Qlobal siyasətin dəyişməsi: radikalizm və lokallaşma meyilləri artır
23.11.2016 [09:31]
ABŞ-da Donald Trampın seçkidə qələbə qazanması dünya siyasi dairələrində təlatüm yaradıb. İndi analitiklər və ekspertlər bütövlükdə bəşəriyyəti nələrin gözlədiyini təhlil etməyə çalışırlar. Söhbət dünya siyasətində meydana çıxa biləcək mənzərədən gedir. Bir sıra mütəxəssislər hesab edirlər ki, Tramp fenomeni son illər Qərb siyasi mühitində özünü göstərən proseslərin birbaşa məntiqi nəticəsidir. Konkret deyilsə, Avropada antiqlobalist, antimüsəlman, antimiqrant mövqeyində olan siyasətçilərin reytinqləri yüksəlir. Avropa bununla daha çox ultramillətçi və radikal müstəviyə keçid edir. Həmin prosesi təsdiq edən faktlardan biri də Qərbdə bu cür mövqedə olan siyasətçilərin seçkilərdə getdikcə daha çox səs qazanmasıdır. Bu məsələ üzərində geniş dayanmağa ehtiyac görürük.
Trampdan sonra: Qərb siyasətinin müəmmaları və reallıqları
ABŞ-dakı prezident seçkisinin nəticəsi dünya KİV-də yeni intensivliklə təhlil edilir. Analitik və ekspertlər qlobal siyasətə bu hadisənin mümkün təsirlərini proqnozlaşdırmağa çalışırlar. Onların sırasında inteqrasiya prosesinin tədricən lokallaşma ilə əvəz olunacağını düşünənlər vardır. Geniş mənada bu, ümumiyyətlə, bəşəriyyətin taleyi ilə sıx bağlı olan məqamdır və həmin keyfiyyətdə kifayət qədər düşündürücü təsirə malikdir.
Məsələnin mahiyyəti ondan ibarətdir ki, bəzi strateqlər qloballaşmanın Qərbin böyük dövlətlərinin öz suverenliyi, milliliyi, mədəni fərqliliyini qabartması ilə əvəzlənə biləcəyini ehtimal edirlər. Bu, müasir dünyanın gedişatını əhəmiyyətli dərəcədə dəyişmək anlamına gəlir. Çünki inteqrasiyanı regional və milli maraqlara uyğun siyasət əvəz etmiş olur. Bu, bütövlükdə son 200 ildə Avropa fəlsəfi-siyasi fikrində yer almış sosial inteqrasiyanın millətlərüstü formasına keçidin iflası deməkdir. Lakin Qərbdə Yurgen Habermas kimi fikir sahiblərinin irəli sürdüyü daha yüksək səviyyəli inteqrasiya prosesinin doğru olmadığının dərk edilməsi, bütövlükdə Qərb sivilizasiyasının tənəzzülü mənasını verir. Belə çıxır ki, uzun illərdir dünyanı birləşməyə çağıran geosiyasi məkanın özü, yəni Qərb parçalanır.
Etiraf etmək lazımdır ki, bu, dövlətlərarası münasibətlərə kifayət qədər güclü təsir göstərə bilər. O cümlədən beynəlxalq münasibətlər sistemi keyfiyyət dəyişikliyinə uğrayar. Bəs analitiklər yuxarıda vurğulanan kontekstdə dəyişikliklərdən bəhs edərkən hansı arqumentlər gətirirlər?
D.Trampın prezident seçkilərindəki uğurunu Transatlantik ideyasının məğlubiyyəti kimi təqdim edənlər az deyil. Hətta Amerikanın yeni prezidentinin Asiya və Avropa ölkələri ilə imzalanmış bir sıra sazişləri ləğv edəcəyini deyirlər.
Onun müsəlmanlara və Latın Amerikasından olan miqrantlara da münasibəti sirr deyil. D.Trampın seçkiqabağı platformasında “Meksika ilə sərhədə divar çəkmək”, “öncə Amerikanın maraqlarına baxmaq”, “qeyri-leqal miqrantları ölkədən qovmaq” və s. kimi ifadələr geniş yer alırdı. Bunu ekspertlər D.Trampın ABŞ-ı dünya işlərindən bir qədər uzaqlaşdırmaq, təcrid etmək və həmin əsasda da indiyə qədər nəzərdə tutulan dünyanı idarə etmək üçün inteqrasiyaya baş vurmaq xəttindən imtina kimi qiymətləndirirlər. Deməli, məhz bu keyfiyyətdə D.Tramp Qərb siyasi isteblişmentinin ənənəvi xəttinə qarşı çıxır, beynəlxalq münasibətlərə daha çox lokallaşdırıcı, milli dəyər və maraqlara üstünlüyün verildiyi siyasi kursu müdafiə edir.
Bəs Avropada D.Trampın mövqeyinə yaxın ola bilən siyasi qüvvələr mövcuddurmu, yoxsa yeni prezident dünya siyasətində yalnız bir “epizod”dur? Ekspertləri daha çox məsələnin bu tərəfi düşündürür və araşdırmalar maraqlı mənzərəni ortaya qoyur. Noyabrın ortalarında D.Tramp ingilis siyasətçi Nigel Farage ilə görüşüb. O, İngiltərədə Avropa İttifaqı və miqrantlara qarşı olan “Birləşmiş Krallığın müstəqillik partiyası”nın (UKIP) lideridir. Maraqlıdır ki, seçki günündə Amerikada olan N.Farage nəticələr məlum olandan sonra belə bir fikir söyləyib: “Sonunda ölkəmizi sevən və “Brexit” sonrası dəyərlərimizi anlayan bir rəhbərimiz oldu” (bax: İngiltere’yi rahatsız eden görüşme / “Habertürk”, 14 noyabr 2016).
Böyük Britaniya KİV-i bu hadisəyə geniş yer verib. Ölkənin “The Independent”, “Daily Telegraph”, “The Guardian”, “BBC” kimi KİV orqanları Tramp-Farage görüşünün həyəcan doğuran məqamlarını işıqlandırıblar. Hətta N.Faragenin rəsmi Londonla Tramp arasında körpü rolunu oynaya biləcəyindən bəhs ediblər (bax: əvvəlki mənbəyə). Ekspertlər D.Trampı Böyük Britaniya siyasi dairələrindən məhz ayırıcı, inteqrasiya əleyhdarı olan bir partiyanın liderinin müdafiə etməsini təsadüfi hesab etmirlər. Bu, liderlərin ortaq siyasi baxışlarının olması əlaməti sayılır.
Bölücülər və islamofoblar iş başında: “siyasi xəstələr”in uğurları
Məsələ bununla bitmir. Mütəxəssislər Avropanın digər ölkələrində də antiqloballaşma məzmununda, milli və radikal siyasi xəttə üstünlük verən partiyaların fəallaşmasına diqqət çəkirlər. Avropa İttifaqının bir sıra ölkələrində seçkilərin cəmi 1 ildən sonra keçiriləcəyini nəzərə alsaq, bu məqamın adi hal olmadığına əminlik yaranar (bax: məs., Asıl deprem onlar seçilirse yaşanır! / “Habertürk”, 14 noyabr 2016).
Bu kontekstdə daha çox fransalı siyasətçi, ultramillətçi və sağçı Marin Le Penin adı hallandırılır. Fransada 2017-ci ilin mayında olacaq seçkidə iqtidardakı Sosialist Partiyasını sağ bir hökumətin əvəz edəcəyi proqnozlaşdırılır. Le Pen qalib gəlsə, onun antimiqrant və anti-Avropa İttifaqı mövqeyi tutacağından bəhs edilir.
Almaniya gələn ilin payızında seçkilər keçirməlidir. Angela Merkelin reytinqi isə getdikcə aşağı düşür. İctimai rəy sorğusunda daha çox yüksələn siyasətçi isə Alternativ Partiya lideri Frauke Petrudur. Bu lider Merkelin miqrantlara açıq qapı siyasətinin kəskin tənqidçisidir. O, cəmi 20000 miqrantı qəbul etmək təklifini verib. Müsəlmanların çarşab geyinməsini qadağan etmək fikrindədir.
Hətta F.Petru alman sərhədçilərinə miqrantlara atəş açmaq səlahiyyətinin verilməsindən danışır. Daha geniş kontekstdə İslamın Almaniya mədəniyyəti ilə uyğun gəlmədiyini müdafiə edir. Düşündürücüdür ki, belə radikal mövqeyi olan liderin partiyası reytinqdə 3-cü sıraya yüksəlib. Bu, alman cəmiyyətinin əhval-ruhiyyəsinin radikallaşması əlaməti sayıla bilər ki, əsl təhlükə də bundan ibarətdir.
Hollandiyada sağçı Azadlıq partiyasının rəhbəri olan Gert Vilders almaniyalı həmkarından geridə qalmır. Onun partiyası indidən Liberal partiya ilə təqribən eyni reytinqə malikdir. Seçkilər isə 2017-ci ilin martında olmalıdır. Bu həmin G.Vildersdir ki, 2009-cu ildə Hitlerin “Mənim mübarizəm” kitabı ilə Qurani-Kərimi müqayisə etmişdi. İslama qarşı olanlardan biri kimi tanınır. Həmin keyfiyyətinə görə onun İngiltərəyə girişi qadağan olunub. Onun siyasi platformasında seçicilərə ölkəni müsəlmanlardan təmizləmək vədi xüsusi yer tutur.
İtaliyada isə məzhəkəçi C.Grillonun 2009-cu ildə etirazçı “Beş ulduz” hərəkatının populyarlığı getdikcə daha da artır. O, antimüsəlman mövqeli komik siyasətçi olaraq tanınır. Hətta müsəlmanın Londonun meri seçilməsini belə ciddi tənqid edir. O, bu müsəlmanın nə vaxtsa Londonun mərkəzi meydanını partladaraq şəhid olacağından bəhs edir. Bunu ekspertlər C.Grillonun bütün müsəlmanlara skeptik mövqeyindən yanaşması kimi qiymətləndirirlər. C.Grillo həm də xeyli dərəcədə avroskeptikdir. O, Avropada inteqrasiyanı qəbul etmir.
Avstriyalı ifrat sağçı Norbert Hofer daha radikal düşünür. O, Azadlıq partiyasının lideridir. Əsas şüarı “öncə Avstriya”dır. Avropa İttifaqına qarşıdır. Miqrantları qəbul etmir, Avstriyada İslamı görmək fikrində deyil.
Norveç İnkişaf Partiyasının başçısı Siv Jensen gələn il keçiriləcək seçkilərdə uğur qazanmaq niyyətindədir. O, iqtisadiyyat naziridir. Avropada İslamın qarşısının alınmasından danışır. İqlim dəyişikliyinə inanmır və miqrantları qovmağı təklif edir.
Çexiyanın ikinci varlı adamı sayılan Andrej Babis 2011-ci ildə “ANO” partiyasını qurub. 2014-cü ildən Çexiyanın maliyyə naziridir. O, “siyasi xəstəliklər”ə qarşı mübarizə edəcəyini vəd edib. Onun Trampla bir çox ortaq baxışlarının olduğunu deyirlər. O cümlədən qloballaşma və miqrant məsələsində həmfikirdirlər. A.Babisin növbəti seçkidə (2017-ci il oktyabr ayı) uğur əldə etməsi ehtimalı var. Xüsusilə D.Trampın seçilməsinin buna təsiri olacağını düşünürlər.
Nəhayət, bir zamanlar insanlığa qarşı zor işlətməkdə günahlandırılan, ancaq yaxasını qurtara bilən serb Vojislav Seselj indi Serbiya Radikal partiyasının başçısıdır. Onun parlamentdə 22 yeri var. Avropa İttifaqına qarşıdır. Rusiyaya meyilliliyi ilə seçilir. Onun “Tramp qloballaşmaya qarşı bir alternativdir” tezisini ekspertlər təsadüfi hesab etmirlər (bax: əvvəlki mənbəyə).
Beləliklə, birincisi, D.Trampın Amerikada seçkidə qalib gəlməsi təsadüfi deyil. Bu, bütövlükdə Qərb siyasi düşüncəsindəki dəyişikliklərlə bağlıdır. Cəmiyyət də belə dəyişikliyi qəbul edən qüvvə təsiri bağışlayır. Yəni söhbət Avropada siyasi mühitdə davamlı radikallaşma prosesindən gedə bilər. İkincisi, Avropa İttifaqına daxil olan ölkələrdə qloballaşma və inteqrasiya əleyhdarları getdikcə daha çox siyasi uğur əldə edirlər. Bu isə doğrudan da, dünya miqyasında köklü geosiyasi dəyişikliklərə aparıb çıxara bilər. Bundan kimlərin, bəşəriyyətinmi, yoxsa müəyyən qrup dairələrin faydalanacağını isə zaman göstərəcək.
Newtimes.az
Xəbər lenti
Hamısına baxSiyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23
Gündəm
25 İyun 10:53

