Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / 300 min əfqan ölkəni tərk edib

300 min əfqan ölkəni tərk edib

12.11.2021 [14:50]

Bu ilin avqust ayında “Taliban” hərəkatı tərəfindən ələ keçirilən Əfqanıstanda iqtisadiyyat çökməsi səbəbindən əfqanlar ölkəni tərk etməyə davam edir. yeniazerbaycan.com Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, hər gün 4-5 min Əfqanıstan- İran sərhədini keçir. Norveç Qaçqınlar Şurasının yaydığı məlumata görə, ötən müddətdə təxminən 300 min əfqan İran sərhədindən keçərək ölkəni tərk edib.

Qeyd edək ki, Əfqanıstanda iqtisadi vəziyyətin pisləşməsi yaşayış şəraitini daha da ağırlaşdırır. “Taliban” ələ keçirdikdən sonra çox məhdud həcmdə beynəlxalq yardım alan ölkədə ehtiyacı olan milyonlarla insan üçün kifayət qədər sığınacaq və yemək olmadığı bildirilir. Birləşmiş Millətlər Təşkilatı qarşıdakı qış aylarında vəziyyətin daha da pisləşəcəyini və Əfqanıstan əhalisinin yarıdan çoxunun, təxminən 22,8 milyon insanın ərzaq qıtlığı yaşayacağını proqnozlaşdırır.

Paylaş:
Baxılıb: 872 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31