Ermənistan reallığı: bütün yollar iflasa aparır
06.10.2016 [09:39]
İşğalçı ölkədə sosial-iqtisadi tənəzzül daha da sürətlənib
Ermənistanda hökm sürən sosial-iqtisadi kataklizmlər daha da şiddətlənib. Başqa sözlə, Serj Sarkisyanın rəhbərlik etdiyi rejimin həyata keçirdiyi yarıtmaz siyasət nəticəsində işğalçı ölkədə, demək olar ki, bütün sahələrdə hökm sürən böhran meyilləri olduqca dərinləşib. İqtisadi böhran total tənəzzül meyillərini kəskinləşdirməklə yanaşı, işğalçı ölkədə hakimiyyətlə xalq arasındakı uçurumu daha da dərinləşdirib.
Bir çox ekspertlər Ermənistan daxilindəki dərin kataklizmləri ölkənin iqtisadi tənəzzülü ilə əlaqələndirirlər. Dərin iqtisadi böhranın səbəbi qismində isə işğalçı ölkənin həyata keçirdiyi təcavüzkar, işğalçı siyasət kursu səciyyələndirilir. Belə ki, İrəvanın reallaşdırdığı aqressiv, təcavüzkar xarici siyasət bu ölkəni regional miqyasda təcrid durumuna düşürüb. Bunun fonunda isə heç bir regional layihədə təmsil olunmayan Ermənistan daxili və xarici siyasət nöqteyi-nəzərindən, sözün əsl mənasında, fiaskoya uğrayıb.
İşğalçı ölkənin total böhranı çərçivəsində əsas diqqət iqtisadi tənəzzül meyillərinə çəkilir. Cari ilin iqtisadi göstəricilərinə nəzər yetirdikdə belə bir qənaətə gəlmək olur ki, bu ölkədə nəinki heç bir iqtisadi artım qeydə alınmamışdır, hətta ciddi geriləmə tendensiyası aktual olmuşdur. Məhz bu durumun fonunda cari ildə işğalçı ölkədə vətəndaşların miqrasiyası daha da sürətlənib. Başlıcası budur ki, miqrantların əsas hissəsini gənclər və əmək qabiliyyətli əhali təşkil edir. Bu isə onu deməyə əsas verir ki, mövcud miqrasiya tendensiyası Ermənistanı total demoqrafik böhrana sürükləyir. Demoqrafik problemlər isə sosial kataklizmləri daha da sürətləndirir. Ölkənin sosial problemləri aradan qaldırmaq üçün kifayət qədər güc və potensiala malik olmaması isə demoqrafik problemlərin hakimiyyətlə xalq arasında ciddi qarşıdurmanı şərtləndirməsinə zəmin yaradır. Bütün bunları nəzərə alan bir çox ekspertlər qeyd edirlər ki, Ermənistan sosial inqilab astanasındadır.
Yeri gəlmişkən, Ermənistanın ARKA informasiya agentliyinin məlumatına görə, ölkədə əhalinin sayı tarixdə ən aşağı göstəriciyə düşüb. Qeyd edilib ki, əhali çıxış yolunu mövcud hakimiyyətin dəyişməsində görür. Müntəzəm olaraq keçirilən piketlər, mitinqlər, prezidentin, baş nazirin iqamətgahları qarşısında baş tutan aksiyalar İrəvanda adi hala çevrilib: “İnsanlar ölkənin iqtisadi vəziyyətini yaxşılaşdırmağı tələb edirlər. Vəziyyət isə dəyişməz qalır. Bu səbəbdən də Ermənistan vətəndaşları çıxış yolunu ölkəni tərk etməkdə görürlər. Ölkənin ümumtəhsil müəssisələrində şagirdlərin sayı 2 dəfədən çox azalıb. Son illər ərzində Ermənistanda dövlət təminatlı 50 məktəb müvəqqəti bağlanıb, 38 məktəb isə tamamilə ləğv edilib. Bundan əlavə, Ermənistanda 20-dən artıq ali təhsil müəssisəsi və bir neçə orta ixtisas təhsil müəssisəsi də fəaliyyətini dayandırıb”.
“Armenia today” isə yazır ki, əhalinin ölkəni tərk etməsinin səbəbləri əvvəlki illərdəki kimi dəyişməz olaraq qalıb. İnsanlar səfalətdən, hüquqsuzluqdan, işsizlikdən, hakimiyyət orqanlarının özbaşınalığından, rüşvət və korrupsiyadan can qurtarmaq üçün ölkəni tərk edirlər: “Xüsusilə də Ermənistanı tərk edənlər sırasında yenə də əmək qabiliyyətli və hazırda müəyyən qurumlarda çalışan insanlar üstünlük təşkil edirlər”.
Göründüyü kimi, mövcud problemlər işğalçı ölkədə yeni ictimai-siyasi kataklizmlərin meydana gəlməsinə, sosial inqilab çağırışlarının aktuallaşmasına zəmin yaradır. Məhz bu, Ermənistanın gələcəyini sual altına alan başlıca faktorlardan biri kimi çıxış edir. “Tert.am” saytında yer alan məqalədə də bu məqamlara toxunulub. Qeyd edilib ki, siyasi, demoqrafik və sosial problemlərin əsasında iqtisadi tənəzzül amili dayanır. Məqalədə o da diqqətə çatdırılıb ki, Ermənistan hazırda elə bir situasiya qarşısındadır ki, nəinki hər hansı bir uğurdan, heç nisbi müstəqillikdən də danışmağa dəyməz. Bildirilib ki, Ermənistanın xarici siyasəti də tamamilə iflasa uğrayıb, manevr imkanları qalmayıb: “Hakimiyyətin xarici siyasəti nizamlı və müəyyən deyil. Ermənistan artıq nəinki regional layihələr çərçivəsində, eləcə də beynəlxalq aləmdə təcrid vəziyyətinə düşüb”.
NURLAN
Xəbər lenti
Hamısına baxDünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23

