Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Türkiyə DİN-in binası yaxınlığında partlayış baş verib, ölən və yaralılar var - YENİLƏNİB

Türkiyə DİN-in binası yaxınlığında partlayış baş verib, ölən və yaralılar var - YENİLƏNİB

01.10.2023 [11:49]

Türkiyə Daxili İşlər Nazirliyi Mühafizə Baş İdarəsinə terror hücumu olub.

Bu barədə Türkiyə daxili işlər naziri Ali Yerlikaya bildirib.

O qeyd edib ki, yerli vaxtla saat 09.30 radələrində bina girişinə avtomobillə gələn iki terrorçu bombalı hücum həyata keçirib.

Terrorçulardan biri özünü partladıb, digər terrorçu isə zərərsizləşdirilib.

Açılan atəş nəticəsində 2 polis yüngül xəsarət alıb


xxx

Türkiyə Böyük Millət Məclisinin və nazirliklərin yerləşdiyi İsmət İnönü Bulvarında səhər saatlarında partlayış və silah səsləri eşidilib. 

AZƏRTAC “CNN Türk”ə istinadla xəbər verir ki, hadisə yerinə çoxlu sayda polis, tibb briqadaları və yanğınsöndürmə briqadaları göndərilib. 

Partlayış səslərinin Daxili İşlər Nazirliyinin yaxınlığında baş verdiyi bildirilir. Bir çox məntəqələrə gedən yol bağlanıb.

Hadisə ilə bağlı araşdırmalar davam edir.

Paylaş:
Baxılıb: 674 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

701,6 milyon avro...

29 Aprel 10:34

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30