Serj Sarkisyanın qorxulu gecələri
05.08.2016 [09:47]
Hakimiyyət kreslosu laxlamaqda olan Ermənistan rəhbəri yenə də Kremlə yalvarmağa gedir
Serj Sarkisyan hakimiyyətinin ölkədə yürütdüyü səbatsız daxili və xarici siyasət Ermənistan dövlətini uçurumun kandarına sürükləməkdədir. İqtisadi tənəzzül, işsizlik səviyyəsinin durmadan yüksəlməsi gündən-günə ölkə vətəndaşlarının güzəranının daha da pisləşməsinə səbəb olur. Hələ bu azmış kimi, ölkənin xarici borclarının 5 milyard ABŞ dollarını aşması Ermənistan hakimiyyətini çətin duruma salıb. Bundan əlavə, aprel döyüşlərində Azərbaycan Ordusunun göstərdiyi şücaət - cəmi 4 gün davam edən hərbi əməliyyatlarda 2 min hektardan artıq ərazilərimizin düşməndən təmizlənməsi - Serj Sarkisyanın “möhtəşəm” ordu quruculuğunun sabun köpüyündən başqa bir şey olmadığını ortaya qoydu. Sarkisyanın yalan vədlərindən cana doymuş ermənilərin bir gün alternativ yola əl atacağı gözlənilən idi. Və o gün gəldi - iyulun 17-də Yerevanda polis məntəqəsinə silahlı basqın, əslində, Serj Sarkisyan üçün uzun illərdən bəri zəbt etdiyi hakimiyyətinin sonunun başlanğıcı idi.
Doğrudur, müxalifətyönlü “Sasunun igidləri” (“Sasna Tsrer”) qruplaşmasının iki həftə davam edən hakimiyyətə qarşı silahlı etiraz aksiyası gecəyarı, iyulun 31-də elə silah gücünə yatırıldı. Hakimiyyət qüvvələrinə təslim olan üsyançılar mübarizəni siyasi yolla davam etdirəcəklərini, onların Ermənistanda başlatdığı bu “qığılcımdan tezliklə alov doğacağını” vəd etdilər. Elə son günlər Ermənistanda cərəyan edən hadisələr də bunu bir daha sübut etmiş oldu.
“News.am” saytının yazdığına görə, artıq iki gündür ki, axşam saatlarında Ermənistan paytaxtı çalxalanmaqdadır. İlk gündən fərqli olaraq, Serj Sarkisyan rejiminə etiraz edənlər ötən gecə hətta “Azadlıq” meydanı ilə kifayətlənməyərək prezident sarayınadək yürüş ediblər. Burada təşkil olunan mitinqdə Serj Sarkisyanın ünvanına kəskin ifadələr işlədilib. Etirazçılar, həmçinin iyulun 31-də həbs edilmiş “Sasna Tsrer” qruplaşmasının üzvlərinin azad edilməsini, onların hakimiyyət qarşısında qoyduğu şərtlərə əməl olunmasını tələb ediblər. Bu tələblərin yerinə yetirilməyəcəyi təqdirdə, hər axşam Yerevan küçələrində etiraz aksiyaları keçirəcəklərini vəd ediblər.
Bu isə artıq Serj Sarkisyan üçün qorxunc gecələrin başladığından xəbər verir. Məsələ burasındadır ki, etirazçılara artıq müxalifət partiyaları da dəstək verməkdədirlər. Saytın yazdığına görə, “İrs” partiyasının sədri Raffi Ovanesyan avqustan 3-də keçirdiyi mətbuat konfransında Serj Sarkisyan rejimini ciddi tənqid edib. “Əgər Ermənistanı düşdüyü bu böhranlı vəziyyətdən siyasi proseslər yolu ilə, növbədənkənar seçkilər keçirməklə xilas etmək mümkün deyilsə, ölkədə “Sasna Tsrer” kimi yeni-yeni silahlı qruplaşmalar yaranacaqdır”, - deyə partiya sədri vurğulayıb. Onun sözlərinə görə, ölkədəki kritik vəziyyət o həddə çatıb ki, artıq hər bir vətəndaş “Sasna Tsrer”in üzvü ola bilər. “Amma bunlar artıq antiterror qruplaşmasının üzvü olacaqlar. Çünki bunlar ölkədə hakimiyyəti zəbt etmiş “qalstuklu terroristlər”ə qarşı vuruşacaqlar. Əgər biz ölkədə yaranmış böhranlı vəziyyəti dəyişə bilməsək, qoy onda heç kim indiki sərhədlərimizin itirilməsinə təəccüblənməsin”, - deyən Raffi Ovanesyan daha sonra avqust ayının Serj Sarkisyan hakimiyyəti üçün çox gərgin keçəcəyini vəd edib.
Elə yerli analitiklər də ölkədə yaranmış hazırkı vəziyyətin Serj Sarkisyan rejimi üçün çox çətin olacağını, hətta qarşıdakı aylarda hakimiyyətin itirilməsi ilə nəticələnəcəyini istisna etmirlər. Təbii, əgər Serj Sarkisyan tezliklə xaricdən lazımi dəstəyi ala bilməzsə. Prezidentin mətbuat xidmətinə istinad edən “Lragir.am” saytının yazdığına görə, məhz elə bu məqsədlə də Serj Sarkisyanın avqustun 10-da Rusiyaya işgüzar səfəri nəzərdə tutulub. Kremldə baş tutacaq görüşdə Serj Sarkisyan rusiyalı həmkarı ilə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edəcək, siyasi, iqtisadi, humanitar sahədə əməkdaşlığın perspektivlərini nəzərdən keçirəcəklər. Saytın yazdığına görə, Sarkisyan və Putin, həmçinin bir sıra beynəlxalq və regional problemlər ətrafında da müzakirələr aparacaqlar.
Analitiklər isə belə hesab edirlər ki, Serj Sarkisyan Rusiya paytaxtına məhz yalvarmaq, laxlamaqda olan hakimiyyət kreslosuna təminat almaq üçün tələsir. Belə ki, Ermənistanda daxili vəziyyət gündən-günə getdikcə gərginləşir. Nəinki paytaxtda, ölkənin regionlarında da artıq etiraz aksiyaları keçirilməkdədir. Ekspertlər belə hesab edirlər ki, “Sasna Tsrer” kimi kiçik bir silahlı dəstənin öhdəsindən gələ bilməyən Serj Sarkisyanın sabah on minlərlə etirazçının qarşısında duruş gətirə biləcəyi inandırıcı görünmür. Odur ki, Serj Sarkisyan Kremldə göz yaşlarını bolluca axıdacaq ki, bəlkə, bir işə yaradı.
Saytın yazdığına görə, Serj Sarkisyanın Moskva görüşü heç də asan olmayacaq. Belə ki, bundan əvvəl Vladimir Putinin Moskvada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşləri planlaşdırılıb. Və həmin görüşlərdə müzakirə edilən məsələlərin birbaşa da olmasa, dolayısı ilə Ermənistana da aidiyyəti vardır. Əslində, Serj Sarkisyanı daha çox təşvişə salan, onu qorxulu gecələr yaşamağa məhkum edən də elə budur.
Səlim LOĞMANOĞLU
Xəbər lenti
Hamısına baxDünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:58
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | ||
| 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
| 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
| 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
| 27 | 28 | 29 | 30 |

