Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Seyşel adalarında fövqəladə vəziyyət elan olunub

Seyşel adalarında fövqəladə vəziyyət elan olunub

07.12.2023 [13:40]

Seyşel respublikasının Mae adasında paytaxt Viktoriya şəhərinin cənubunda yerləşən sənaye zonasında partlayıcı maddələr saxlanılan anbarda güclü partlayış baş verib.

Prezident Vavel Ramkalavan partlayış səbəbindən adada fövqəladə vəziyyət rejimi elan edib.

Yerli hakimiyyət orqanları ada sakinlərinə ehtiyac yaranmadığı təqdirdə evlərini tərk etməməyə çağırıb, məktəblər bağlanıb.

Partlayış nəticəsində sənaye zonasına və onun ətrafına ciddi zərər dəydiyi və ölənlərin olduğu bildirilir.

Seyşel Adaları adambaşına düşən ümumdaxili məhsulun həcminə görə Afrikanın ən zəngin ölkəsidir. Buna baxmayaraq, ölkə əhalisinin 40 faizi yoxsulluq şəraitində yaşayır. Adanın iqtisadiyyatının böyük hissəsi turizm və balıqçılıq əsasında formalaşır. Ümumilikdə, 115 adada yerləşən respublikada 98 minə yaxın insan yaşayır.

Paylaş:
Baxılıb: 702 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

İqtisadiyyat

Sosial

Siyasət

Ədəbiyyat

Gündoğanda ədəbiyyat

05 Sentyabr 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

05 Sentyabr 08:30  

Maraqlı

Gündəm

Dövlətin sosial qayğısı

04 Sentyabr 12:37  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30