Ermənistanda siyasi böhranın növbəti mərhələsi...
22.01.2021 [20:54]
Siyasi qüvvələr arasındakı qarşıdurma və hökümət daxilindəki yeni istefa dalğası məğlub ölkədə tənəzzülün dərinləşməsini şərtləndirir
Məlum olduğu kimi, məğlub Ermənistanda artıq neçə aydır davam edən xaos və siyasi böhran özünün növbəti mərhələsinə qədəm qoyub. Parlamentdən kənarda olan və hökumətin istefasını tələb edən siyasi qüvvələrin istəklərinə etinasız yanaşan baş nazir Nikol Paşinyan yaranmış vəziyyətdə guya növbədənkənar parlament seçkilərinə razı olduğunu nümayiş etdirir. Erməni mediası isə yazır ki, bu məsələni ortaya atmaqla Paşinyan etirazların səngiməsi üçün vaxt qazanmağa çalışır. Buna baxmayaraq, etiraz aksiyaları və hakim komandadan yeni istefa dalğası hökumətin gələcəyi üçün yaxşı heç nə vəd etmir.
Belə ki, son günlər hökumət daxilində yeni istefa dalğasının başlanması müşahidə edilir. “News.am” yazır ki, Təhsil, elm, mədəniyyət və idman nazirinin müavini Narine Xaçatryan istefa verib. Hökumətin mətbuat xidmətindən bu məlumatı təsdiq etsələr də, istefanın səbəbi dəqiq açıqlanmır. Bu arada, Şirak vilayətinin qubernatoru Tiqran Petrosyanın vəzifəsindən istefa verməsi də yeni istefa dalğasının ilk təzahürləri kimi qiymətləndirilir.
“Joxovurd” qəzeti isə yazır ki, Ermənistan hakimiyyəti növbədənkənar seçki təklifini gündəmdən çıxarmayıb. Qəzetin yazdığına görə, Paşinyan müxtəlif siyasi xadimlərlə görüşüb, eyni seçki blokunda seçkilərə getməyi təklif edib. Nəşrin yaydığı digər məlumata görə, baş nazir Arman Babacanyanın “Respublika uğrunda” partiyasını və Edmon Marukyanın partiyasını bu bloka daxil etmək niyyətindədir. “Maariflənən Ermənistan” partiyasının və parlamentdəki fraksiyasının rəhbəri E.Marukyan isə bu müzakirələri öz arzusunu yerinə yetirmək üçün şans hesab edib. “News.am”ın yazığına görə, müxalifət partiyasının sədri baş nazir olmaq istəyini Ermənistan hakimiyyətinə böhrandan alternativ çıxış yolu kimi təqdim edib: “Mən baş nazirə və komandasına baş nazir seçilməyimlə bağlı memorandum imzalamağı təklif etdim”.
E.Marukyanın təklifinə görə, parlamentdə təmsil olunan 3 siyasi qüvvə arasında baş nazir postuna öz namizədlərini irəli sürməmək üçün razılıq əldə edilir, 2021-ci ilin 1 oktyabrında parlament buraxılır və növbədənkənar seçkilərə gedilir. Qeyd edək ki, E.Marukyanın bu təklifini bir çox ekspertlər ölkə daxilində ciddi ittihamlarla üz-üzə qalan Paşinyanın xilası üçün hazırlanmış plan kimi dəyərləndirirlər.
Bu arada “168.am” saytının “Pressing” proqramına müsahibə verən Ağası Yenokyan Ermənistandakı mövcud vəziyyəti dəyərləndirərkən deyib ki, biz ölkəni idarə edə bilməyən hakimiyyətə və bu hakimiyyəti devirə bilməyən müxalifətə sahib olduğumuzu görürük: “Hakimiyyətlərin artıq heç bir mənəvi və siyasi haqqı yoxdur, müxalifət isə hökumətə mitinqlərlə mənəvi təzyiq göstərməyə çalışır. Hakimiyyətdəkilər şərəf, vicdan, ləyaqət kimi mənəvi dəyərlərə malik olmadıqları üçün onlara mənəvi təzyiq göstərmək mənasız vaxt itkisidir, əlavə yollar axtarmaq lazımdır”.
Ekspert onu da bildirib ki, müharibədəki itkilərin 5000-dən çox olması ortaya çıxdığı halda, baş verəcək iğtişaşlardan qorxan Paşinyan hakimiyyəti “hərbi əsir” məsələsi ilə manipulyasiya edir.
Göründüyü kimi, müharibədən məğlubiyyətlə çıxmış Ermənistanda bütün sahələr iflic vəziyyətinə düşdüyü üçün çıxış yolu tapa bilməyən baş nazir N.Paşinyan vaxt qazanmaq istəyir. Amma cəmiyyətin əksər hissəsinin istefasını tələb etdiyi halda kreslodan əl çəkməyən Paşinyanın uğur qazanacağı şübhəlidir. Ekspertlərin fikrincə, Paşinyan Ermənistanı məhvə aparır, çünki hələ də apatiya vəziyyətindən çıxa bilməyən cəmiyyət onun ölkəyə vurduğu zərərin təsirini indi hiss etməsə də, yaxın gələcəkdə mütləq görəcək.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43

