Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Pit Heqset ABŞ prezidentliyinə namizəd olmaq niyyəti ilə bağlı yayılmış xəbəri təkzib edib

Pit Heqset ABŞ prezidentliyinə namizəd olmaq niyyəti ilə bağlı yayılmış xəbəri təkzib edib

29.08.2026 [21:19]

Pentaqonun rəhbəri Pit Heqset “NBC News” telekanalının onun 2028-ci il seçkilərində ABŞ prezidenti postuna namizəd olmaq niyyəti ilə bağlı məlumatını təkzib edib.

AZƏRTAC xəbər verir ki, Pit Heqset “X” hesabında bunun yalan olduğunu yazıb.

“Bu, tam yalandır. Biz bunu NBC-yə demişdik, lakin onlar sadəcə olaraq anonim mənbələr vasitəsilə yalan danışırlar. Mənim yeganə məqsədim Müdafiə Nazirliyini yenidən böyük etməkdir”, – deyə Pit Heqset bildirib.

Daha əvvəl “NBC News” mənbələrə istinadən xəbər verib ki, Pit Heqset yaxın ətrafı ilə 2028-ci ildə prezident postuna iddia etmək imkanını müzakirə edib.

“The Washington Post” qəzeti də mənbələrə istinadən bildirib ki, ABŞ lideri Donald Tramp Respublikaçılar Partiyasının sponsorlarına prezident seçkilərində vitse-prezident Cey Di Vensi ali dövlət postuna namizəd qismində görmək istədiyini söyləyib.

Paylaş:
Baxılıb: 13 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

104 illik tarix!

29 Avqust 11:19

Ədəbiyyat

Analitik

Nüvə kabusu...

29 Avqust 09:45  

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

29 Avqust 08:31  

Gündəm

İqtisadiyyat

Gündəm

Ədəbiyyat

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31