İmpiçment tələbi təmin edildi...
18.10.2023 [10:54]
Zurabişvili isə getmək istəmir
Xəbər verildiyi kimi, Gürcüstanın Konstitusiya Məhkəməsi prezident Salome Zurabişvilinin impiçmenti tələbini təmin edib. Qərarı məhkəmənin sədri Merab Turava canlı efirdə oxuyub. Qeyd olunub ki, məhkəmə hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyasının tələbini təmin edib və respublika prezidenti Salome Zurabişvilinin hökumətin icazəsi olmadan xarici səfərlərinə görə konstitusiyanı pozduğunu müəyyən edib. “Gürcüstanın Konstitusiya Məhkəməsi müəyyən edib ki, prezident Salome Zurabişvili 2023-cü il avqustun 31-də, sentyabrın 1 və 6-da xaricə işgüzar səfərlər zamanı hökumətin razılığı olmadan beynəlxalq münasibətlər sahəsində hüquq və səlahiyyətlərini həyata keçirib. Gürcüstan Konstitusiyasının 52-ci maddəsinin 1-ci hissəsinin “a” yarımbəndini pozub”, - deyə Turava bildirib.
Çevriliş xəbərdarlığı...
Gürcüstanda artıq aylardır ki, davam edən bu siyasi böhran pik həddə çatmaqdadır. Xatırladaq ki, bir müddət öncə hətta Gürcüstanda dövlət çevrilişinin planlaşdırılması ilə bağlı informasiyalar da yayılmışdı. Bu informasiyalarda USAID-in (ABŞ Beynəlxalq İnkişaf Agentliyi) Gürcüstanla bağlı fərqli planlarından bəhs olunurdu. Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bildirmişdi ki, bu, Amerikanın Gürcüstana yardımı tarixində qara gündür: “USAID Amerika xalqının pullarının niyə başqa ölkəyə iğtişaşları qızışdırmaq, iğtişaşlar planlaşdıran və zorakılıq törədən qrupları hazırlamaq üçün getdiyini izah etməlidir”“.
Beləliklə, Prezident ilə hökumət arasında gedən “mübarizə” yeni mərhələyə qədəm qoyur. Artıq proses impiçmentə qədər gedib-çıxıb...
Fransa diplomatı Gürcüstana necə prezident oldu?
Qeyd edək ki, Salome Zurabişvili ölkəsinin tarixində ilk qadın prezident kimi tarixə düşüb. O, 2018-ci ilin noyabrında keçirilən prezident seçkisinin ikinci turunun nəticələrinə görə, qələbə qazanıb. Xatırladaq ki, həmin dövrdə hakim partiya məhz Salome Zurabişvilini dəstəkləmişdi və bu onun prezident seçilməsinə əsaslı rol oynamışdı. 59,52 faiz səslə Gürcüstan prezidenti seçilən Zurabişvilinin rəqibi isə “Güc birlikdədir” müxalifət hərəkatının namizədi Grigol Vaşadze olmuşdu.
Fransada gürcü mühacirinin ailəsində doğulmuş Salome Zurabişvili Rusiya ilə Qərb arasında balanslı siyasət tərəfdarı kimi tanınırdı. O, prezident seçilməmişdən öncə 30 il Fransa XİN-də diplomat kimi fəaliyyət göstərmişdi. Zurabişvili Gürcüstana ilk dəfə 2003-cü ildə Fransanın Gürcüstandakı səfiri kimi gəlmişdi. Lakin 2004-cü ilin martında Zurabişvili artıq prezident Mixail Saakaşvilinin sərəncamı ilə “inqilabçı hökumət”də ölkənin xarici işlər naziri təyin edildi. Elə həmin vaxt gürcü vətəndaşlığı alan Zurabişvili, bununla yanaşı fransız vətəndaşlığını da qoruyub saxlayıb. Xarici işlər naziri vəzifəsində Zurabişvili bir ildən artıq fəaliyyət göstərib. 2005-ci ildə nazirlikdən kənarlaşdırılan Salome Zurabişvili Saakaşviliyə müxalifət mövqeyinə keçib. 2010-cu ilə qədər “Gürcüstanın yolu” müxalifət partiyasına rəhbərlik edən Zurabişvili daha sonra BMT-nin İrandakı vəziyyət üzrə monitorinqinin ekspert qrupuna daxil olub. 2016-cı ildə keçirilən parlament seçkilərində Tbilisidəki majoritar dairələrdən birində müstəqil namizəd kimi iştirak edən Zurabişvili hakim partiyanın dəstəyilə parlamentə seçilib. Qeyd edək ki, Zurabişvili 2013-cü ildə keçirilən prezident seçkilərində də iştirak etmişdi və qeydiyyatdan keçmək barədə müraciəti ikili vətəndaşlığa görə rədd edilmişdi. 2018-ci ilə qədər isə Fransa vətəndaşlığından imtina etmişdi.
Maraqlı burasıdar ki, Zurabişvili xalq tərəfindən səsvermə isə seçilən sonuncu prezident də ola bilər. Belə ki, Gürcüstanın yeni Konstitusiyasına görə, növbəti prezident 2024-cü ildə 300 seçicidən ibarət Seçki Kollegiyası tərəfindən müəyyənləşməlidir. Prezidentin səlahiyyətlərinin məhdudlaşdırılması da məhz yeni Konstitusiyada öz əksini tapıb...
Heç yerə getmirəm...
Gürcüstan prezidenti isə Konstitusiya məhkəməsinin qərarı ilə razılaşmaq fikrində deyil. O, istefa verməyəcəyini öncədən bəyan edib. İctimaiyyətə xüsusi müraciəti zamanı bildirib ki, heç yerə getməyəcək: “Mən heç yerə getmirəm. Mən istefa vermirəm, verməyəcəyəm. Mən ömrümün sonuna qədər olduğum yerdə qalacam”.
Onun sözlərinə görə, bu gün Gürcüstanın Avropa gələcəyi və demokratiyası bir daşla öldürülüb. “Heç yerə getmirəm. Mən istefa vermirəm, verməyəcəyəm. Mən bütün həyatım boyu olduğum yerdə qalacam, mən Avropa və demokratik gələcəyimiz üçün burada dayandım. Bu gün Avropanın gələcəyi və demokratiyası bir daşla öldürüldü. Hakimiyyətin qolları arasında balans olmayan yerdə o ölkə demokratik ölkə sayıla bilməz”, - Salome Zurabişvili bildirib.
Xatırladaq ki, bir sıra xarici, əsasən də qərbyönümlü KİV-lərdə Zurabaşvilinin müdafiəsi ilə bağlı fikirlər səsləndirilir.
SADİQ
Xəbər lenti
Hamısına baxDünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50
Xəbər lenti
04 Sentyabr 12:50
Sosial
04 Sentyabr 12:49
Mədəniyyət
04 Sentyabr 12:48
Hadisə
04 Sentyabr 12:48
Sosial
04 Sentyabr 12:47
Gündəm
04 Sentyabr 12:37
Gündəm
04 Sentyabr 11:41

