərəfindən necə havaya sovrulmuşdusa, növbəti kreditin də aqibəti eyni olacaq. Vəsaitlərin böyük hissəsi yenə də hakimiyyətdə təmsil olunan ayrı-ayrı oliqarxların cibinə axacaq. Nəticədə xarici borclar dövlətin və xalqın “belinə yüklənəcək”. Ekspertlərin fikrincə, Serj Sarkisyan rejimi əgər ölkənin gələcəyi, xalqın rifahı haqqında düşünsəydi, uzun illər mənfəətlə işləyən iri dövlət müəssisələrini dəyər-dəyməz qiymətinə xarici səhmdarlara, o cümlədən Rusiya şirkətlərinə satmazdı.
Analitiklər belə hesab edirlər ki, Ermənistan cəmiyyəti artıq yeni bir çalxalanmaya, təlatümə qədəm qoyub. Serj Sarkisyan rejimi isə adekvat addımlar atmaqla bu təlatümdə öz müvazinətini saxlamağa, heç olmasa 2017-ci ildə keçiriləcək parlament seçkilərinədək öz ömrünü uzatmağa çalışır. Amma buna baxmayaraq, müxalifət düşərgəsindəkilər də yerlərində oturmaq niyyətində deyillər. Onlar hakimiyyətdən ölkədə köklü islahatlara başlamağı tələb edirlər və bunun üçün daha iki il də gözləmək niyyətində deyillər. Odur ki, ekspertlərin fikrincə, hadisələr bu ssenari üzrə davam edərsə, bu, Serj Sarkisyan rejiminin son qışı və son baharı olacaq. Bu proqnozların nə qədər özünü doğruldacağını isə zaman göstərəcək.
Səlim LOĞMANOĞLU
Xəbər lenti
Hamısına baxGündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23
Gündəm
25 İyun 10:53
Siyasət
25 İyun 10:27
Gündəm
25 İyun 09:50
Analitik
25 İyun 09:32
Ədəbiyyat
25 İyun 09:15
Mədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28
Sosial
25 İyun 08:00
Dünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17

