Ermənistanda siyasi xaos: işğalçı ölkədə etiraz aksiyaları davam edir
17.06.2020 [08:56]
Rəqiblərinə qarşı təqib və təzyiq kampaniyasını gücləndirən Paşinyana yönəlik istefa çağırışları güclənir
İşğalçı Ermənistanda sosial-iqtisadi böhrana ictimai-siyasi gərginlik də əlavə olunub. Artıq ölkənin hər yerində hakimiyyətə ünvanlanan “istefa” çağırışlarının parlamentin divarları arasında da səslənməsi vəziyyəti bir qədər də gərginləşdirib. Belə ki, “Çiçəklənən Ermənistan” partiyasının sədri, parlamentdə təmsil olunan eyniadlı müxalif parlament fraksiyasının lideri Qagik Çarukyan baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi hökumətin ölkədəki problemlərin öhdəsindən gələ bilmədiyini və istefaya getməli olduğunu deyib. Buna paralel olaraq ölkədə, sözün əsl mənasında, ictimai-siyasi xaos baş qaldırıb, etiraz aksiyaları bütün ölkəni bürüyüb və bu vəziyyət kütləvi həbslər və repressiyalarla müşayiət olunub. Baş nazir isə yaranan siyasi xaos və gərginliyi azaltmaq əvəzinə, müxalifət partiyasıın liderini cəzalandırmaq yolunu seçib.
Erməni mətbuatının yazdığına görə, iyunun 14-də “Çiçəklənən Ermənistan” partiyasının sədri Q.Çarukyan Ermənistan Təhlükəsizlik Xidmətinə (TX) çağırılıb. Parlamentdə təmsil olunan əsas müxalifət partiyasının sədrinin istintaqa cəlb olunması ölkədə ciddi narazılığa səbəb olub. “Aysor.am” saytı yazır ki, həmin gün səhər TX-nin əməkdaşları Q.Çarukyanın evində də axtarış aparıblar. Bundan sonra partiyadan olan deputatlar, hüquq müdafiəçilərinin və müxalif partiya liderini dəstəkləyən sadə vətəndaşların iştirakı ilə TX-nin binası önündə kütləvi aksiya keçirilib. Aksiya iştirakçıları partiya liderinə dəstək şüarları ilə yanaşı, “Nikol, get” çağırışı da səsləndiriblər. Polis aksiya iştirtakçılarından 91 nəfəri həbs edib. Məlumata görə, 9 saat dindirilmədən sonra Q.Çarukyan bəyanat verib ki, onu qorxutmaq istəyirlər, lakin geri çəkilmək fikri yoxdur.
“News.am” saytı isə yazır ki, bazar günü İrəvanda “Çiçəklənən Ermənistan” partiyasının lideri Q.Çarukyana dəstək mitinqini dağıdan polilər 252 nəfəri inzibati qaydada həbs ediblər. VETO ictimai-siyasi hərəkatı isə Avropa İttifaqının nümayəndəliyinin binası qarşısında aksiya keçirib. Etirazçılar əllərində “Aİ niyə susur” və “Siyasi təqibləri dayandırın” yazılı plakatlar da tutublar. Yeri gəlmişkən, Ermənistanda baş verən son hadisələrlə bağlı Rusiyanın “Kommersant.ru” saytında yer alan”Küçə Ermənistan baş nazirinə meydan oxuyur” başlıqlı yazıda müəllif N.Paşinyanın istefası tələbi ilə kütləvi etiraz aksiyasına toxunub, aksiya iştirakçılarının şüarlarına və onlara güc tətbiqinə diqqəti çəkib. Ekspertlər qeyd edirlər ki, hakimiyyət siyasi rəqiblərinə qarşı ciddi siyasi təqiblərə başlayıb və Paşinyan şəxsən güc strukturlarına onu tənqid edənlərin müxtəlif təzyiqlərə məruz qoymağı və cinayət məsuliyyətinə cəlb etməyi tapşırıb.
Qeyd edək ki, iyunun 16-da Q.Çarukyanın deputat toxunulmazlığının götürülməsi məsələsinin də müzakirə edildiyi parlamentinnövbədənkənar sessiyasının gedişi zamanı parlament binası qarşısında toplaşan Q.Çarukyanın tərəfdarlarına qarşı polis güc tətbiq edib və 48 nəfəri həbs edib. Həmin gün Ermənistanın baş prokuroru Artur Davtyan parlamentdə Q.Çarukyanın təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb olunması üçün vəsatətlə çıxış edib. “News.am” saytının xəbərinə görə, “Mənim addımım” blokundan olan 87 deputat Q.Çarukyanın deputat toxunulmazlığından məhrum edilməsi və onun barəsində cinayət təqibi başlamasına razılıq verib. “İşıqlı Ermənistan” və “Çiçəklənən Ermənistan” fraksiyalarından olan deputatlar səsvermədə iştirak etməyiblər. Bununla da Q.Çarukyanın həbs olunması labüdləşib.
Qeyd etmək lazımdır ki, ölkədəki əksər siyasi qüvvələr hökumətin Çarukyanı siyasi motivlərə cəzalandırdığını bəyan edib və partiya sədrinə qarşı görülən tədbirləri birmənalı şəkildə qınayıblar. Belə ki, erməni mediasının yaydığı məlumata görə, keçmiş baş nazir Serj Sarkisyanın lideri olduğu Respublikaçı Partiya, “İşıqlı Ermənistan”, habelə “Daşnaksutyun”, “Vətən” və digər partiyalar hakimiyyəti siyasi mübarizə meydanına qayıtmağa, siyasi təqibdən əl çəkməyə çağırıblar. “Hüquqi yol” ictimai təşkilatının sədri, hüquq müdafiəçisi Ruben Melikyan deyib ki, partiya sədrinə qarşı hansı ittiham irəli sürülməsindən asılı olmayaraq, hadisəaçıq-aşkar siyasi xarakter daşıyır. Rusiya erməniləri ittifaqının sədri Ara Abramyan Ermənistandakı daxili siyasi vəziyyətlə bağlı bəyanatla çıxış edib və deyib ki, bu ölkədə təhlükəli proseslər inkişaf edir.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43

