Ermənistan: səriştəsiz idarəetmə və total fiasko
01.05.2020 [10:23]
Pandemiya şəraitində Paşinyan hökumətinin fəaliyyətsizliyi nəticəsində işğalçı ölkənin iqtisadiyyatı tamamilə çöküb
Bütün dünyanı cənginə almış yeni növ koronavirus infeksiyası (COVİD-19) işğalçı Ermənistanda daha ağır fəsadlarla özünü göstərir. Belə ki, martın 16-dan Ermənistanda fövqəladə vəziyyət elan olunsa da, digər qonşu ölkələrə nisbətən yoluxmanın və ölənlərin sayı daha çoxdur, səhiyyə sistemi bu təhlükənin öhdəsindən gələ bilmir. İşğalçı ölkədə baş verən böhran şəraitində iqtisadiyyatın çökməsi son həddə çatdığı üçün hökumətə yönəlik tənqidlər daha da artır. Digər tərəfdən, koronavirus pandemiyası dövründə fəaliyyətini dayandırmış kiçik və orta sahibkarlıq subyektlərinə və ölkə əhalisinə heç bir sosial dəstək göstərməyən Paşinyan hakimiyyətinə qarşı etirazlar böyüyür, nəzarətsiz qalan ölkədə kriminal dairələrin çəkişməsi artıq açıq müstəviyə keçir.
Hökumət tənqid atəşinə tutulub: vəziyyət acınacaqlıdır
Sözsüz ki, hakimiyyətin opponentləri və müstəqil ekspertlər yaranmış vəziyyətin acınacaqlı olduğunu açıq şəkildə bəyan edirlər. Məsələn, mövcud vəziyyətdə hökumətin tədbirlərinin adekvat olmadığını bildirən Ermənistan parlamentinin sabiq deputatı, iqtisadçı ekspert Vardan Bostançıyan “news.am” saytına müsahibəsində deyib ki, ölkədə dəhşətli qeyri-müəyyənlik hökm sürür. Yoxsulluq şəraitində yaşayan, gündəlik qazancdan da məhrum olan və heç bir sosial dəstək almayan əhali arasında geniş narazılıq baş qaldırır. Onun sözlərinə görə, yeni hakimiyyət bu iki ildə sosial-iqtisadi sahədə heç bir əhəmiyyətli nəticə əldə edə bilməyib. Hökumətin əhaliyə və bizneslə məşğul olanlara dəstək verməkistəməməsikiçik və orta sahibkarların fəaliyyətini təhlükə altına alır ki, bu da iqtisadiyyatın birdəfəlik çökməsinə səbəb ola bilər.
“Aysor.am” saytının məlumatına görə, mövcud vəziyyəti təhlil edən iqtisadçı Suren Parsyan isə Ermənistanın qara günlərinin hələ qabaqda olduğunu, bu il ciddi maliyyə böhranının gözlənildiyini deyib və əlavə edib ki, hər hansı səhv yanaşman iqtisadiyyatı məhv edə bilər.
Ölkə vətəndaşları üçün heç bir sosial dəstək paket hazırlamadığı halda, baş nazir Paşinyanın şəxsən əhalinin yığılıb qalmış kommunal borclarını ödəməyə çağırması, ardınca əhalinin qaz və işığının kəsilməsi də ölkədə ciddi narazlığa səbəb olub. “Aysor.am” saytının xəbərinə görə, bir qrup vətəndaş bu səbəbdən Ermənistan hökumətinin binası qarşısında etiraz aksiyası keçirib. Aksiyada iştirak edən vətəndaşlar polisin protokol tərtib etməsinə məhəl qoymayıblar: “Biz seçdiyimiz baş nazirdən haqqımızı tələb etməyə və verdiyi vədləri niyə yerinə yetirmədiyini soruşmaq üçün gəlmişik”.
İşğalçı ölkədə nəinki fövqəladə vəziyyət rejiminin, heç adi ictimai asayişin də qorunmasından söhbət gedə bilməz
Ermənistanın regionlarında da hər gün gün etiraz aksiyaları, qarşıdurmalar davam edir. Bütün bunlar isə onu deməyə əsas verir ki, işğalçı ölkədə nəinki fövqəladə vəziyyət rejiminin, heç ictimai asayişin də qorunmasından söhbət gedə bilməz. Belə ki, Qeqarkuniq vilayətinin inzibati mərkəzi Kəvər şəhərində (keçmiş Kamo) kriminal qüvvələrin arasında qarşıdurma baş verib. Silahlı qarşıdurmadan sonra 500-dən çox insanın Kəvər şəhər xəstəxanasına hücum etməsi, inanılmaz dərəcədə qəddarlığın nümayiş etdirilməsi Ermənistan daxilində ciddi problemlərin olduğuna dəlalət edir. Vilayət mərkəzindəki hadisəyə münasibət bildirən Təhlükəsizlik Xidmətinin (TX) keçmiş direktoru Artur Vanetsyan baş verənlərin Paşinyanın səriştəsiz idarəetmə siyasətinin nəticəsi olduğunu söyləyib:“Ermənistanın baş naziri Nikol Paşinyanın səriştəsiz rəhbərliyi nəticəsində Polis Xidməti hüquq-mühafizə orqanı kimi hazırda mövcud deyil”.
Təhlükəsizlik Xidmətinin keçmiş direktoru A.Vanetsyanın bu açqılamasından sonra hakimiyyətdən ona hücumlara start verilib. Baş nazirin mətbuat katibi Mane Gevorkyan onun guya “Zəngəzur” mis-molibden kombinatında pay sahibi olması barədə açıqlama verib. “Panorma.am” saytının yazdığına görə, A.Vanetsyan baş nazirin mətbuat katibi M.Gevorkyanın açıqlamasını şərh edərkən bildirib ki, mətbuat katibinin bəyanatının (Paşinyanın adından) əsl səbəbi ictimaiyyətin diqqətini ölkədəki real problemlərdən yayındırmaqdır: “Bu, bu iki il ərzində dəfələrlə istifadə olunan tanış bir üslubdur. Vəziyyət ondan ibarətdir ki, iki ildir, baş nazir postunu tutan bu adam ucuz informasiya manipulyasiyaları ilə məşğul olmağın deyil, ölkəni idarə etməyin lazım olduğunu başa düşmür”.
Ermənistanda xaos dərinləşməkdədir: etiraz aksiyalarının miqyası genişlənir
Bununla yanaşı, “Armenianreport.cam” saytında Razmik Hakopcanyan ölkədə olan mövcud vəziyyətə həsr etdiyi məqaləsində mövcud hökumətin ölkəni idarə edə bilmədiyini qəti olaraq bildirib. Onun sözlərinə görə, səriştəsiz siyasəti ilə Rusiya Federasiyası, ABŞ, Avropa İttifaqı ilə münasibətləri korlayan respublika rəhbərliyinin uğursuzluğu iqtisadi sahədə də özünü göstərir. Daxili vəziyyətin gərginləşməsinə toxunan müəllif yazır ki, polisə, məhkəmələrə və ədalətə inamı qalmayan hakimiyyətdən narazı vətəndaşlar artıq öz qanunları ilə yaşamağa başlayıblar.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39

