Ermənistanda vəziyyət tamamilə nəzarətdən çıxıb
12.01.2019 [10:40]
Paşinyan və komandasının səriştəsiz idarəçiliyi erməni əhalisinin etirazına səbəb olub
Ermənistanda hakimiyyətə yiyələnən Nikol Paşinyan artıq tam fəaliyyətsizlik nümayiş etdirir. Daha dəqiq desək, işğalçı ölkədə nəzarəti həyata keçirə bilməyən N.Paşinyan hərbi xunta rejiminin həbsdəki nümayəndələrini girov müqabilində buraxdığı, kriminal oliqarxiya ilə bacarmadığı üçün artıq öz dəstəkçiləri tərəfindən də ciddi tənqidlərlə üzləşib.
N.Paşinyanın düşüncəsiz hərəkət etdiyinin ən bariz göstəricisi isə onun artıq ləğv olunan nazirliyin yüksəkvəzifəli şəxsini işdən azad etməsi olub. Diaspor nazirinin müavini Aramis Qriqoryanın vəzifəsindən azad edilməsi barədə qərar qəbul edən N.Paşinyan növbəti sürprizi isə öz blokunun üzvlərinin rəhbərlik etdiyi Yerevan meriyasındakı görüşündə edib. “Jamanak” qəzetinin yazdığına görə, N.Paşinyan gözlənilmədən özünü lap müxalifət nümayəndəsi kimi apararaq yığıncağın iştirakçılarına şəhər iqtisadiyyatının idarəçiliyində uğursuz fəaliyyətə və paytaxt sakinlərini narazı saldıqlarına görə ciddi ittiham ünvanlayıb. Qəzetin yazdığına görə, onu nəzərə almaq lazımdır ki, əslində bu özbaşınalıq təkcə Yerevanla məhdudlaşmır, bütün ölkədə hökm sürür.
Təbii ki, bu nəzarətsizliyin baiskarı da məhz N.Paşinyanın özüdür. Demək olar ki, işğalçı ölkədə regionlarda hakimiyyətdən narazılıqlar vaxtaşırı özünü göstərir. Bu dəfə isə etiraz səslərini Eçmiədzin rayonunun sakinləri ucaldıblar. Onlar girov müqabilində həbsdən buraxılan cinayətkar general Manvel Qriqoryanın bu rayonda yaşamaq hüququndan məhrum edilməsi tələbi ilə etiraz aksiyası keçiriblər.
Ermənistanda narazılıq yaradan digər səbəblər regionlarda və paytaxtda quldur dəstələrinin “at oynatması”dır. Bu qəbildən olan son hadisə bu günlərdə hərbi çağırışçıları Kotayk rayonunun hərbi komissarlığından Yerevana aparan avtobusun cinayətkarlar tərəfindən ələ keçirilməsi olub. Əvvəllər məhkum olunmuş şəxslərdən ibarət dəstə avtobusa hücum edərək yolda qəza vəziyyəti yaradıb, habelə hərbi qeydiyyat üzrə nümayəndələrə güc tətbiq edib, təhqir edib, sürücünü güclə avtobusdan çıxmağa məcbur ediblər. Hadisənin iştirakçıları N.Paşinyanın amnistiyasından sonra cəmiyyət içinə buraxılan əvvəl məhkum olunmuş Merujan Voskanyan və Qor Hakobyan olublar.
Bütün bunlar Ermənistanda tam nəzarətsizliyin hökm sürdüyünü, kriminal ünsürlərin daha da fəallaşdığını göstərir. Belə ki, N.Paşinyan vəd etdiyi qayda-qanunu yaratmaqdansa, özünün atdığı səbatsız addımlarla kriminal durumu daha da gərginləşdirib.
Üstəlik, guya hakimiyyətə gəldikdən sonra Ermənistanın xarici aləmdə “demokratik imicə” malik olduğu barədə N.Paşinyanın fikirləri də bu müddətdə özünü doğrultmayıb. “News.am” saytı yazır ki, Respublikaçı Partiyanın sədr müavini Armen Aşotyan bununla bağlı faktlar ortaya qoyub. A.Aşotyanın sözlərinə görə, Böyük Britaniyanın “Economist Intelligence Unit” təşkilatının “Demokratiya indeksi-2018” hesabatından məlum olur ki, seçkidən sonra belə, Ermənistan 2017-ci ildəki kimi klassik “hibrid rejimlər” arasında qalıb. Vətəndaş azadlıqlarının göstəricilərinə görə də Ermənistan 2017-ci ildəki həddən yuxarı qalxmayıb: 5,59 bal.
Hesabatın müəllifləri hakimiyyət dəyişikliyindən sonra cəmiyyətdəki mənfi əhval-ruhiyyəni, o cümlədən hökumətin çoxsaylı və savadsız üzvlərinin fəaliyyəti ilə bağlı narazılıqları da nəzərdən qaçırmayıblar. A.Aşotyan bunlara yekun olaraq qeyd edib ki, Ermənistanda hakimiyyətin dəyişməsi təhlükəsizlik, xarici siyasət, iqtisadiyyat və sosial problemləri artırıb: “Bu hesabat sübut edir ki, N.Paşinyanın “demokratik imici”nin möhkəmləndirilməsi barədə iddiaları “məxməri blef”dən ibarətdir”.
N.Paşinyanın Qərbdə hansısa müsbət imic qazanması iddiasına digər bir cavab isə Ermənistan Avropa Partiyasının həmsədri Tiqran Xəzmalyandan gəlib. “A1+” telekanalına açıqlamasında T.Xəzmalyan iddia edib ki, hakimiyyət dəyişikliyi baş versə də, Ermənistan hələ müstəqil və suveren dövlət deyil: “Təəccüblüsü odur ki, Ermənistan BMT-nin üzvüdür, müstəqillik gününü qeyd edir. Bir respublikanın iqtisadiyyatındakı əsas pay başqa bir ölkəyə aiddirsə, onun sərhədlərini başqa bir dövlətin qoşunları qoruyursa, hansı müstəqillik və suverenlikdən söhbət gedə bilər?”.
Göründüyü kimi, bir-birinə zidd addım və bəyanatları ilə dalana dirənən N.Paşinyanın “hibrid” hakimiyyəti dövründə Ermənistanda tam nəzarətsizlik hökm sürür.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
03 Sentyabr 10:22
Siyasət
03 Sentyabr 09:41
İqtisadiyyat
03 Sentyabr 09:17
Analitik
03 Sentyabr 08:54
Sosial
03 Sentyabr 08:38
Dünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34

