Erməni xalqı qəddar rejimin naşı siyasətinin qurbanına çevrilib
25.08.2009 [03:06]
Ermənistanda bir müddət əvvəl müvəqqəti taym-aut elan olunmuş iqtidar-müxalifət qarşıdurmasında qığılcımlar meydana gəlir. Müxalifətin əsas lideri hesab olunan keçmiş prezident Levon Ter-Petrosyanın tərəfdarları hakimiyyəti növbəti dəfə müddətsiz aksiyaya başlayacaqları ilə hədələyiblər. Bu da səbəbsiz deyil. İşğalçı dövlətdə iqtisadi durumun gərginləşməsi və ölkənin qlobal maliyyə böhranının təsiri nəticəsində ağır fəsadlarla üz-üzə dayanması onsuz da gərgin olan siyasi prosesləri yenidən aktiv fəzaya yönəldib. Yeri gəlmişkən qeyd edək ki, son 6 ay ərzində Ermənistanda iqtisadi geriləmə qeydə alınıb. Bədnam qonşumuzun iqtisadiyyatında 17 faiz azalma müşahidə olunub. Bu ölkənin milli məhsul istehsalının aşağı düşməsinə səbəb bütün iqtisadi sferaların böhran nəticəsində müflis olmasıdır. Maliyyə sektorunda ən ağır vəziyyətlə üzləşən işğalçı ölkənin bank və investisiya bazarı demək olar ki, fəaliyyət göstərmir.
Milli valyutanın dəyərdən düşməsinin qarşısını almaq üçün xaricdən cəlb olunan valyuta ehtiyatları tükəndiyindən maliyyə sektoru iflic duruma düşüb. ölkənin iqtisadi əsaslarından hesab olunan sənaye bölməsində istehsal ötən illə nisbətdə 10 faizdən çox azalıb. Əsaslı kapital qoyuluşu iki dəfədən də çox azalıb (55 faiz) və demək olar ki, Ermənistana bu ilin ilk 6 ayında sərmayə qoyulmayıb. Hesabat dövründə yükdaşınmaların həcmi də aşağı düşüb və bu sahədə ciddi kəsirlər qeydə alınmaqdadır. üstəlik, xarici dövlətlərdən bu ölkəyə idxal olunan malların qiymətində 8,5 faiz artım nəzərə çarpır. İstehlak mallarının dövriyyəsində 14 faizdən çox azalma müşahidə olunur. ümumiyyətlə, Ermənistan iqtisadiyyatının bütün sahələri böhranın ağır təsirlərini yaşayır və bu mənfi meyillərin uzun müddət davam edəcəyi şübhəsizdir.
Bütün bu faktlar isə Ermənistanın bir dövlət kimi gələcəyinin heç də parlaq olmayacağını söyləməyə əsas verir. Elə Ermənistan hökuməti də bu durumun fərqindədir. Ermənistanın iqtisadiyyat nazirinin müavini Muşeq Tumasyan bir neçə gün öncə ölkə iqtisadiyyatında baş verən mənfi tendensiyalı dəyərləndirərkən vurğulamışdı ki, mövcud mənzərə optimist olmağa imkan vermir. İqtisadi proseslərin bu yöndə cərəyan etməsi isə təbiidir ki, sosial narazılıqları daha da dərinləşdirəcək və bununla bərabər, siyasi tarazlığı da zədələyəcək.
Əslində diqqətlə təhlil etsək, görərik ki, Ermənistanda bu gün baş verən hadisələrin ssenarisi, daha öncədən, hətta ötən ilin əvvəllərində keçirilmiş prezident seçkilərindən belə çox - çox öncədən yazılıb. Erməni ictimaiyyətinin ardı-arxası kəsilməyən etiraz dalğasına səbəb kimi təkcə bugünkü iqtisadi çətinlikləri göstərmək doğru olmazdı. Ermənistanda hələ Robert Köçəryan iqtidarı dönəmində rejimlə erməni xalqının maraqları üst-üstə düşmürdü, hakimiyyətlə xalq arasında dərin böhranın toxumları səpilmişdi. çünki artıq erməni xalqı Köçəryanın və bu gün onun siyasi varisi olan Sarkisyan hakimiyyətinin erməni xalqının və ictimaiyyətinin maraqlarını deyil, xarici dövlətlərinin tapşırıqlarını icra etdiyini anlamışdı.
Mövcud hakimiyyətin ən böyük yanlışı isə heç şübhəsiz Dağlıq Qarabağ siyasəti ilə bağlıdır. Bütün dünya bilir ki, münaqişənin bu gün həll edilməmiş qalması Ermənistan hakimiyyətinin qeyri - konstruktiv fəaliyyətinin nəticəsidir. Erməni ictimaiyyəti də bunu dərk edir. O da bəllidir ki, bu münaqişə davam etdiyi müddətcə Ermənistanın günü bugünkündən yaxşı olmayacaq və erməni xalqı bunun fərqindədirlər. çünki, bu gün Ermənistanın, İran istisna olmaqla, bütün qonşuları ilə münasibətləri ürəkaçan səviyyədə deyil. İşğalçılıq siyasətini davam etdirməsi qonşularının qapılarını üzünə bağlamaqdadır. Necə ki, bütün regional layihələrdən Ermənistan kənarda qalıb və faktiki olaraq iqtisadi tənəzzülə yuvarlanmaqdadır. Güclənən, zənginləşən, beynəlxalq aləmdə mövqelərini günbəgün möhkəmləndirən Azərbaycanla müqayisədə Ermənistan çox cılız və mənasız görünür. Ermənistan rəhbərliyi bütün regional layihələrdən ölkəni kənarda qoymaqla həm külli miqdarda vəsaitdən yararlana bilmir, həm də vətəndaşlarının gələcək taleyini sual altına qoyur. Bu həqiqəti və reallığı bu gün ermənilərin əksəriyyəti daha aydın dərk etməkdədirlər. Bu gün düşmən ölkədə küçə yürüşlərinin, aksiyaların səngiməməsi də məhz bununla əlaqədardır. Artıq erməni ictimaiyyəti oyanıb. Ermənilər daha mövcud rejimin naşı siyasətinin girovuna və qurbanına çevrilmək niyyətində deyillər. Deməli, bu böhran hələ uzun müddət davam edəcək.
Aqşin ŞAHİNOÄžLU
Xəbər lenti
Hamısına baxDünya
26 Aprel 23:40
İdman
26 Aprel 23:28
Hərbi
26 Aprel 22:30
Sosial
26 Aprel 21:44
İdman
26 Aprel 21:09
Sosial
26 Aprel 20:35
Siyasət
26 Aprel 20:35
Dünya
26 Aprel 19:18
Dünya
26 Aprel 18:33
Dünya
26 Aprel 17:25
Dünya
26 Aprel 16:41
Gündəm
26 Aprel 16:37
Elm
26 Aprel 15:26
Hadisə
26 Aprel 14:50
Sosial
26 Aprel 14:29
İdman
26 Aprel 13:37
Sosial
26 Aprel 12:28
Sosial
26 Aprel 12:19
Dünya
26 Aprel 11:34
Gündəm
26 Aprel 11:29
Dünya
26 Aprel 10:22
Dünya
26 Aprel 09:41
Dünya
26 Aprel 08:38
Elm
26 Aprel 07:07
Maraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35

