Nikol Paşinyan özünün prezidentliyə gedən yolunu açmaq barədə planlar qurur
31.08.2021 [09:35]
Xəbər verildiyi kimi, məğlub Ermənistanda 2021-ci il iyunun 20-də keçirilən növbədənkənar parlament seçkilərindən sonra yenidən bu ölkənin baş naziri postunu tutan Nikol Paşinyan bir neçə gün bundan əvvəl qanunverici orqanda hökumətin proqramını təqdim edib. N.Paşinyanın yeni baş nazir kimi təqdim etdiyi proqram 2021-2026-cı illəri əhatə edir. Ekspertlərin qeyd etdikləri kimi, o, yenə də reallaşdırılması çətin görünən populist vədlər verməkdədir. N.Paşinyan növbəti dəfə əməkhaqlarını artıracağını, digər sosial problemləri həll edəcəyini, iqtisadi rifaha nail olacağını bildirib.
Gözlənildiyi kimi, N.Paşinyanın şirin vədlərlə bəzədiyi proqramı məğlub ölkədə ciddi narazılıqlarla qarşılanıb. Mütəxəssis olmayan sadə insanlar belə bütün sahələrdə acınacaqlı durumda olan ölkənin baş nazirinin “xarüqələr yaradacağı” ilə bağlı söylədiklərini istehza ilə qarşılayırlar.
Bu günlərdə məğlub ölkə KİV-nin diqqət çəkdiyi əsas məsələlərdən biri isə yeni baş nazirin bəhs olunan proqramda anonsunu verdiyi konstitusiya islahatlarıdır. Bildirilir ki, N.Paşinyan konstitusiya islahatları aparmaqla, əslində, ölkədə prezident üsul-idarəsini geri qaytarmağı hədəfləyib. Analitiklər xatırladırlar ki, Ermənistanı yenidən prezidentli respublika idarəetmə sisteminə qaytarmaq və yaxud burada yarımprezident üsul-idarəsi qurmaq N.Paşinyanın çoxdankı planıdır. Məsələn, “Novosti Armeniya” nəşrində dərc olunan analitik yazıda N.Paşinyanın Ermənistanın baş naziri vəzifəsini müvəqqəti icra etdiyi 2018-ci ilin dekabrına ekskurs edilir. Hələ onda N.Paşinyan bəyan etmişdi ki, ölkəsinin prezidentlik üsul-idarəsinə qayıdışı mümkündür. “Fakt” qəzeti isə dərc etdiyi məqalədə xatırladıb ki, ötən il Konstitusiyaya Dəyişikliklər üzrə Peşəkar Komissiyanın ilk iclası keçirilmişdi. Konstitusiya dəyişiklikləri konsepsiyasının 2020-ci ilin payızına qədər hazır olması və bundan sonra ictimai müzakirəyə çıxarılması düşünülürdü. Ancaq 44 günlük müharibə səbəbi ilə komissiyanın işi dayandırıldı. Belə görünür ki, komissiyanın fəaliyyəti bu və ya digər formada yenidən bərpa olunacaq. Bundan başqa, N.Paşinyan cari ilin yaz aylarında keçirilən mitinqlərdə də payızda ölkənin yarımprezident idarəetmə üsuluna keçidi üçün konstitusiyaya dəyişiklik edilməsi təşəbbüsünü irəli sürəcəyini dilə gətirmişdi.
Hadisələrin gedişini təhlil edən ekspertlər o iddiadadırlar ki, hakimiyyəti dövründə ölkəsinin müharibədə acınacaqlı məğlubiyyətə uğramasına baxmayaraq, növbədənkənar parlament seçkilərini udması N.Paşinyanın manevr imkanlarını genişləndirib. O, planlarının gerçəkləşməsi üçün indi ölkəsində ən optimal şərait yarandığını düşünür. Ekspertlərin qənaətinə görə, müharibədən sonrakı mərhələdə hazırkı Prezident Armen Sarkisyanın hərəkətləri - baş nazirin qərarlarını imzalamaması və yaxud onları baxılması üçün digər instansiyalara ünvanlaması N.Paşinyanın, necə deyərlər, prezidentlik arzusunu daha da şiddətləndirib. O, konstitusiya islahatları çərçivəsində əsas məsələni - prezidentin səlahiyyətlərinin artırılmasını bəri başdan təmin etmək istəyir. N.Paşinyan əmindir ki, ölkənin indiki elektoratı ilə parlament seçkilərini udduğu kimi, prezidentlik kürsüsünə yüksəlməyə də nail ola biləcək.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35

