Erməni mətbuatı: Nikol Paşinyanın Almaniyaya səfəri uğursuz olub
12.02.2019 [09:29]
Rəsmi Berlin başda olmaqla, Avropa dövlətlərinin əksəriyyətinin mövqeyi belədir ki, Ermənistan işğalçılıq siyasətindən əl çəkmədiyi təqdirdə onunla ciddi əlaqələr yaratmaq perspektivi yoxdur
Hakimiyyətdə olduğu 9 ay müddətində həm daxili, həm də xarici siyasətdə elə bir ciddi uğur əldə edə bilməyən Nikol Paşinyanın saxta təbliğatçıları onun hər hansı xarici ölkəyə səfərindən “şou” düzəltməyə cəhd edirlər. Lakin bir qədər sonra məlum olur ki, N.Paşinyanın bu səfərlərinin nəticəsi olaraq, sadəcə, hansısa yüksəkvəzifəli şəxslə, özü də fotoqrafların təkidi ilə çəkdirdiyi şəkildən başqa əldə heç nə qalmayıb. Onun bu yaxınlarda Almaniyaya səfərini də bu qəbildən hesab etmək olar.
Belə ki, Ermənistanın baş naziri Nikol Paşinyanın Almaniyaya rəsmi səfəri zamanı da bəzi erməni saytları hansısa “böyük uğur”dan, Angela Merkelin guya Ermənistana böyük həcmdə alman sərmayəsi yönəldəcəyindən yazsa da, görüşdəki çıxışlardan, səfərin nəticəsindən məlum olur ki, Federal Kansler konkret olaraq N.Paşinyana heç bir vəd verməyib. Məsələn, həmin görüşdə A.Merkel deyib ki, Ermənistanda baş verən prosesləri yaxından izləyir. Ermənistan XİN-in səfərlə bağlı məlumatında da bunun kimi ümumi sözlərdən başqa, heç nəyə rast gəlmək mümkün deyil. Məlumatlarda tərəflərin informasiya texnologiyaları, ətraf mühitin mühafizəsi və digər sahələrdə birgə proqramları müzakirə etdikləri qeyd olunur, lakin hər hansı sazişdən, razılaşmadan söhbət getmir.
Göründüyü kimi, N.Paşinyanın Almaniyaya səfərini, ümumiyyətlə, tanışlıq xarakteri daşıyan, iqtisadi əlaqələrdə heç bir inkişaf vəd etməyən cəhd kimi qiymətləndirmək olar. Bunu Ermənistanın bəzi mətbu orqanlarında yazılanlar da təsdiq edir. Belə ki, erməni saytları yazır ki, N. Paşinyanın ilk səfərinə paralel olaraq, Almaniya hökumətinin əvvəlki hakimiyyət təmsilçilərini - respublikaçların nümayəndə heyətinin səfərini təşkil etməsi rəsmi Berlinin indiki hakimyyətə dəstək vermədiyinin göstəricisidir. Həmin yazılarda qeyd olunur ki, Avropanın aparıcı dövlətlərindən olan Almaniya, o cümlədən Avropa İttifaqına üzv olan heç bir dövlət işğalçılıq siyasəti nəticəsində əsas qonşuları ilə sərhədləri bağlı olan və dənizlərə çıxışı olmayan Ermənistana böyük həcmdə sərmayə qoymayacaq.
Digər tərəfdən, Almaniya başda olmaqla, Avropa dövlətlərinin əksəriyyətinin mövqeyi belədir ki, Ermənistan işğalçılıq siyasətindən əl çəkmədiyi təqdirdə onunla ciddi əlaqələr yaratmaq perspektivi yoxdur. Məhz bu səbəbdən N.Paşinyanın Almaniyanın Federal Kansleri Angela Markel ilə görüşündə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı geniş fikir mübadiləsi aparılıb və Federal Kansler ATƏT-in Minsk Qrupu həmsədrləri çərçivəsində danışıqlar prosesinin vacibliyini qeyd edib. Həmçinin A.Merkel sülh əldə edilənə qədər münaqişə tərəflərinin yüksək səviyyəli görüşlərinin davam etdirilməsinin vacibliyini qeyd edib. Bu isə onu göstərir ki, işğal aradan qalxmayınca Ermənistanın Qərblə münasibətlərinin daha yüksək səviyyədə olmasını gözləmək sadəlövhlükdür. N.Paşinyanın Almaniya səfərində onun qarşısına qoyulan tələblər də bundan ibarətdir.
Bununla yanaşı, N.Paşinyanın Avropa İttifaqından dəstək alacağı barədə erməni xalqına verdiyi vədlərini yerinə yetirmək üçün ilk cəhdə Almaniyadan başlaması, doğrudan da, uğursuzdur. Ona görə ki, N.Paşinyan hakimiyyətə gəldiyi dövrdən Almaniya qəzetləri və televiziya kanalları tərəfindən ölkədə erməni mafiyasının uzun illərdir törətdiyi əməlləri, bu cinayətlərə Ermənistan səfirinin də qoşulması barədə faktların yayılması daha da intensivləşib. Yəni Almaniya ictimaiyyəti arasında ermənilər haqqında rəy olduqca mənfidir və işğalçı dövlətin nüfuzu yox dərəcəsindəndir. Hətta bu yaxınlarda “Der Tagesspiegel” nəşri yazır ki, Almaniya Federal hökuməti erməni cinayətkarların ölkədəki kriminal fəaliyyəti barədə yayılan xəbərləri təsdiqləyib, erməni mafiyası ilə əlaqəli olan 42 nəfər barəsində 14 cinayət işi açılıb. Xatırladaq ki, erməni mafiyası ilə italyan mafiyası arasında əlaqələri də aşkar edən Almaniyanın hüquq-mühafizə orqanları çirkli pulların yuyulması, güc tətbiqetmə ilə mütəşəkkil cinayətkarlıq, mərc oyunlarında dələduzluq və əmlaka qarşı törədilən cinayətlərə görə erməni cinayətkar qruplaşmalarının çoxsaylı üzvlərinə qarşı həbslər həyata keçirib.
Bütün sadalananlar göstərir ki, Almaniya Ermənistan kimi işğalçı və biznes mühiti üçün əlverişsiz olan dövlətə əməli şəkildə heç bir yardım göstərmir və yaxın gələcəkdə də göstərmək fikrində deyil. Əksinə, rəsmi Berlin ənənəvi siyasətinə sadiq qalaraq N.Paşinyandan Dağlıq Qarabağ münaqişəsinin həlli yönündə konstruktiv mövqe sərgiləməsini tələb edir.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
04 May 21:58
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Dünya
04 May 20:17
Gündəm
04 May 20:11
Dünya
04 May 19:50
Gündəm
04 May 19:41
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45

