Ermənistanda bütün sahələr iflic vəziyyətdədir
14.01.2021 [09:20]
Ekspertlər məğlub ölkənin müharibədən sonrakı durumunu “faciə” kimi qiymətləndirirlər
Məlum olduğu kimi, 44 günlük müharibədə Azərbaycanın qarşısında məğlubiyyətə düçar olaraq acınacaqlı duruma düşən Ermənistanda bütün sahələrdə böhran vəziyyəti hökm sürür. Yerli mətbuat yazır ki, müharibədən sonra Ermənistanda yaranan gərgin vəziyyət davam edir. Belə ki, ölkənin siyasi, iqtisadi, sosial, humanitar həyatı iflic vəziyyətdədir. Eyni zamanda, ölkədə kütləvi etiraz aksiyaları səngimək bilmir.
Qeyd edək ki, baş naziri istefa verməyə çağıran opponentləri Nikol Paşinyanı Moskva səfərinə görə də tənqid atəşinə tuturlar. “Panorama.am” yazır ki, keçmiş səfir Mikael Minasyan baş naziri heç olmasa, ömründə bir dəfə cəsarətli addım atmağa çağırıb: “Paşinyan belə yüksəksəviyyəli danışıqlara nə intellektual, nə də psixoloji cəhətdən hazır olub. Yalnız axmaq adam danışıqlardan bir gün əvvəl nə istədiyini və hansı nəticələr gözlədiyini “Facebook”da yaza bilər. Əslində, o, Moskvaya ilk dəfə gedən və hündürmərtəbəli binalara baxanda papağı düşən bir çoban kimi özünü aparıb. Zəif iradəli Nikol dəhşətli dərəcədə depressiyaya düşüb, bu, prinsipcə başadüşüləndir. Nəhayət, onun özü başa düşməlidir ki, bu vəzifə onun yeri deyil. Nikol, heç olmasa, bir cəsarətli addım at! “Mənim addımım”ı topla, fikrini de, çıx get!”.
Yeri gəlmişkən, qeyd edək ki, Rusiya mediası da Moskva görüşü zamanı Ermənistan baş nazirinin durumunu, jestlərini, qeyri-adekvat davranışını geniş müzakirə etməkdədir.
Bu arada, Paşinyan və komandasına qarşı yeni təşəbbüs qrupu ortaya çıxıb. “Sputnik-Ermənistan” yazır ki, erməni ziyalıları “Vətənin səsi” təşəbbüs qrupunu yaradıblar. Təşəbbüs qrupunun üzvü, kulturoloq Samvel Aroyan deyib ki, onların məqsədi Paşinyanın komandasını və baş nazirin özünü hakimiyyətdən uzaqlaşdırmaqdır. Öz növbəsində, təşəbbüs qrupunun digər bir üzvü, ədəbiyyatşünas Serj Srapionyan yeni hərəkatın 17 müxalif siyasi qüvvənin tələbini dəstəklədiyini bildirib: “Bəzi insanlar Paşinyan və komandasının hakimiyyətdə qalacağı təqdirdə gözlənilən təhdidlərin miqyasını təsəvvür etmirlər”.
Onu sözlərinə görə, 1988-ci ildə baş verən zəlzələ erməniləri bu müharibə qədər sındırmamışdı: “Çünki o dövrdə dağıntılar altında qalan insan Qorbaçova “Qarabağ məsələsi nə oldu?” sualını verirdi...”.
“News.am”ın yazdığına görə, Moskva görüşü və birgə bəyanata münasibət bildirən “Vətənin xilası naminə hərəkat”ın baş nazir postuna vahid namizədi Vazgen Manukyan isə deyib ki, N.Paşinyan ölkənin maraqlarını müdafiə edə bilmir: “Bu, Ermənistan üçün növbəti biabırçı məğlubiyyətdir. Ermənistan Azərbaycanın qərb bölgələri və Naxçıvanla nəqliyyat əlaqələrinin təhlükəsizliyinə zəmanət verir. 11 yanvar tarixli üçtərəfli görüş və birgə bəyanat bir daha təsdiqlədi ki, N.Paşinyan Ermənistanın və erməni xalqının maraqlarını müdafiə edə bilmir. Məğlubiyyətin simvolu getməlidir”.
Beləliklə, ağır sosial-iqtisadi böhran keçirən məğlub Ermənistanda daxili siyasi gərginlik də davam edir. Ümumiyyətlə, məğlub ölkədə xaos durumunun mövcud olduğu bütün səviyyələrdə etiraf edilir. Bu səbəbdən ekspertlər Ermənistanda müharibədən sonrakı vəziyyəti “faciə” kimi qiymətləndirirlər.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03

