Ermənistanda siyasi qarşıdurma: gərginlik artır, ziddiyyətlər dərinləşir
19.01.2021 [09:05]
Paşinyanın əleyhdarları bölgələrə üz tutur, hakimiyyət isə müxalifətin regionlarda təşkil etdiyi aksiyaların qarşısını almaq üçün müxtəlif vasitələrə əl atır
Məlum olduğu kimi, Azərbaycanın qarşısında acı məğlubiyyətlə üzləşən Ermənistanda iki ay əvvəl başlayan xaos vəziyyəti bu günə qədər davam edir. Kapitulyasiya aktına imza atmağa məcbur olan Paşinyan bu müddət ərzində az qala hökumət üzvlərinin yarısından çoxunu itirsə də, müxalifətin istefa tələbinə məhəl qoymur. Halbuki ölkə daxilində bütün səviyyələrdə baş nazirə qarşı istefa tələbi irəli sürülür. Eyni zamanda, erməni diasporu da məğlubiyyətin simvoluna çevrilən Paşinyanın hakimiyyətdən uzaqlaşdırılmasında yerli ermənilərlə həmfikirdir. Ermənistan mətbuatının yazdığına görə, hətta ölkə xaricində parlamentin formalaşdırılması barədə təkliflər də irəli sürülür.
Bununla yanaşı, dekabrın 22-dən ölkədə vətəndaş itaətsizliyi aksiyaları elan edən müxalifət istefaya nail olmaq üçün taktikanı dəyişir. Belə ki, “Vətənin xilası naminə hərəkat” müxalifət liderlərinin regionlara səfərlərini təşkil edərək, ayrı-ayrı vilayətlərdə sakinlərlə görüş və aksiyalar keçirir.
Hakimiyyət isə müxalifətin regionlarda təşkil etdiyi aksiyaların qarşısını almaq üçün müxtəlif vasitələrə əl atır. Məsələn, “Past” qəzeti yazır ki, Şirak vilayətinin mərkəzi Gümrü şəhərində vətəndaşlarla görüş-mitinq keçirmək istəyən müxalifətin baş nazir postuna vahid namizədi Vazgen Manukyana qarşı aksiya təşkil edilib. Nəşrin məlumatına görə, aksiya Ermənistan parlamentinin hakim “Mənim addımım” fraksiyasından olan deputatı Andranik Koçaryan və hərbi polis idarəsinin rəisi Aşot Zakaryanın köməyi ilə təşkil edilib. Aksiyada iştirakçıların sayının çox olmasını təmin etmək üçün Gümrünün bəzi cinayətkar dairələri də prosesə cəlb edilib. Qəzet yazır ki, eyni cinayətkar dairələr vasitəsilə Paşinyana qarşı çıxan fəal vətəndaşlar V.Manukyanla görüşdə iştiraka görə təhdid ediliblər. Lakin buna baxmayaraq, görüşdə iştirakçı çox olub.
“News.am” yazdığına görə, V.Manukyanın Loru vilayətinə səfərinin qarşısını almaq üçün də bir qrup sakinə onun yolunu kəsmək tapşırılıb. Buna baxmayaraq, vilayət mərkəzi Vanadzorda müxalifətin görüşü baş tutub. Sakinlər qarşısında çıxış edən V.Manukyan Ermənistanın məğlubiyyətinin səbəbləri barədə fikirlərini bölüşüb. Onun sözlərinə görə, işğalçı ordu müharibəyə hazır olmayıb: “Bu səbəbdən itkilərimiz çox olub. Ordumuzu itirdik, onun yalnız qalıqları qalıb. Bir milyard dollar dəyərində silah itirdik və böyük iqtisadi itkilər var”.
Yeri gəlmişkən, xatırladaq ki, bu günlərdə Rusiyanın RBK telekanalına və “Sputnik-Ermənistan”a verdiyi müsahibələrdə Ermənistanın biabırçı məğlubiyyətinin səbəblərinə toxunan müxalifətin vahid namizədi V.Manukyan revanşizm hislərinin növbəti dəfə Ermənistanı geri salacağını deyib: “Müharibə istisna edilməlidir. Bu səbəbdən indiki məqamda revanşizm hisləri ilə yaşamaq yersizdir və revanş haqqında düşünməyin mənası yoxdur”.
“Armenia Today” isə yazır ki, müxalifətin böhrandan çıxmaq üçün təqdim etdiyi “yol xəritəsi”ndə də revanş haqqında heç bir müddəa yoxdur. Bu sənədə əsasən, müxalifət indiki baş nazirin və hökumətinin dərhal istefasına nail olmağı, yalnız öz sahələrini bilən mütəxəssislərdən ibarət müvəqqəti keçid hökumətinin qurulmasını və hər ötən gün daha da təhlükəli hal alan sosial-iqtisadi fəlakətə qarşı təcili tədbirlərin görülməsini hədəfləyir.
Beləliklə, qeyd etdiyimiz kimi, Paşinyanın əleyhdarları bölgələr üz tutur, hakimiyyət isə müxalifətin regionlarda təşkil etdiyi aksiyaların qarşısını almaq üçün müxtəlif vasitələrə əl atır. Məğlub Ermənistandakı bu mənzərəni dəyərləndirən ekspertlərin fikrincə, ölkədəki xaotik durum yeni mərhələyə qədəm qoyur.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
03 Sentyabr 09:17
Analitik
03 Sentyabr 08:54
Sosial
03 Sentyabr 08:38
Dünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19

